Hal-hazırda Ayna qəzetinin 26.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
102 gənc - prezident təqaüdçüsü
102 gənc - prezident təqaüdçüsü
"Abituriyent"in özəl sayı onlara həsr olunacaq
Şənbə, 26.09.2009

Səid mətn ölçüsü  

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2009-2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən 102 gəncə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təqaüd təyin edilməsi barədə məlumat yayıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunub ki, 2009/2010-cu tədris ili üçün ali məktəblərə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak edənlərin 996 nəfəri yüksək nəticə göstərərək 600-dən yuxarı bal toplayıb: "Yüksək nəticə göstərənlər ölkənin, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini də təmsil edir. Onlardan 670 nəfəri şəhər, 326 nəfəri rayon və kənd məktəblərinin məzunlarıdır. 600-dən yuxarı bal toplayanlar sırasında mülki ali məktəblərlə yanaşı Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına (4 nəfər) və Polis Akademiyasına (6 nəfər) daxil olanlar da var. Yüksək nəticə göstərənlər 1-ci qrupda (texniki və təbiət elmləri üzrə ixtisaslar) 164, 2-ci qrupda (iqtisadiyyat üzrə ixtisaslar) 218, 3-cü qrupda (humanitar ixtisaslar) 391, 4-cü qrupda (tibb ixtisasları) 223 nəfərdir. 2 nəfər isə maksimal nəticə - 700 bal toplayıb. Onların ikisi də 3-cü ixtisas qrupunun abituriyentləridir. 4-cü ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayan 4 abituriyent Türkiyə Cümhuriyyətinin Gülhanə Hərbi Tibb Akademiyasına qəbul olub".

Məlumata görə, "Abituriyent" jurnalının bir nömrəsinin xüsusi olaraq yüksək nəticə göstərənlərə həsr olunması nəzərdə tutulur. Qeyd olunub ki, 2009-2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən, namizədliyi TQDK tərəfindən prezident təqaüdünə təqdim edilən və prezidentin sərəncamı ilə təqaüd təyin edilən 102 gəncdən 29 nəfəri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, 25 nəfəri Azərbaycan Tibb Universitetinin, 18 nəfəri Bakı Dövlət Universitetinin, 12 nəfəri "Qafqaz" Universitetinin, 9 nəfəri Azərbaycan Dövlət Neft Akademiyasının, 6 nəfəri Azərbaycan Dövlət İqtisad Universiteti, 2 nəfəri Xəzər Universitetinin, 1 nəfəri Naxçıvan Dövlət Universitetinin tələbəsidir. 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Rus dilindən imtina nə vəd edir?

Gəncə orta məktəbində dərs saatı satılır?

Ali məktəblərə qəbul imtahanının son qaydaları açıqlandı

Zabit və əsgərlərin məhkəməsi başlayıb

TQDK son xəbərdarlığını etdi...

Bölmənin digər xəbərləri
 
Sərhəd Xidməti təlimlərə başlayıb
Dünən Dövlət Sərhəd Xidməti (DSX) genişmiqyaslı dəniz təlimlərinin sonuncu mərhələsinə başlamışdır.

Hərbi Doktrina gələn ilə qaldı
SQ Baş İnspeksiyasının yaradılması yönündə işlər davam etdirilir

DUH davamlı aksiyalara qərar verdi
Şüarları - Türkiyə-Ermənistan sərhədləri açılmasın!

Türkiyə-Ermənistan sərhədləri üç ay ərzində açıla bilər
"Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını nəzərdə tutan protokollar Ermənistanın Türkiyə ilə münasibətləri heç bir ilkin şərt irəli sürmədən normallaşdırmaq siyasətinə uyğundur".

İrandan Qarabağa - təbii qaz
Məlumat rəsmən təsdiqini tapdı

Separatçılar da təlim keçir
Dünən saat 10:30-dan başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərə başlayıb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər