Hal-hazırda Ayna qəzetinin 03.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Əsrarəngiz vəzifə təyinatı sövdələri
Əsrarəngiz vəzifə təyinatı sövdələri
Yüzminlərcə dollar rüşvət yığan dələduz ata və oğula 22 il həbs
Şənbə, 03.10.2009

Hacı Zeynalov mətn ölçüsü  

Nazirlər Kabinetinin sabiq şöbə müdiri Hidayət Məmmədov və oğlu Elvin Məmmədovun məhkəməsi başa çatıb. Ata və oğul CM 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 178.3.3-cü (əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən dələduzluq) maddələri ilə təqsirli biliniblər.

2002-ci ildə CM 179.3.2-ci və 320.1-ci maddəsi ilə ittiham olunan Hidayət Məmmədov Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin il iyunun 11-də Apellyasiya Məhkəməsinin qərarı ilə 5 il şərti cəza alıb və məhkəmə zalından azad edilib. Daha sonra yenidən vətəndaşları aldatmaqla məşğul olub. İkinci dəfə də törətdiyi əmələ görə məhkum edilsə də, amnistiya aktının qərarı ilə azad edilib. Bundan sonra da əməllərini tərgitməyib və köhnə vəzifəsindən istifadə etməklə vətəndaşları aldatmaqda davam edib. Hidayət Məmmədova isə bu işdə oğlu Elvin Məmmədov köməklik göstərib.

Belə ki, Hidayət Məmmədov özünü Nazirlər Kabinetinin şöbə müdiri kimi təqdim edərək geniş imkanlara malik olduğunu bildirməklə, Hafiz Rüstəmovun inamını qazanıb. O, sonuncunun etibarından sui-istifadə edərək, guya onu rayonlardan birinə icra hakimiyyəti başçısı vəzifəsinə təyin etdirmək adı ilə aldadaraq, 2007-ci ilin oktyabr ayının 19-da Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən "Hökumət evi"nin qarşısında Hafiz Rüstəmovdan 50 min dollar pul alıb.

Bundan başqa, Hidayət Məmmədov Hafiz Rüstəmovu icra başçısı vəzifəsinə təyin etdirə bilmədiyini qeyd edərək, onu daha yüksək vəzifəyə düzəltmək adı ilə əlavə olaraq, 50 min manat alıb və onu Maliyyə Nazirliyi sistemində rəhbər vəzifələrdən birinə təyin etdirməyi vəd edib.

Bundan başqa, Hidayət Məmmədov, təkrarən, oğlu Elvin Məmmədovla Elman Rustəmovun etibarından sui-istifadə edərək, sonuncunun satmaq istədiyi "Mercedes-Benz C class" markalı, 10-ZS-648 dövlət qeydiyyat nişanlı avtomobili, pulunu 15 gün müddətinə ödəmək şərti ilə 15.000 dollara almaq adı ilə aldadaraq alıb. Təqsirləndirilən şəxslər vətəndaşlar - Vüsal Rüstəmovun 35 min, Sabir Cəfərovun 90 min, Dilqəm Kazımovun 3 min manatını mənimsəyiblər...

Məhkəmə prosesində ifadə verən Hidayət Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində qeyd edib ki, zərərçəkmiş Hafiz Rüstəmovu tanıyır və o, Göyçay şəhərində "Kapital Bank"ın müdiri vəzifəsində çalışıb. Onun sözlərinə görə, Hafiz Rüstəmovun qohumu Məmməd Məmmədovu isə tanımayıb: "Hafiz Rüstəmovla oğlum Elvinin göyçaylı dostu Mətləbin vasitəsi ilə tanış olub. Mətləb artıq rəhmətə gedib. Mətləb bizim evə gəlib-gedən adam olub. Hətta Mətləb xəstəliyi ilə əlaqədar əməliyyat olunduqda ona kömək də etmişəm. Rüstəmov Hafizlə əlaqədar Mətləb mənə zəng edərək, deyib ki, bankda yoxlama aparılır, Hafizə kömək etmək lazımdır. Hafizdən 100.000 dolların alınması barədə məndə heç bir xəbər yoxdur".

Elvin Məmmədov isə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, zərərçəkmiş şəxs Hafiz Rüstəmovun epizodu üzrə ozünü təqsirli bilmir. O, Hafiz Rüstəmovu artıq rəhmətə getmiş tanışı Mətləb müəllimin vasitəsilə tanıyıb: "Mətləb müəllimi isə Akif adlı şəxsin vasitəsi ilə tanımışam. Mətləb müəllim Maliyyə Nazirliyində olan problemlərinin həllində məndən kömək istədi, lakin ona kömək etmədim. Hafiz Rüstəmova nə mən, nə də atam heç bir iş düzəltməmişik və ondan pul almamışıq".

Təqsirləndirilən şəxs digər epozodlar üzrə özünü təqsirli bilərək, ittihamı təsdiqləyib. Məhkəmə iclasında ifadə verən Hafiz Rüstəmov bildirib ki, əvvəllər Göyçay rayonunda "Kapital Bank" filialının müdiri vəzifəsində çalışıb. Onun sözlərinə görə, dostu - artıq rəhmətə getmiş Əhmədov Mətləbin vasitəsi ilə Məmmədov Hidayətlə tanış olub: "Mətləb Hidayəti yüksək vəzifəli, böyük nüfuzu olan şəxs kimi mənə təqdim etmişdi. İşimi dəyişmək istədiyim üçün Hidayətə müraciət etdim, rayonların birinə icra başçısı vəzifəsinə təyin olunmaq istəyirdim. Hidayət məndən müvafiq sənədləri alaraq Bakı şəhərində bulvarda Mətləbin iştirakı ilə Məmmədov Hidayətə 50 min dollar verdim".

Zərərçəkmişin ifadəsinə görə, 19 oktyabr 2007-ci il tarixdə Mətləb ona deyib ki, Hidayət zəng edib, artıq işini danışıb, təcili olaraq ilkin məbləğ kimi 50.000 dolları ona çatdırmaq lazımdır. Odur ki, səhər tezdən o, Mətləb, əmisi oğlu, hazırda Sankt-Peterburq şəhərində daimi yaşayan Rəsulov Vidadi Qaroğlan oğlu, Qaçayev Toğrul Raqif oğlu və Eminov Coşqun İlqar oğlu maşınla Bakı şəhərinə gəlib, Hökumət Evinin yanında Hidayətin təklifi ilə pulu Hidayətin gəldiyi "JEEP" markalı maşının arxa oturacağına qoyub.

Zərərçəkmiş daha sonra qeyd edib ki, həmin ərəfələrdə bu məsələni bilən qohumu Məmməd Məmmədov ondan xahiş edib ki, Hidayətlə danışsın, onu da Maliyyə Nazirliyinə rəhbər vəzifələrin birinə işə düzəltsin. O da Hidayətlə bu haqda danışaraq Hidayətin tapşırığı ilə işə düzəlmək üçün lazım olan sənədləri və 50.000 dolları Məmməd Məmmədovdan alaraq rayonlarına qonaq gələn Hidayət Məmmədovun maşınına qoyub.

Məhkəmə zərərçəkmiş və şahid ifadələri dinlənildikdən sonra hökm elan edib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Hidayət Məmmədov 12 il, Elvin Məmmədov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Gəncə orta məktəbində dərs saatı satılır?

İİN məmurları rüşvət alarkən yaxalananda "şok" keçiriblərmiş

"Meşə qardaşları" dini baxışlarına görə ittiham olunduqlarını iddia edir

"Dəvəçi işi" üzrə məhkəmə başa çatdı

Ərini qətlə yetirən qadın məhkum edildi

Bölmənin digər xəbərləri
 
Polis zabitini qətlə yetirənin məhkəməsi başladı
Bu qalmaqallı cinayət işinin səbəbləri məhkəmədə araşdırılacaq

Azərbaycana silah daşıyan iranlılar məhkəmə qarşısında
Bakıda uyuşdurucu satan iranlıya isə 12 il iş kəsildi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Resepsion + Depression = Armagedon?

Resepsion + Depression = Armagedon?


Arif Babayev:
"Oğluma dedim özünə başqa sənət seçsin"

Arif Babayev: "Oğluma dedim özünə başqa sənət seçsin"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər