Hal-hazırda Ayna qəzetinin 03.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Üçüncü cəhd də boşa çıxdı
Üçüncü cəhd də boşa çıxdı
Voleybol yığmamız uğur qazana bilmədi
Şənbə, 03.10.2009

İlham mətn ölçüsü  

Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası Polşada keçirilən Avropa çempionatının final mərhələsindəki çıxışını başa vurub. Əsas voleybol komandamızın qitə birinciliyinin medalları uğrunda üçüncü cəhdi də uğursuz bitib. Voleybolçularımız Avropa çempionatında yenə 12-ci yeri tutmaqla 2 il əvvəlki nəticəni təkrarlayıblar. Millimiz 2007-ci ildə olduğu kimi, bütün turnir ərzində oynadığı 6 oyunun yalnız birində meydanı qələbə ilə tərk edib.

Faiq Qarayevin başçılıq etdiyi yığmamız əvvəlcə qrup mərhələsində mübarizə aparıb. Komandamız bu mərhələdə Serbiya və Çexiya millilərinə məğlub olub, Slovakiyə yığmasına isə qalib gəlib. Lakin bu nəticə yığmamızın mükafatlar uğrunda mübarizə aparan komandalar sırasına düşməsi üçün kifayət etməyib. Odur ki, voleybolçularımız 5-16-cı yerlər uğrunda mübarizə aparmalı olub.

Faiq Qarayevin yetirmələri pley-off mərhələsinin "F" qrupunda ilk oyununu Avropa çempionu - İtaliya yığmasına qarşı keçirib və məğlub olub. Voleybolçularımız bu mərhələdə keçirdiyi növbəti görüşlərdə Türkiyə və Almaniya kollektivlərinə də uduzublar. Bununla da, milli komandamız 5 ardıcıl məğlubiyyətdən sonra öz qrupunda sonuncu yeri tutub.

Avropa çempionatının yekunları ilə bağlı açıqlama verən voleybol yığmamızın kapitanı Oksana Parxomenko zəif çıxış etdiklərini gizlətməyib. O, Avropa çempionatının 6 oyununda cəmi 1 qələbə qazanan yığmamızın çıxışını biabırçılıq kimi dəyərləndirib: "Bu biabırçılıqdır! Bütün səylərmizə baxmayaraq, yaxşı nəticə əldə edə bilmədik. Düşünürəm ki, komandanın bütün üzvləri çox yorulublar. İndi artıq növbəti çempionata köklənməliyik".

Bu gün keçiriləcək yarımfinal görüşlərində İtaliya Almaniyanı, Hollandiya isə Polşanı sınağa çəkəcək. Növbəti Avropa çempionatına seçmə mərhələdə iştirak etmədən qoşulmağa imkan verən yeganə vəsiqəyə isə yekunda 5-ci yeri tutan Türkiyə millisi layiq görülüb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Dumanlı perspektiv

Voleybol yığmamız yol üstədir

Dünya çempionatından iki medal

Milli teatr gələn mövsüm təhvil veriləcək

Avropa çempionatına uğursuz başladıq

Bölmənin digər xəbərləri
 
Çempionatda fasilədir
VI tur arxada qalsa da, "UniBank" Premyer Liqada vahid lider yoxdur

"Neftçi" və "Bakı"da yeni dönəm
Yeni baş məşqçilər qarşısında eyni vəzifə dayanır

Güləşdə lider ölkə
Fərid Mansurov - ikinci dəfə dünyanın ən güclü pəhləvanı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər