Keçmiş məhbus başına gətiriləni açıb danışıb
 |
İslam rejiminin orta əsr işgəncə üsulları
Şənbə, 03.10.2009
|
|
İranda prezident seçkilərindən sonra həbsə atılanlardan biri "Azadlıq" radiosuna müsahibəsində həbsxanada zorlandığını açıb danışıb.
Ailəsini hakimiyyətin növbəti zorakılığından qorumaq üçün hazırda gizlənən 24 yaşlı İbrahim Şərif (şərti adı) başına gələnlər haqda bunları söyləyib: "Bu seçkidən bir neçə gün sonra baş verib. İtaliya səfirliyindən, italyanca öyrənməkdən gəlirdim. Oradan aralananda kimsə məni arxadan tutdu, əllərimi və gözlərimi bağladı, məni itələyib maşının döşəməsinə uzatdı. Sonra məni harasa apardılar. Gözlərim bağlı idi. Həbsdə olduğum müddətdə məni heç kim sorğu-sual etmədi. Sonra onlar məni elə bir yerə apardı ki, artıq orada maşın səsi də eşidilmirdi. İtələyə-itələyə məni bir yerə apardılar. Orada özümün və yanımdakıların nəfəsindən başqa heç nə eşitmirdim. Onlar məni itələyib üzü üstə yıxdılar... gecəni orada yatmışam. Səhərə yaxın idi, mən "etməyin, vurmayın!" deyə qışqıran bir qadın səsi eşidirdim.
Gözlərim və əllərim bağlı olduğundan saxlandığım yer barədə təsəvvürüm yox idi. Yalnız yemək yeyəndə əllərimi açıb, qabaqdan bağlayırdılar... Həbsdə olduğum dördüncü gün onlardan biri məni üzü üstə yerə yıxdı. Qarnımın torpaqda olduğunu hiss etdim.
Biri məni tutub, tərpənməyə qoymadı. O, başqasına "gəl, bunu hamilə edək" dedi. Huşumu itirdim. Ayılanda əllərimi bağlı gördüm, hiss etdim ki, məndən qan axır, qarnım da zədələnmişdi...
Onlardan biri söyüş söyür, deyirdi: "... qoruya bilmirsən, hələ bir "məxməri inqilab da etmək fikrindəsən"...
Sərbəst buraxıldıqdan sonra polisə gedib şikayət etdim. Onlar dedi ki, bunu başqasına danışmayım.
Sonra müstəntiq məni sorğu-sual etdi, həkimə apardılar. Üstündən iki aydan artıq vaxt keçib. Həkimlər deyirdi ki, yara izi qalmayıb. Ancaq prokurorluqdan bildirdilər ki, onlar bunu müəyyən edə bilərlər".
30 ilə yaxındır "islam cümhurisində" məhbuslar ən müxtəlif barbar işgəncə üsullarına məruz qalırlar. Həmin işgəncə üsullarından bəzilərini diqqətinizə çatdırırıq.
Edam. Əhalidə xof yaratmaq və onları dəhşətdə saxlamaq üçün bu hökm çox zaman insanların gözü qarşısında icra edilir. Edam ya qaldırıcı kran vasitəsi, ya da ənənəvi dar ağacından asma ilə həyata keçirilir. Qədim üsulla asılmada məhkum masa və ya stul üstünə çıxarılaraq, boynuna ip salınır, ayağı altındakı massa və ya stul götürülür. Son zamanlar isə edama məhkum olunanın əzabını artırmaq üçün qaldırıcı krandan istifadə edilir. İnsanlar bu dəhşətli səhnəyə tamaşa etməyə məcbur edilir. Bəzi hallarda bir adam barəsində bir neçə dəfə ölüm hökmü çıxarılır. Bu zaman onu ölənə yaxın endirir, məhkum bir az özünə gələndə yenidən qaldırırlar.
Daşqalaq. Əsasən zina etmiş qadınlar barəsində çıxarılan hökmdür. Məhkum qadın geniş bir meydanda yarıya qədər yerə basdırılır, öncədən gətirilmiş daşlarla məmurlar tərəfindən daşqalağa tutulur.
Şallaq. Bu cəza əksər hallarda "siyasi və ictimai suç işlətmiş"lərə tətbiq olunur. Şallaq cazası həm zindanda, həm də ondan xaricdə insanları gözü qarşısında icra edilir. Məhkumun təkcə alt paltarı qalır. Üzü üstə uzadılır. Hökmü dörd nəfər icra edir - biri vurur, biri sayır, o biri iki nəfər isə "cinayətkarı" tutur. Bu cəzanın iki növü var - ağır və yüngül. Şallaqların sayı 40-dan 360-a qədərdir.
Bədən üzvlərinin kəsilməsi. Bu cəza əsasən oğurluq edənlərə tətbiq olunur. Cinayətkarın əli, qolu, barmağı və ayaqları iti alətlə (bir çox hallarda balta ilə) kəsilir.
Yararlı daxili orqanların çıxarılması. Ölüm cəzasına məhkum edilmişlərin sağlam orqanları bəzən edamdən öncə, bəzən isə edamdan sonra çıxarılır. Bu səbəbdən indi edam olunan, yararlı daxili orqanları çıxarılmışların cəsədləri yaxınlarına verilmədən basdırılır.
Kişilikdən salma. Bu üsulla siyasi və iradəcə möhkəm məhbuslara işgəncə verilir. Bu üsulun Tehrandakı "Evin" adlı həbsxanada dəfələrlə gerçəkləşdiyi məlumdur. Bu işgəncə verilərkən məhbusların bir çoxu qanaxmadan ölür. Qadınların süd vəzilərinin, cinsiyyət üzvlərinin kəsilməsi və yandırılması üsulu müxalif siyasi fəallara tətbiq edilir. İran daxilində və mühacirətdə belə işgəncələrə məruz qalmış çoxlu sayda insan bu gün də həyatdadır.
Zorlama. Bu alçaldıcı işgəncə üsulu İranın bütün həbsxana və təcridxanalarında qadın, yaxud kişi məhbuslara qarşı istifadə olunur. Siyasi məhbusları mənən alçaltmaqdan ötrü bu üsuldan yararlanırlar. Bu üsul daha çox qadınlara şamil edilsə də, hakimiyyət kişiləri daha da alçaltmaq üçün tətbiq edir. Zorlama bir neçə məmur və ya həbsxana məsulları tərəfindən həyata keçirilir. Barələrində edam hökmü çıxarılmış qadınlar və qızlar əksər hallarda cinsi zorakılığa məruz qalır.
Bütün bunlarla yanaşı məhbusun ac-susuz, yuxusuz saxlanması, havasız natəmiz yeraltı təcridxanalarda döyülməsi, yaralı vəziyyətdə, naməlum yerlərdə saxlanmaqla cəzalandırılması, damğalama, kisəyə salınaraq, hündür binadan atılmaqla öldürmə, göz çıxarma, diş sındırma, saçın yolunması və dağlanması, dəmir seyfdə, soyuq suda, havasız konteynerdə, soyundurularaq şaxtalı, açıq havada qolubağlı saxlama, dırnaqların çəkilməsi, ayaqdan asılma, əlin ayağa qandallanması, məhbusun gözü qarşısında ailə üzvlərinin döyülüb, təhqir olunması və s. insanlıqdan kənar işgəncə, cəza üsulu İran rejiminin mənəvi pasportu olaraq bütün mədəni dünyaya bəllidir.
|
|
|
Oxşar xəbərlər:
Zabit və əsgərlərin məhkəməsi başlayıb
Məhkəmə seksual manyakı qətlə yetirənləri təqsirli çıxardı
İran: şübhəli "etiraflar" dalğası
İran: amansız repressiyalar davam edir
Beynəlxalq Əfv Təşkilatı xəbərdarlıq edir:
|
|
|