Hal-hazırda Ayna qəzetinin 26.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
"Qədim xalq"ın qorxuları və hesabları
"Qədim xalq"ın qorxuları və hesabları
"Blokada" deyə qışqıranlar təcrid istəyir
Şənbə, 26.09.2009

İsmayıl Umudlu mətn ölçüsü  

Bəlli olduğu kimi, avqustun 31-də Ankara və İrəvanın iki protokol ətrafında ikitərəfli siyasi məsləhətləşmələrə başladıqları elan edildi. Ankara, Bakı və İrəvanın siyasi gündəminə bomba kimi düşən bu protokollar iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına və ikitərəfli münasibətlərin inkişafına aid idi. Hamı elə düşünürdü ki, öncə Ermənistan bundan məmnun qalmalıdır, çünki 1993-cü ildən bəri Türkiyə və Azərbaycanın dilbir olaraq onu məqsədli şəkildə "blokada"ya almasından danışırdı. İndi isə, budur, sərhədin açılmasının iki addımlığında dayanıb və ləngimədən protokolları paraflamaq proseduruna başlayacaq. Amma belə olmadı.

Bəlli oldu ki, "blokada" daha çox Ermənistana sərf edirmiş... Vaxtilə belə bir fikir vardı ki, əgər Türkiyə günü sabah sərhədini Ermənistanın üzünə açsa, ümumiyyətlə, sərhəd xəttini yığışdırsa, Ermənistan rəhbərliyi tələsərək Arazın bu tayında yeni dəmir pərdə qurmağa başlayacaq. Bu gün Ermənistan siyasi müstəvisində baş verənlər bu proqnozu təsdiqləməkdədir. Ermənistanda bir dənə də siyasi çevrə tapılmadı ki, Türkiyə ilə münasibətlərin qurulmasını birmənalı olaraq dəstəkləsin. Günümüzün siyasi paradoksu budur.

Çox heyrətamiz bir situasiya yaranıb. Cəbhə xəttinin o tayında baş verənləri, orada siyasəti təmsil edənlərin baş-ayaq mülahizələrini izlədikdə, bu 1,5-2,0 milyonluq toplumun nə dərəcədə dərin bir xəstəlik içərisində olduğunu görməmək olmur.

"Qədim xalq"ın qorxuları nədən ibarətdir?

Qorxular bir-bir dilə gətirilir: birincisi, demoqrafik situasiya daha da pisləşəcək. Deyilir ki, 1,5-2,0 milyon civarında əhalinin yaşadığı bu ölkədə sərhəd açılandan, gediş-gəliş asanlaşandan, münasibətlər daha da məhrəmləşəndən sonra böyük bir erməni kütləsi Türkiyə şəhərlərinə köçüb yerləşəcək, bu insanlar Türkiyə toplumuna inteqrasiya olunacaq və onlar faktik olaraq Ermənistan üçün itiriləcək. Ermənistan ərazisinə isə Anadoludan və Azərbaycandan çoxlu sayda əhali gəlib yerləşə bilər. Odur ki, "sərhəd bağlı qalsın, amma ticarət edək" deyənlər məhz bu qorxunu yaşayanlardır.

İkinci qorxu - Ermənistan və Türkiyə arasındakı iqtisadi qeyri-bərabərlik Ermənistanın az bir zamanda Türkiyənin xammal əlavəsinə və hətta de-fakto müstəmləkəsinə çevrilməsinə gətirib çıxaracaq. Türkiyə qaynaqlarına əsasən, bu gün Ermənistan və Türkiyə arasında ticarət dövriyyəsi Gürcüstan üzərindən həyata keçirilir və 200 milyon dollar civarındadır (Türkiyənin xarici siyasətində 1 faiz yer tutur). Ermənistanda keyfiyyətsiz İran malları ilə müqayisədə türk mallarına böyük üstünlük verilir.

Üçüncü qorxu - "erməni soyqırımı" iddialarının istismarı bu ölkədə və diasporda bir industriya şəbəkəsinin yaranmasına gətirib çıxarıb və bu iki ölkə arasında münasibətlərin istiləşdiyi təqdirdə, bu industriya şəbəkəsi az bir zamanda çökə bilər.

REKLAM

Gör nə qədər adam "ixtisasını" dəyişdirməli olar.

Siyasətçilərin söylədikləri

"Daşnaksütyun" protokollara etiraz olaraq XİN binası qarşısında "aclıq" aksiyası, hökumət binasının qarşısında isə oturaq aksiya keçirir. Onlar dünənə qədər 35 min imza da toplamışdılar. Bir sıra xırda partiyalar və isimləri bizə də tanış olan şəxslər onlarla həmrəydir.

Daşnaklar buna qədər xarici işlər naziri Edvard Nalbandyanın istefasını tələb edirdilərsə, indi prezident Serj Sarqsyanın da istefası tələbini gündəmə gətirəcəkləri ilə hədələyirlər. Şərtləri budur: "erməni-türk münasibətlərinin qurulma prosesi bu saatkı məcrada davam edərsə". Onların liderlərindən olan Vaan Ovannisyan belə güman edir ki, protokollar hədsiz dərəcədə "kompromisli"dir, bu situasiyanı isə protokollara düzəliş etməklə prezident Sarqsyan aradan qaldıra bilər. Prezident isə protokolların indiki şəklində imzalanmasına meyllidir.

Parlamentdəki müxalifətçi "İrs" partiyasının qurucusu Raffi Ovannisyan daşnaklarla həmrəy olduğunu bildirir və bu protokolları "şübhəli" sayır, üstəlik də protokolların parlament müzakirələrini keçirməyə tərəfdardır. Onun gözündə Ermənistanın son 18 ildə müqavimət göstərdiyi müddəalar bu protokollarda yer alıb.

Keçmiş xarici işlər naziri, indi "Civilitas" fondunun başçısı Vardan Oskanyan iddia edir ki, "bu protokollar haradasa və kimlər tərəfindənsə, ehtimal ki, türklərin iştirakı ilə yazılıb və indi ermənilərə sırınır". O hesab edir ki, "protokolların təməlində Ermənistanın təslimçi mövqeyi dayanır, bu protokolları imzalamaqla biz öz problemlərimizi həll etmirik, əksinə, onlar yeni təhdidlər və problemlər doğuracaq". O, əmindir ki, protokolları bir az dəyişdirmək, daha doğrusu, ona bir cümlə əlavə etmək və bəzi sözlərin mənasını dəyişməklə imzalamaq olar, lakin indiki şəklində imzalamaq olmaz".

Oskanyanın şok mülahizəsinə görə, "sərhədi bağlamaqla Ermənistan deyil, Türkiyə çətin vəziyyətə düşüb" (?!), "sərhədi açmağa bizim yox, onların tələbatı var (?!) və elə gəlir ki, onlar bunu bizim hesabımıza etmək üsulunu tapıblar". Onun gümanınca, guya Türkiyə AB-yə daxil olmaq üçün Avropa Birliyinin "çox güclü pressinqi altındadır" və Türkiyənin şərq vilayətlərinin iqtisadi problemləri var və bu problemlərin həlli Ermənistanla sərhədlərin açılmasından asılı olan şeymiş (?). Bundan başqa, Türkiyə sərhədi açmaqla "bölgədə öz aparıcı rolunu möhkəmlətmək niyyətindədir (?).

Ermənistana yaxından bələd olan analitiklərin fikrincə, qarşıdakı dönəmdə ölkədə hansısa böyük çaxnaşmalar gözlənilmir. Daxili situasiyanın gərginləşməsi ehtimaldan kənardır. Çünki etiraz edən qüvvələr zəifdir və cəmiyyət tərəfindən geniş dəstəklənmir. Hətta müxalifətin lideri Levon Ter-Petrosyan hakimiyyətə gəlsə belə, bu gedişi dəyişdirmək iqtidarında deyil, sadəcə, prosesi məlum nöqtədən qəbul edərək məntiqi sonluğa doğru aparmalı olacaqdır.

İqtisadi hesablar güc gəlir

Əgər sərhəd açılarsa, Cənubi Qafqaz Dəmiryolları QSC öz investpaketini 603 milyon dollaradək artıracaqdır. Bəlli olduğu kimi, CQD Rusiya Dəmiryolları ASC-nin törəmə müəssisəsidir və Ermənistan dəmiryollarını idarə edir. 2008-ci ildə bağlanmış müqaviləyə əsasən, Ermənistan dəmiryolları 30 il onların əlində olacaq və daha sonra müddəti 20 illiyə uzatmaq hüququna malikdirlər. CQD baş direktorunun müavini Marat Hakov mətbuata bildirib ki, siyasi məsələlər həll olunan kimi işə başlamağa hazırdırlar. Onların hətta Axuryan stansiyasında beynəlxalq logistik mərkəz inşa etmək planları var.

Rusiya və Ermənistan arasında konsessiya müqaviləsi imzalanan vaxt razılaşdırılıb ki, Türkiyə ilə sərhəd açıldıqda infrastruktura investisiyalar 572 milyondan 603 milyon dollara, Azərbaycanla sərhəd açıldıqdan sonra 1,7 milyard dollara, Abxaziya yolu açıldıqdan sonra isə 2,1 milyard dollara çatdırılacaq. Azərbaycan XİN sözçüsü Elxan Poluxovun Türkiyənin "Zaman" qəzetinə açıqlamasına istinadən, Dağlıq Qarabağ ətrafındakı 5 rayonun dincliklə qaytarılmasının müqabilində Azərbaycan Ermənistanla dəmiryol əlaqələrini bərpa edə bilər.

Diaspor əngəli

Son olaraq Serj Sarqsyan katolikosla görüşüb və protokolların paraflanma prosesi ətrafında cərəyan edən hadisələri müzakirə edib. Erməni kilsəsi də bu məsələ ilə bağlı ən yaxın iclasında öz sözünü deməyə hazırlaşır. Sarqsyan isə diasporun mövqeyini bilavasitə dinləmək üçün xarici turneyə çıxır: ermənilərin ən çox cəmləşdikləri mərkəzlərdə - Paris, Beyrut, Dos-Anceles və Rostovda olacaq. Katolikos prezidentin bu niyyətini bəyənib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ölkə dəmir yoluna milyardlar yatırılacaq

Ölkə dəmiryoluna milyardlar yatırılacaq

Dəmir yol gücləndirilmiş iş rejiminə keçdi

Öldürülən yaraqlı Avstriya vətəndaşı çıxdı

Bakı-Tiflis-Qars dəmir yol layihəsi təxirə düşə bilər

Bölmənin digər xəbərləri
 
Təhlükəsizliyimiz uğrunda savaşın gərgin mərhələsi
Hədəfdə - Qəbələ RLS, hərbi kadrlar və Xəzərin təhlükəsizliyi

Müharibə variantı - arzu yox, məhz reallıq
"Ermənistanda çox gözəl dərk edirlər ki, müharibə olacağı təqdirdə erməni ordusunun məğlubiyyəti labüd və qaçılmazdır".

Türkiyədə "kürd" və "erməni açılımı"nın gizlinləri
Ölkə "ölüm-qalım" dilemmasının ağırlığını yaşamaqda

Qafqaz uğrunda mübarizədə növbəti qurban - Azərbaycan?
Amerikalı politoloq Jiri Valentanın bədbin proqnozları

Bakıdan Ankaraya nota...
Türk jurnalistlər izinsiz Dağlıq Qarabağda olublar

AŞ PA payız sessiyası başlayır
Rusiya-Gürcüstan mübahisəsində Azərbaycan kimin yanında olacaq?

Dəniz Baykal səfirlərə şərt qoyub
Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmayınca...

Azərbaycan - AB Əməkdaşlıq Komitəsinin növbəti toplantısı
Bakıda Azərbaycan-Avropa Birliyi Əməkdaşlıq Komitəsinin 10-cu görüşü keçirilib. APA-nın xəbərinə görə, AB tərəfini Avropa Komissiyasının Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Direktorluğunun rəhbəri Qunar Viqant təmsil edir.

Baş nazirin Ermənistanla "meyvə yığımı" mövsümü
Ərdoğan BTM tribunasında Qarabağa bu qədər diqqətsiz oldu



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər