Separatçılar da təlim keçir
|
Şənbə, 26.09.2009
|
|
mətn ölçüsü |
|
|
|
Dünən saat 10:30-dan başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərə başlayıb. Təlimlər Ağdamın işğal altında olan Göytəpə kəndi və Uzundərə adlanan ərazidə keçirilir. "Ganca.az" saytının Qarabağ müxbirinin bildirdiyinə görə, topdan açılan mərmilər hədəfə dəydikdən sonra yaranan toz-duman və torpaq titrətmələri cəbhəyanı kəndlərdə də müşahidə olunur. Kənd sakinləri isə hərbi təlimlərdən sonra evlərində çatların əmələ gəlməsini istisna etmirlər.
|
|
|
|
|
|
|