Hal-hazırda Ayna qəzetinin 03.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Zülfiyyə Xanbabayeva münsiflər heyətinə keçdi
Zülfiyyə Xanbabayeva münsiflər heyətinə keçdi
Burada Aygün Kazımovanı əvəz edəcək
Şənbə, 03.10.2009

mətn ölçüsü  

Növbəti dəfə start götürən "Yeni ulduz" yarışmasının münsiflər heyətində kiçik dəyişiklik edilib. Əvvəlcə Mübariz Tağıyev, Ruhəngiz Qasımova, Oqtay Əliyev və Aygün Kazımova ilə təmsil olunan münsifləri sonuncu müğənni tərk etmək məcburiyyətində qalıb.

Həftənin 5 günü ATV telekanalında "Xeyir ola" verilişinə aparıcılıq edən, eyni zamanda, sıx yaradıcılıq işlərinin olduğunu diqqətə çatdıran Aygün xanım boş qalan yerinə onun yaxın dostu və həmkarı Zülfiyyə Xanbabayevanı məsləhət görüb. Oktyabrın ilk günlərində müsabiqənin qeydiyyat mərhələsi başa çatandan sonra Zülfiyyə xanım digər münsif həmkarları ilə birlikdə dinləmələrdə iştirak edəcək.

Vaxtının buna imkan verdiyini bildirən Zülfiyyə xanım gənclərin düzgün seçimində öz iştirakını da vacib hesab edir:

"Bildiyiniz kimi, mən peşəkar səhnəyə "Bakı payızı" müsabiqəsinin qalibi kimi gəlmişəm. O vaxt səs imkanlarımı eşidən münsiflər heyəti mənim birinci olduğum qənaətinə gəldilər. İndi isə mən gənclərin düzgün seçimində yaxından iştirak etmək istəyirəm. Eyni zamanda, münsiflər kürsüsündə Mübariz müəllim, Ruhəngiz xanım və təcrübəli Oqtay müəllimin olması, mənim bu təklifi qəbul etməyimdə tərəddüd hissləri yaşatmadı".

Müsabiqədə istedadlı iştirakçıların olacağına ümid edən Zülfiyyə xanım çağdaş Azərbaycan estradasının gələcəyinin onlara etibar edildiyini bildirdi: "Son illər estrada sənəti haqqında fərqli fikirlər səslənməkdədir. Bir çoxları sənətin inkişaf mərhələsini aşmadığını, bəziləri yad elementlərə məruz qaldığını iddia edir. Biz bu cür halların baş verməməsi səbəbindən buradayıq. Onlara düzgün oxumağı aşılamaqla yanaşı, düzgün seçim etməyi öyrətməliyik".

Sonda yaradıcılığından söz salan Zülfiyyə xanım barəsində bir müddət əvvəl danışdığı yeni mahnılarının hazırlıq prosesini keçdiyini söylədi. Müğənni bildirdi ki, tezliklə repertuarında bir sıra dəyişiklik olacaq. Zülfiyyə xanım "Yeni ulduz"dakı iştirakının yaradıcılığına ciddi təsir göstərməyəcəyini də qeyd etdi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Şayiələr Aygünlə Namiq Qaraçuxurlunu daha da mehribanlaşdırdı

Aygün Kazımovanın "şamplena şou-2"si

Zülfiyyə Xanbabayeva qızının doğum günündə konsert verəcək

Bölmənin digər xəbərləri
 
Alim Qasımov paytaxtda konsertə hazırlaşır
Xanəndə təklifləri gözdən keçirir

Əlixan Səmədov Nadir Qafarzadəni seçib
Balaban ifaçısı ona bir mahnı bəstələyib

Uşaqlara həsr edilən teatr ömrü
Gənc Tamaşaçılar Teatrının aktrisası Almaz Mustafayeva sənət yolundan söz açır

Naxçıvan şəhərinin keçmişinə ekskurs
XIX yüzilin 30-cu illərində mənzərə necəydi

Ramiz Əzizbəyli yataq xəstəsidir
Aktyor diqqətsizlikdən gileylidir

Əzizə Mustafazadə "Azərbaycanla dialoqda"
"Nonart" festivalında cazmenin solo konserti olacaq

Gövhər Həsənzadədən sürpriz
Müğənniləri İsrail konsertinə özlərindən xəbərsiz seçib

Gülyaz Məmmədova 3 yaşlı uşaqla duet oxudu
O, beşikdən musiqiyə alışdırmağı tövsiyə edir

"Prodüser institutunun yaradılması zəruridir"
Milli Məclis "Mədəniyyət haqqında" qanuna əlavə və dəyişikliklər edəcək.

Gəncə Dram Teatrı repertuarını təzələyir
Gəncə Dövlət Dram Teatrı 114-cü mövsümünə xalq yazıçısı Elçinin "Qatil" pyesi əsasında hazırlanan tamaşa ilə başlayıb.

Muskomediya truppası Gəncə səfərindən qayıdıb
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının balet truppası Gəncə şəhərində səfərdə idi.

Azərbaycanın etnomədəniyyəti Moldovada sərgilənib
Moldovada 55 dövlətin təmsil olunduğu "Müxtəliflikdən keçən birlik" adlı festival keçirilir.

Köhnə "Karvan" yeni heyətdə
Qrupa İlqar Xəyal rəhbərlik edəcək

Koreya telekanalı Azərbaycanda çəkiliş aparacaq
Film "Səyahətçinin qeydləri" adlanır

Polad Bülbüloğlu dostları üçün oxuyur
Konsertlər onun üçün "bağlanmış kitab"dır

"Qurdlar Vadisi Pusu"nun kompüter variantı
Oyunun istifadəçiləri 1 milyonu keçib

Röyanın "Nağıl dünyası" süni otların və güllərin əhatəsində
Körpəsinin ilk hədiyyəsini konsertində aldı

Səttar Bəhlulzadənin yubileyinə - müsabiqə
Mövzu - lirik mənzərələr və təbiət motivləri

Madonna üçüncü dəfə ərə gedir
Budəfəki həyat yoldaşı braziliyalı manekendir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər