Hal-hazırda Ayna qəzetinin 03.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Yarım milyon türk balası birinci sinfə gedir
Yarım milyon türk balası birinci sinfə gedir
Hamısı yabançı dildə oxumaq zorunda...
Şənbə, 03.10.2009

S.Sədrəddin mətn ölçüsü  

Bu tədris ilində İran çapında yarım milyon türk balası birinci sinfə getdi. Onların hamısı yad bir dildə - farsca oxumaq zorunda. Milli çoxluğun övladları milli azlığın dilini öyrənmək zorunda. Türkcə bir "əlifba" kitabı bu ölkədə yasaq. Yasaq edən isə islam hakimiyyəti cildindəki panfarsist düşüncə...

30 ildən bəridir fars olmayanların milli haqlarının təmini ilə bağlı Tehran çeşidli vədlər verir. 1979-cu il fevral inqilabının əsas şüarlarından biri də milli-mədəni haqların təmini idi. Bunun nəticəsi kimi ölkə Ana Yasasında dil, milli və iqtisadi bərabərlik kimi maddələr təsbit edilmişdi. Ancaq illər ötsə də, adını "islam hakimiyyəti" qoyan rəhbərlik öz verdiyi qanuna əməl etmir. Bu da bizim zəmanənin bir siyasi təzadı.

Heç uzağa getməyə ehtiyac yox. Cəmi 4-5 ay öncə keçirilən prezident seçkisi zamanı başda hazırkı prezident Mahmud Əhmədinejad olmaqla namizədlər - Mirhüseyn Musəvi və Mehdi Kərrubi də prezident postunu tutacaqları təqdirdə milli-mədəni haqlara təminat vəd edirdi. Neçənci dəfəydi vəd edirdilər. Hətta Əhmədinejad Ana Yasanı pozaraq, yeni fərman vermişdi: "Əyalətlərdəki universitetlərdə yerli dillərdə fakültətiv dərslər keçilsin". M.Musəvi isə Ana Yasanın 15-ci maddəsinin gerçəkləşəcəyinə təminat boyun olmuşdu. Ancaq ötən müddət ərzində müxalifət adlanan siyasi-sosial təbəqənin keçirdiyi çeşidli etiraz aksiyalarında milli-mədəni haqların təmini barədə bir şüar belə səslənmədi. Əhmədinejadın fərmanının "başqatdı" olması isə məzmunundan və qanunu pozmasından bəlli idi.

Beləliklə, sentyabırn 23-də yeni tədris ili başlayanda həm hökumət başçısının, həm də keçmiş namizədlərin milli haqların təmini ilə bağlı verdikləri vədlər heç yada düşmədi.

Güney Azərbaycan türklərinin 6 yaşlı övladları yenə də yabançı bir dili öyrənməyə başladılar.

REKLAM

Evdə türkcə danışanlar məktəbdə farsca danışacaqlar. Məktəbdə türkcə danışsalar, cəzalanacaqlar. Onlara başqa bir xalqın irsi öyrədiləcək. Onlara türklüyə nifrət, irançılığa sevgi duyğuları təlqin ediləcək. Quzeydəki yaşıdları "a" hərfli "ana" sözünün yazılışını öyrənməyə hazırlaşdıqları halda, onlar bu müqəddəs sözü "madər" kimi yabanı bir dildə yazacaq və idrak edəcəklər. İran adlanan coğrafiyada yaşayan türklüyün faciəsi deyil də, nədir?

"Amerikanın səsi" radiosunun xəbərinə əsasən, bu il İranda 1 milyon 200 min şagird birinci sinfə gedir. 7 milyondan çox tələbə kontingenti var, o cümlədən 1 milyona yaxın tələbə birinci kursa başlayacaq, onlara 1 milyon müəllim dərs keçəcək. Bu tədris ilinə 250 milyon nüsxə dərslik çap olunub. Dərsliklərin böyük hissəsi fars dilində olsa da, ingilis, ərəb və hətta erməni dillərində olanları da var. Türk dilindən başqa.

Dil aspektində İranın daha bir təzadı. Ölkə əhalisinin yarıdan çoxunu türklər və ərəblər təşkil etsələr də, İran özünü "farsdilli" ölkə elan edərək "farsdilli ölkələr birliyi" yaratmaq üçün Tacikistana, Əfqanıstana və Pakistana müraciət edib. Çox maraqlıdır: Tacikistanın yarısı özbək, Əfqanıstanın yarıdan çoxu özbək, azərbaycanlı, türkmən, qazax, qırğız... Onlar da "farsdilli" olacaqlarmış.

Mərkəzi Kanadada yerləşən Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının məsulu Faxtə Zamani bildirib ki, İran hakimiyyəti repressiyaları gücləndirib: "2009-cu il başlayandan bəri Azərbaycan türklərinə qarşı ən sərt cəzalar tətbiq edilir. Bu hüquqlardan biri də dillə bağlıdır. Azərbaycanlılar iqtisadi, mədəni, dil və din sahələrində ayrı-seçkiliyə məruz qalırlar". ABŞ isə müttəfiqləri ilə birlikdə İslam Respublikası rəhbərliyini İran vətəndaşlarının təməl haqlarına hörmət etməyə çağırır.

YUNESKO hər il fevralın 21-də Beynəlxalq Ana dili gününü qeyd edir. Həmin günün ağırlanmasında məqsəd dünyada "dillərin ölməsi"nin qaşısını almaqdır. Araşdırmalara görə, dünyada 6 min dil var və hər il neçə-neçə dil sıradan çıxır. Bir çox mütəxəssis bu baxımdan Güney Azərbaycan türklərinin ana dilinin də məhvolma təhlükəsi ilə üzləşdiyini söyləyirlər. Buna səbəb həmin dildə məktəbin olmaması, milli-mədəniyyətin inkişafının qarşısının zorla alınması, milli varlığın danılması göstərilir.

Neçə ildir Güney Azərbaycan türkləri beynəlxalq ictimaiyyətin və ölkə rəhbərliyinin diqqətini bu məsələyə cəlb etmək üçün çeşidli aksiyalara baş vururlar. Ancaq bu haqlı tələbləri ödəməkdənsə, hakimiyyət onlara polis dəyənəkləri, təzyiq və həbsxanlarla cavab verir.

Güney Azərbaycan türklüyü taleyi ilə barışmaq fikrində deyil. Ölkə daxilində və xaricdə ana dilinin tədrisi ilə bağlı aksiyalar daha da güclənəcək. Hər il Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Marağa, Xoy, Həmədan, Meşkin, Əhər və b. şəhərlərində insanlar "Ana dilində təhsil!" tələbi ilə küçələrə çıxır və çıxacaqlar. Və teokratik rejimin bunu bilməsi gərəkir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müsavatçı gənclər etiraz aksiyasına hazırlaşır

Yerevan yeni səfirini təyin etdi

Bizi məqsədli şəkildə tərk-silah edirlər, ayıq olun!

Tehran Təbrizə gözdağı verir?

İranda ermənilərin haqları təmin olunub

Bölmənin digər xəbərləri
 
Jurnalist Həsən Ərk həbs edildi
Çünki GünAz TV-yə müsahibə verib...

Keçmiş məhbus başına gətiriləni açıb danışıb
İslam rejiminin orta əsr işgəncə üsulları



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Resepsion + Depression = Armagedon?

Resepsion + Depression = Armagedon?


Arif Babayev:
"Oğluma dedim özünə başqa sənət seçsin"

Arif Babayev: "Oğluma dedim özünə başqa sənət seçsin"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər