Hal-hazırda Ayna qəzetinin 03.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Güləşdə lider ölkə
Güləşdə lider ölkə
Fərid Mansurov - ikinci dəfə dünyanın ən güclü pəhləvanı
Şənbə, 03.10.2009

İ.Rəfiyev mətn ölçüsü  

Danimarkanın Hörninq şəhərində keçirilən sərbəst, yunan-Roma və qadın güləşi üzrə dünya çempionatı Azərbaycan güləşçilərinin böyük uğur qazanması ilə yaddaqalan oldu. Bundan əvvəlki sayımızda sərbəst və qadın güləşçilərimizin 2 qızıl və 4 gümüş medal qazandıqları barədə yazmışdıq. Fərəhli haldır ki, yarışa sonda qoşulan yunan-Roma güləşçilərimiz onlardan əvvəl mübarizəyə qoşulan pəhləvanlarımızın uğurlarını davam etdiriblər. Azərbaycan güləşi üçün digər bir sevindirici fakt isə 2004-cü il Afina Yay Olimpiya Oyunlarının qalibi, zədəsinə görə xeyli müddətdir beynəlxalq yarışlardan kənarda qalan Fərid Mansurovun (66 kq) ikinci dəfə dünya çempionu adı qazanmasıdır.

Ardıcıl olaraq ispan Sançes Navarronu, yapon Tsutomu Fucimuranı, erməni Sasun Qambaryanı, iranlı Afşin Biyabangərd və kubalı Pedro İsak Mulenini məğlub edən Fərid həlledici görüşdə gürcü Manuçar Tsxadayaya qalib gələrək, dünya çempionatının qızıl medalını boynundan asıb. Xatırladaq ki, Fərid 2007-ci ildə Bakıda keçirilmiş dünya çempionatında da qızıl medal qazanmışdı.

Digər yunan-Roma güləşçilərimizə gəlincə, "Pekin-2008"in gümüş mükafaçıları - Rövşən Bayramov (55 kq) və Vitali Rəhimov (60 kq) bürünc medala layiq görülüblər. Rafiq Hüseynov (74 kq) və Şalva Qadabadze (84 kq) 5-ci, Denis Mişin (96 kq) isə 12-ci yeri tutub. Bu növ üzrə Azərbaycan millisi ümumi komanda hesabında Türkiyə (44 xal) və İrandan (39 xal) sonra 3-cü yeri tutub. Yekun nəticələrə gəlincə, ölkəmiz sərbəst, yunan-Roma və qadın güləşi üzrə dünya çempionatında 19 pəhləvanla təmsil olunub. Komandamız ümumilikdə 10 medal - 3 qızıl, 4 gümüş və 3 bürünc qazanıb. Mötəbər yarışda qadın güləşi üzrə yığmamız ilk dəfə komanda hesabında dünya çempionu, sərbəst güləş millimiz dünya ikincisi, yunan-Roma güləşində isə dünya üçüncüsü olmaqla, güləşdə lider ölkələrdən olduğunu sübut edib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Çempionatda fasilədir
VI tur arxada qalsa da, "UniBank" Premyer Liqada vahid lider yoxdur

"Neftçi" və "Bakı"da yeni dönəm
Yeni baş məşqçilər qarşısında eyni vəzifə dayanır

Üçüncü cəhd də boşa çıxdı
Voleybol yığmamız uğur qazana bilmədi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər