"Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını nəzərdə tutan protokollar Ermənistanın Türkiyə ilə münasibətləri heç bir ilkin şərt irəli sürmədən normallaşdırmaq siyasətinə uyğundur". APA-nın məlumatına görə, bu fikirləri Ermənistanın xarici işlər nazirinin müavini Arman Kirakosyan səsləndirib.
O, siyasi qüvvələri və ictimaiyyəti eyforiyaya qapılmamağa çağırıb: "Çünki sənədlərin imzalanması və ratifikasiya olunması prosesi hələ irəlidədir. Hesab edirəm ki, hər iki protokol Türkiyə ilə münasibətləri ilkin şərt irəli sürmədən normallaşdırmaq siyasətinə uyğundur. Ratifikasiya prosesi başa çatdıqdan iki ay sonra Türkiyə-Ermənistan sərhədləri açılacaq. Lakin sərhədlərin konkret olaraq nə zaman açılacağı ilə bağlı heç nə deyə bilmərəm. Söhbət altı həftəlik daxili məsləhətləşmələrdən gedir, əgər hər şey qaydasında olsa, bu sənədlər imzalanacaq və ratifikasiya olunmaq üçün parlamentə göndəriləcək".
|