![]() |
çap et |
|
|||
Dünən Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Türkiyənin Azərbaycan səfirliyinə nota təqdim olunub. XİN mətbuat katibi Elxan Poluxovun APA-ya verdiyi məlumata görə, notada bir müddət öncə Türkiyənin NTV kanalı jurnalistlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı Azərbaycan tərəfinin narahatlığı çatdırılıb.
Məlumata görə, notada türk jurnalistlərin Azərbaycanın işğal olunmuş bölgəsində separatçı rejimin qondarma "Xarici İşlər Nazirliyi"ndə qeydiyyatdan keçməsinin Azərbaycanın kəskin etirazı ilə qarşılandığı bildirilib: "Türk jurnalistlərin bu hərəkətləri Azərbaycan tərəfində dərin təəssüf hissi doğurub". Notada həmçinin Azərbaycan tərəfi Türkiyə tərəfindən vəziyyətə aydınlıq gətirilməsini və sözügedən qeydiyyatı ləğv etmək istiqamətində müvafiq tədbirlər görülməsini xahiş edib. Əslində xahişnamə xarakterli olan bu sənədin adının çox gurultulu olması narahatedici faktdır. Son illər nə Azərbaycanın Türkiyəyə, nə də əksinə nota vermək məsələsi yoxdur. Türk jurnalistlərin Ermənistana dəfələrlə səfəri olub. Amma işğal altında olan torpaqlara izinsiz səfəri yalnız təəssüf doğurur. Təkcə onu xatırlatmaq yerinə düşərdi ki, xarici işlər naziri Əhməd Davutoğlu bu yaxınlarda Tbilisidə olanda Abxaziyaya getmək üçün Gürcüstan rəhbərliyindən izin istəmişdi. |