Hal-hazırda Ayna qəzetinin 26.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Dəniz Baykal səfirlərə şərt qoyub
Dəniz Baykal səfirlərə şərt qoyub
Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmayınca...
Şənbə, 26.09.2009

mətn ölçüsü  

Türkiyənin ana müxalifət lideri - Cümhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykal 24 sentyabr axşamı AB ölkələrinin Ankara səfirləri ilə görüşüb. APA-nın verdiyi xəbərə görə, AB-yə sədrlik edən İsveçin Ankara səfirliyində keçirilən görüşdə Türkiyə-AB, Türkiyə-Ermənistan münasibətləri, hökumətin "kürd açılımı" və digər aktual məsələlər müzakirə edilib.

Dəniz Baykal Türkiyədə hər kəsin etnik mənsubiyyətinə hörmət göstərilməsinə tərəfdar olduğunu, lakin milli birliyin pozulmasını istəmədiklərini vurğulayıb. O bildirib ki, bəzi dairələr kürd probleminin həlli adı altında Türkiyədə milli-etnik ayrılıq və qarşıdurma yaratmağa çalışır və bu, çox yanlış addımdır. Müxalifət lideri Ədalət və İnkişaf Partiyası (AKP) hakimiyyətə gəldikdən sonra Türkiyədə demokratiyanın inkişaf etmədiyini, əksinə, gerilədiyini söyləyərək buna son misal kimi "Doğan Media Holding"ə kəsilən 2,5 milyard dollarlıq vergi cəzasını göstərib.

Türkiyə-Ermənistan münasibətlərinə dair mövqeyini səfirlərə izah edən Dəniz Baykal deyib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmayınca Ankara bu ölkə ilə sərhəd qapılarını açmamalıdır. O, Azərbaycanın yalnız Türkiyə üçün deyil, AB üçün də önəmli bir ölkə olduğunu diplomatların nəzərinə çatdırıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Çimərliklərimizin çoxu çimməklik deyil

"Yaprak dökümü"nün qəhrəmanı əvvəl imtahan verəcək, sonra evlənəcək

Azərbaycanla Türkiyə razılaşa bilmədi

Rahat çimin!

Qara dəniz dövlətləri FHN-lərinin Bakı toplantısı

Bölmənin digər xəbərləri
 
Təhlükəsizliyimiz uğrunda savaşın gərgin mərhələsi
Hədəfdə - Qəbələ RLS, hərbi kadrlar və Xəzərin təhlükəsizliyi

Müharibə variantı - arzu yox, məhz reallıq
"Ermənistanda çox gözəl dərk edirlər ki, müharibə olacağı təqdirdə erməni ordusunun məğlubiyyəti labüd və qaçılmazdır".

Türkiyədə "kürd" və "erməni açılımı"nın gizlinləri
Ölkə "ölüm-qalım" dilemmasının ağırlığını yaşamaqda

Qafqaz uğrunda mübarizədə növbəti qurban - Azərbaycan?
Amerikalı politoloq Jiri Valentanın bədbin proqnozları

Bakıdan Ankaraya nota...
Türk jurnalistlər izinsiz Dağlıq Qarabağda olublar

AŞ PA payız sessiyası başlayır
Rusiya-Gürcüstan mübahisəsində Azərbaycan kimin yanında olacaq?

"Qədim xalq"ın qorxuları və hesabları
"Blokada" deyə qışqıranlar təcrid istəyir

Azərbaycan - AB Əməkdaşlıq Komitəsinin növbəti toplantısı
Bakıda Azərbaycan-Avropa Birliyi Əməkdaşlıq Komitəsinin 10-cu görüşü keçirilib. APA-nın xəbərinə görə, AB tərəfini Avropa Komissiyasının Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Direktorluğunun rəhbəri Qunar Viqant təmsil edir.

Baş nazirin Ermənistanla "meyvə yığımı" mövsümü
Ərdoğan BTM tribunasında Qarabağa bu qədər diqqətsiz oldu



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər