Hal-hazırda Ayna qəzetinin 03.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Metroda artım digər nəqliyyat növlərini də bahalaşdıra bilər
Metroda artım digər nəqliyyat növlərini də bahalaşdıra bilər
Kommunal xidmətlər sahəsində də eyni hal istisna edilmir
Şənbə, 03.10.2009

A.Əhmədova mətn ölçüsü  

Oktyabrın 1-dən Bakı metrosunda gediş haqqı 5 qəpikdən 15 qəpiyə qaldırıldı. Bu, 1996-cı ildən bəri metroda ilk bahalaşmadır. Bahalaşma qərarı Tarif (qiymət) Şurasının sentyabrın 30-da keçirilən iclasında çıxarılıb. Şura Katibliyindən verilən məlumatda deyilir: "Ötən illərdə respublika üzrə xidmətlə bağlı xərclərin və enerji daşıyıcılarının qiymətlərinin artması ilə yanaşı, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi, habelə yeni stansiyaların istismara verilməsi, bununla bağlı xidmət heyəti ştatının artırılması obyektiv olaraq xidmətin maya dəyərinin yüksəlməsinə səbəb olub. Bu da mövcud tarifə yenidən baxılmasını zəruri edib". Göstərilənlər nəzərə alınaraq, Tarif Şurasının qərarına əsasən, metroda gediş haqqı 5 qəpikdən 15 qəpiyə qaldırılıb.

Katiblik əlavə edir ki, qiymət dəyişikliyindən sonra sərnişindaşıma xidmətinin tarifi bir sıra ölkələrlə müqayisədə yenə aşağı səviyyədə olacaq: "Hazırda metroda sərnişindaşıma xidmətinin tarifi Rusiyada 35, Gürcüstanda 19, Ukraynada 16, Belarusda 17, Türkiyədə 80 qəpik səviyyəsindədir. İl ərzində metrodan 200 milyona yaxın sərnişinin istifadə etdiyi nəzərə alınarsa, artım nəticəsində Bakı Metropoliteninin hesabına ildə əlavə 20 milyon manat vəsaitin daxil olacağı gözlənilir. Lakin bu tarif tənzimlənməsi nəticəsində Bakı Metropoliteninin cari xərcləri tam şəkildə ödənilməyəcək və dövlət büdcəsindən həm cari xərclər, həm də əsaslı kapital qoyuluşları üçün əlavə vəsait ayrılmasına ehtiyac yaranacaq".

Nə qədər qəribə olsa da, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov qiymət artımından narazı qalıb. O, "Mediaforum"a müsahibəsində bildirib ki, Bakı Metropolitenində bir sərnişinin daşınması 9,2 qəpiyə başa gəlir:"Gediş haqqı azı 20 qəpiyə qaldırılsaydı, yaxşı idi. Təəssüflər ki, ölkədə 15 qəpiklik sikkələr olmaya-olmaya bu qiyməti müəyyənləşdiriblər. İndi də kassaların qabağında növbələr yaranıb. Bu qiymət də metroda gedişin maya dəyərini qətiyyən ödəmir".

Onun fikrincə, qiymət artımı metrodan istifadə edən sərnişinlərin sayına təsir etməyəcək. Çünki metrodan istifadə edən sərnişin kontingenti sabitdir. Kim istifadə edirdisə, yenə də edəcək.

T.Əhmədov onu da vurğulayıb ki, bu artımın metropoliten işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, əməkhaqlarının artırılmasına müsbət təsiri olmayacaq. Eyni zamanda, bu artımdan metropolitenin inkişafı üçün heç bir iş görmək mümkün deyil: "Burada metropolitenin qazandığı nəsə yoxdur.

REKLAM

Əvvəl dotasiyanı dövlət verirdi, indi isə qiymət artımı nəticəsində əldə olunan gəlir dotasiyadan çıxarılacaq, yerdə qalan hissə dövlət büdcəsi hesabına ödəniləcək".

Metropolitendə quraşdırılan terminallar pul vahidi kimi 10, 20, 50 qəpikləri, 1, 5, 10 manatlıqları qəbul edir. T. Əhmədov deyir ki, pulu yuvarlaqlaşdırıb daxil etmək lazımdır ki, qalıq qalmasın. Deməli əgər bankomata 20 qəpik daxil etsən, 5 qəpik qalıq qaytarılmayacaq, yalnız çek götürüb qalığı kassadan geri almaq olar. Özü də pulun qalığını yalnız həmin gün almalısan. Qiymət artımına qədər yüklənmiş gedişlərin hamısı öz qüvvəsində qalır.

Maraqlıdır, Bakı Metropolitenində 5 qəpikliyi tanıyan terminalların quraşdırılması mümkündürmü? Əslində mümkündür. Amma bu, metropoliten rəhbərliyinə sərf etmədiyi üçün baş tutmayacaq.

Yanvar ayı üçün Tarif Şurası qiymətlərə yenidən baxa bilərmi? sualını cavablandıran rəis bildirib ki, bu çox gec olardı. Çünki terminalların qarşısında belə tıxaclar yaranır və bu, 15 qəpikliyin olmaması ilə bağlıdır.

"Metroda gediş haqqı yüksək olan ölkələrdə əhalinin gəlirləri də yüksəkdir"

Xatırladaq ki, iqtisadçı alim Vüqar Bayramov ötən ilin yayında "Ayna"ya açıqlamasında metroda gediş haqqının artırılması ilə bağlı qərarın 2009-cu ildə veriləcəyini açıqlamışdı. Çünki 2008-ci il oktyabrın 15-də prezident seçkisi keçirildi, odur ki, bahalaşma qərarının gələn ilə - 2009-cu ilə təsadüf edəcəyini istisna etməmişdi.

Metropoliten rəhbərliyi belə əsaslandırma aparır ki, metroda gediş haqqı dünya ölkələri üzrə Azərbaycanda ən ucuzdur. V.Bayramov deyir: "Doğrudur, elə ölkələr var ki, orada metrodan istifadə haqları çoxdur. Amma axı o ölkələrdə əhalinin gəlirlik səviyyəsi də yüksəkdir. Məsələn, dünyada ən bahalı metropoliten Nyu-Yorkdadır. Orada istifadə haqqı 2 dollardır. Vaşinqtonda stansiyaların sayına görə, artıb-azalmaya görə qiymətlər 1-2 dollar arasındadır. ABŞ-ın başqa yerlərində 1 dollar 25 sent təşkil edir. Həm də bir məsələ var ki, ABŞ-da və bəzi Avropa ölkələrində aylıq biletlər satılır. Vətəndaş həmin bileti əldə etdikdə metro xərclərində endirimlər olur. Bütün bunlar gündəlik hesablanan xərclər müqabilində simvolik bir rəqəmdir. Nyu-Yorkda metroda gediş haqqı 2 dollardan hesablansa, çəkilən xərclər aylıq 200 dollara bərabər olur. Bu, ABŞ-da orta aylıq əməkhaqqının 3 faizinə bərabər göstəricidir".

"Qiymət artımı gələn ilə qədər yubadıla bilərdi"

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, metrodakı bahalaşmanı 2010-cu ilin dövlət büdcəsinin parametrləri açıqlananda bəzi xərclərin ixtisar olunacağı bəlli idi: "İndiyə qədər metropoliten dotasiyada olub, hökumət hər il xərcləri ödəmək üçün vəsait ayırıb. 2009-cu il üçün dövlət büdcəsindən metropolitenə 33 milyon verilməsi nəzərdə tutulur. 2008-ci ildə bu rəqəm 19,1 milyon manat, 2007-ci il üçün isə 12 milyon manat olmuşdu. Yəqin 2010-cu il üçün metronun saxlanılmasına ayrılan vəsait azaldılacaq. Bahalaşma belə deməyə əsas verir ki, gələn il üçün metro xərci vətəndaşların üzərinə yüklənəcək".

Qubad İbadoğlu uzun illər metroda qiymətlərin artmamasını, digər nəqliyyat vasitələri ilə müqayisədə çox ucuz olmasını da xatırladıb və əlavə edib ki, bu amillər bahalaşmanı gözlənilən edirdi: "Metroda sərnişin daşımalarının genişlənməsi dövriyyənin böyüməsinə gətirib çıxarmalı idi. Amma buna baxmayaraq, yenə də ildən-ilə dövlət büdcəsindən metroya ayrılan vəsait artırılıb.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Fərda Qədirov metroda terror aktı törətmək istəyirmiş

Beş metro stansiyasında ikinci çıxış tikiləcək

Büdcəyə vergi daxilolmaları arta bilər

Ordunun şəxsi heyətində ixtisar istisna edilir

Neftin qiyməti yenə də qalxarsa...



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Resepsion + Depression = Armagedon?

Resepsion + Depression = Armagedon?


Arif Babayev:
"Oğluma dedim özünə başqa sənət seçsin"

Arif Babayev: "Oğluma dedim özünə başqa sənət seçsin"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər