Hal-hazırda Ayna qəzetinin 03.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Neftçi" və "Bakı"da yeni dönəm
"Neftçi" və "Bakı"da yeni dönəm
Yeni baş məşqçilər qarşısında eyni vəzifə dayanır
Şənbə, 03.10.2009

Kərim Nəsrullah mətn ölçüsü  

Ötən həftə ölkənin iki futbol klubunda - "Neftçi" və "Bakı"da baş məşqçi dəyişikliyi gerçəkləşdi. Bir vaxtlar "Neftçi"nin və yığmanın heyətində oynamış Vaqif Sadıqov ölkənin ən qocaman klubunun baş məşqçisi təyin edildi. O, həmin vəzifədə Böyükağa Ağayevi əvəz etdi. Vaqif Sadıqov bununla ikinci dəfədir "Neftçi"yə baş məşqçi təyin olunur. Maraqlıdır, 50 yaşlı mütəxəssis 16 il əvvəl flaqmanın sükanı arxasına keçəndə də Böyükağa Ağayevi "işsiz" qoymuşdu.

Uzun fasilədən sonra flaqmanın sükanı arxasına qayıdan Vaqif Sadıqov o vaxt yarımçıq qalan işini davam etdirmək niyyətindədir. Yeni vəzifəyə təyinatı ilə bağlı keçirilən mətbuat konfransında Vaqif Sadıqov bunları deyib: "Neftçi"nin böyük potensialı var. Sadəcə, bunu üzə çıxarmaq, lazımi nəticə əldə etmək üçün vaxt lazımdır. "Neftçi" futbolçularının fərdi ustalıq səviyyəsi yüksəkdir. Bunu cəmləşdirib, güclü komanda yaratmaq lazımdır. Hazırkı "Neftçi"nin meydanda komanda oyununu görmürəm".

Müqavilənin şərtlərinə gəlincə, "Neftçi" ilə rəsmi anlaşmanın müddəti ilin sonunadəkdir. Vaqif Sadıqov daha sonra bildirib ki, əsas vəzifəsi "Neftçi"nin oyununu, simasını qaytarmaqdır. Qeyd edək ki, Vaqif Sadıqov eyni zamanda milli komandanın baş məşqçisi Berti Foqtsun köməkçisi vəzifəsində çalışır. O, bu məsələ ilə əlaqədar AFFA ilə danışıqlar aparıb, milli komandadakı işindən imtina edəcəyini də deyib. Ölkə çempionatında 21 günlük fasilə yarandığından Vaqif Sadıqov futbolçulara 4 günlük istirahət verib.

"Bakı" klubu isə Türkiyə yığma komandasının və "Qalatasaray"ın keçmiş futbolçusu Bülənt Korkmazla müqavilə imzalayıb. Yeni baş məşqçi ilə imzalanmış müqavilənin müddəti bir ildir. Amma yeni təyinatla bağlı keçirilən mətbuat konfransında klubun vitse-prezidenti Zeynal Məmmədov bildirib ki, bir il müddəti şərtidir. Klubun uğurları yüksək olarsa, Bülənt Korkmazla müqavilə müddəti artırıla bilər.

Gənc mütəxəssislə "Bakı" rəhbərliyi arasında əldə olunan razılışmaya görə, paytaxt klubu ölkə çempionu olmalı, kuboku qazanmalı və "Birlik Kuboku"nda uğurla çıxış etməlidir.

Maraqlıdır ki, Bülənt Korkmaz "Bakı"dakı işinə klub daxilində ciddi nizam-intizam yaratmaqla başlayıb. Belə ki, yeni nizamnaməyə əsasən futbolçular səhər saat 8:30-da bazaya toplaşmalı, 9:00-da səhər yeməyinə əyləşməlidir. Gecikən futbolçudan 1000 manat cərimə tutulacaq. Səhər məşqindən sonra futbolçular evlərinə buraxılmayacaq, bazada qalacaqlar. Məşq zamanı inzibati işçilərdən tutmuş texniki heyətədək, hamıya siqaret çəkmək və mobil telefonla danışmaq yasaq edilib.

Xatırladaq ki, Bülənd Korkmaz Türkiyə futbolunun ən tanınmış isimlərindən biridir. 1984-cü ildən "Qalatasaray"ın formasını geyən Korkmaz "cim-bom"un heyətində UEFA Kubokunu qazanıb, Türkiyə millisi ilə birgə dünya çempionatının bürünc medalına layiq görülüb. Bülənt Korkmaz Türkiyənin "Kayseri Erciyesspor", "Bursaspor", "Gənclərbirliyi" və "Qalatasaray" klublarında baş məşqçi kimi çalışsa da, ciddi uğur qazana bilməyib.

"Neftçi" və "Bakı" klublarının baş məşqçilərinin qarşısına, demək olar ki, eyni vəzifə qoyulub - komandanı böhrandan çıxarmaq. Bu baxımdan Vaqif Sadıqovun işi bir qədər asan görünür. Əvvəla, yerlidir və "Neftçi"nin əksər futbolçularının oyun tərzinə yaxşı bələddir. Onun türk həmkarının işi isə bir qədər çətindir. Bülənt Korkmaz yerli mühitə uyğunlaşmalı və futbolçuların imkanları ilə hələ bundan sonra tanış olmalıdır. O özü də etiraf edib ki, vaxtilə Türkiyədə oynamış Jabadan savayı "Bakı"nın heyətində heç kimi tanımır. Bu məşqçi dəyişikliklərinin nə dərəcədə faydalı olacağını yaxın gələcək göstərəcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Vaqif Sadıqov: "Xarici siyasətimizdə prioritetlər dəyişməyib, amma siyahı genişlənib"

Ərizələr UEFA-ya göndərildi

"Kocaelispor" Rəşad Sadıqovdan əl çəkmir

Rəşad Sadıqov "Qarabağ"a kömək edə bilməyəcək

Rəşad Sadıqov millidən kənarda qaldı

Bölmənin digər xəbərləri
 
Çempionatda fasilədir
VI tur arxada qalsa da, "UniBank" Premyer Liqada vahid lider yoxdur

Güləşdə lider ölkə
Fərid Mansurov - ikinci dəfə dünyanın ən güclü pəhləvanı

Üçüncü cəhd də boşa çıxdı
Voleybol yığmamız uğur qazana bilmədi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər