Azərbaycan - AB Əməkdaşlıq Komitəsinin növbəti toplantısı
|
Şənbə, 26.09.2009
|
|
mətn ölçüsü |
|
|
|
Bakıda Azərbaycan-Avropa Birliyi Əməkdaşlıq Komitəsinin 10-cu görüşü keçirilib. APA-nın xəbərinə görə, AB tərəfini Avropa Komissiyasının Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Direktorluğunun rəhbəri Qunar Viqant təmsil edir.
Komitənin Azərbaycan tərəfdən həmsədri xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevdir. Qapalı keçirilən toplantının əsas müzakirə mövzuları Avropa Qonşuluq Siyasəti və "Şərq tərəfdaşlığı" proqramları çərçivəsində nəzərdə tutulan planların həyata keçirilməsi, elm, təhsil və tədqiqatlar üzrə yeni alt komitələrin yaradılması, viza rejiminin sadələşdirilməsi və readmissiya məsələləridir.
|
|
|
|
|
|
|