Hal-hazırda Ayna qəzetinin 26.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Türkiyədə "kürd" və "erməni açılımı"nın gizlinləri
Türkiyədə "kürd" və "erməni açılımı"nın gizlinləri
Ölkə "ölüm-qalım" dilemmasının ağırlığını yaşamaqda
Şənbə, 26.09.2009

Ənvər Börüsoy
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin ekspert
mətn ölçüsü  

Ötən yüzilin başlanğıcında Anadolunu bir neçə kəsimə bölmək üçün Avropa paytaxtlarında bağlı qapılar arxasında bir sıra ssenarilər gündəmə gətirilmişdi. O zaman bunları gerçəkləşdirməyə, sadəcə, Avropanın gücü çatmadı. Çünki onların qarşısında bütün Anadolu insanını bir araya gətirmək üçün milli səfərbərlik görünməmiş miqyas almışdı. Budur, həmin ssenarilər yenidən Anadoluya tuşlanıb.

Bu dəfə "milli azlıqların hüquqlarının tanınması", "ölkənin federallaşması" və digər onlarca projelər Türkiyədə hamını bir-birinə qarşı qoyub. Çünki milli səfərbərlik mənasında məmləkətdə bu missiyanı yerinə yetirəcək iqtidar yoxdur. Əslində AKP adı altında hakimiyyətə gətirilmiş nurçu camaatı - "QALSTUKLU VƏHABİLƏR" bu ssenarinin həyata keçirilməsində birbaşa təşəbbüslər göstərir. AKP iqtidarı daha çox gizli siyasi holdinq siyasətinin içində olmaqla, "hər addımda var-dövlətə sahib olmaq" prinsipini gerçəkləşdirir.

Bu kəsimi Qərb uzun illərdir yetişdirməklə məşğul idi. Türkiyənin İraq siyasətində strateji hədəf olan "İraq-Türkman" bölgəsini faktik olaraq itirməsi, bu torpaqlarda "İraq-Kürdüstan dövləti"nin yaradılması buna örnəkdir. İndi də bunun ardınca "kürd açılımı" və "erməni açılımı" gündəmə gətirilib.

Qılaf Kürdüstan olsa da, hədəf "Böyük Ermənistan"

Anadolu torpaqlarında "Kürdüstan dövləti" yaratmaq ideyası ilk dəfə 1878-ci ildə Berlində gündəmə gətirilib. "Berlin Konfransı" adlanan bu toplantıya Avropanın bütün siyasi texnoloqları və strateqləri qatılmışdı. Bu ssenariyə uyğun olaraq "Böyük Ermənistan" dosyesi böyük güclərin masasına qoyulmuşdu.

"Berlin Konfransı"nda Anadolunun "Ərzurum, Van, Bitlis, Elaziq, Sivas və Diyarbəkir vilayətlərini bir araya gətirərək "Böyük Ermənistan" dövləti yaratmaq" layihəsini maliyyələşdirməyə qərar da verilmişdi. Məhz bundan sonra ermənilər onların köməyi ilə "Daşnaksütyun Partiyası"nı qurdular. Çünki bütün erməniləri bir araya gətirmək üçün sosial-demokrat görünüşlü və əslində radikal milliyyətçi, eyni zamanda terrorizmə dəstək verən böyük bir gücün yaradılması bu ssenarinin əsas şərtlərindən biri idi.

Bu gün guya "Kürdüstan" uğrunda savaş aparan PKK terrorçularını ələ keçirən zaman bəlli olubdur ki, hər 100 nəfərdən 80-i heç sünnət olmayıb. PKK lideri Abdulla Öcalanın sadiq əsgərləri haqqında araşdırmalar aparılarkən bəlli olub ki, onların çoxu mənşəcə kürd deyil, ermənidirlər.

Anadolunu bir neçə yerə bölmək üçün 1919-cu il aprel ayının 20-də bütün Avropa bu dəfə Parisdə toplanmışdı. Osmanlı İmperatorluğunda general rütbəsinə qədər yüksəlmiş və mənşəcə erməni olan Şərif Paşa Paris Konfransında Anadoluda yaradılacaq "Kürdüstan Dövləti"nin xüsusi nümayəndəsi olaraq seçilmişdi.

REKLAM

O zamandan indiyə kimi Qərbin bütün siyasi çevrələri mənşəcə türk və müsəlman olmayan topluluqlara daha çox önəm verməklə, onların vasitəsilə Türkiyəni çökdürmək siyasəti yürüdüblər. Sirr deyil ki, Türkiyə torpaqlarında separatizm meyillərini ruslarla yanaşı uzun müddət və açıq şəkildə həm də ingilislər idarə etmişlər.

Yeni "Sevr müqaviləsi"mi?

Nə müddətdir Avropanın bütün strateji mərkəzlərində Türkiyənin neçə dövlətə bölünməsi barədə növbənöv xəritələr nəşr olunmaqdadır. Siyasi analitiklərin fikrincə, Qərb dünyası "Mondros" və "Sevr" müqavilələrindən vaz keçmədiyini bu tip addımları ilə bir daha təsdiq edir. Əslində "Sevr" anlaşması və Avropa Birliyinə üzv olmaq üçün tələb olunan "uyum", yəni uyğunlaşma arasında heç bir fərqin olmadığı üzə çıxmışdır.

Qərbin Türkiyə əleyhinə yeni siyasət kimi hazırlamış olduğu "Self Determinasiyon" layihəsinin 62 və 64-cü maddələrinə görə, Fərat çayının sahilləri boyunca "Kürdüstan dövləti"nin yaradılması rəsmiləşdirilməlidir. Bu layihənin üzvü olan İtaliya, İngiltərə və Fransanın iddiasına görə, Türkiyə, İraq, İran və Suriyanın uzlaşan sərhədləri aralığındakı regionlar həmin dövlətlərdən ayrılaraq "Kürdüstan" dövləti yaradılmalı və dərhal tanınmalıdır. Bu siyasəti artıq 7 ildir rəsmiləşdirməyə cəhdlər edilir. Eyni zamanda onun BMT tərəfindən tanınması üçün tələb olunan hazırlıqlar da görülməkdədir.

ABŞ da Türkiyənin qanuni sərhədlərini tanımaq istəmir

Türkiyənin Güney-Doğu bölgəsi üçün Qərb tərəfindən hazırlanan "Kürdüstan" ssenarisinin ABŞ-ın öz planı olması son günlər gündəmi zəbt etməkdədir. ABŞ özünün də imzalamış olduğu və təsdiq etdiyi tarixi "Lozanna anlaşması"nın bu gün üstündən qəribə bir məntiqlə sükutla keçməkdədir. Çünki ABŞ-ın strateji hədəfləri var. Bu, Türkiyənin bütün yeraltı sərvətlərinin istismarı və emalının ABŞ şirkətlərinə təslim edilməsi şərtlərindən ibarətdir. ABŞ-ın strateji layihələrindən biri olan "Böyük Orta Doğu" layihəsinin əsas strateji hədəfi Türkiyənin neçə dövlətə parçalanmasını şərtləndirir.

Çox təəssüf ki, AKP iqtidarı bu layihənin yedəyində getməkdədir. Hətta bu yöndə cəmiyyəti bir-birinə qatan "kürd açılımı" və "erməni açılımı" layihələrini rəsmiləşdirməyə çalışır. Çünki ABŞ bu gün Güney Amerika dövlətlərini və Yaponiya kimi strateji bölgəni hüquqi və iqtisadi müstəvidə itirmək məcburiyyətində qalıb. Buna görə də xüsusi nəzarətinə almaq istədiyi bir dövlət varsa, bu da Türkiyədir. İndinin özündə Türkiyədə PKK terrorunun fəallaşması, gizli terrorçu qrupların törətdikləri teraktlar xalqı hiddətləndirən faktorlardan birinə çevrilib. AKP hakimiyyəti, sadəcə, quru bəyanatlar verməklə kifayətlənir.

Türkiyəyə qarşı yeni təhdidlər

Anadoluda süni şəkildə yaradılması planlaşdırılan "Kürdüstan" və "Qərbi Ermənistan" ideyasını rəsmiləşdirmək üçün Qərb tərəfindən ortaya atılan yeni layihədə bildirilir ki, beynəlxalq standartlara cavab verə biləcək addımların atılması üçün Türkiyə bir sıra qanunlar qəbul etməlidir. Deyilir ki, "terrorizmlə mübarizə", "uyuşdurucu və silah ticarətinin qarşısının alınması" təkcə Türkiyənin deyil, bütün beynəlxalq birliyin vəzifəsidir. Və bu məkrli iddialarını rəsmiləşdirməyə çalışırlar. Bu sırada "erməni məsələsi" ön sırada durur. Hətta bu yöndə Ermənistanla sərhədlərin açılması üçün xüsusi protokol da hazırlanıb:

1. Protokolu qəbul edən tərəflər 2 ay ərzində sərhədlərin ortaq səviyyədə açılması şərtlərinə əməl etməyə borcludurlar.

2. Sərhədlərin açılması və qarşılıqlı etimadın göstərilməsi sərhəd dövlətlərinin xarici işlər nazirləri tərəfindən imzalanmalıdır.

3. Sərhəd dövlətlərini təmsil edən xalqlar qarşılıqlı şəkildə təhlükəsizlik istiqamətində bir sıra təsisatlar yaratmalıdır və bütün bunlar sərhəd problemlərinin həlli yoluna yönəldilməlidir.

4. Bu anlaşmalar imzalandıqdan sonra enerji qaynaqlarının yeni təsisatları qurulmalı və bu şəbəkələrin daimi fəaliyyəti üçün bir sıra tədbirlər görülməlidir.

5.Sərhəd dövlətləri ortaq işbirliyini gücləndirmək üçün hüquqi müstəvidə bir sıra çərçivə sazişlərini rəsmiləşdirməlidirlər.

6. Bütün müvafiq dövlət qurumları qarşılıqlı anlaşmalar imzalamaqla yanaşı, tələbə, müəllim mübadiləsinə xüsusi diqqət ayırmalı və eyni zamanda bir sıra ortaq mədəni təbliğat infrastrukturları yaratmalıdırlar.

7. 1963-cü il Vyana Anlaşmasının şərtlərinə uyğun olaraq qarşılıqlı səfirlik və konsulluqların açılması dərhal rəsmiləşdirilməlidir.

8. Sərhədlərin açılması səbəbilə dövlətlərarası turizm, ticarət, iqtisadi əlaqələr dövlət siyasətinə çevrilməlidir.

ABŞ tərəfindən hazırlanan və bütün Qərb çevrələrinin müdafiə etdiyi "protokol anlaşması" Türkiyənin Ermənistanla sərhədlərinin açılması, eləcə də "İraq Kürdüstanı"nın tanınması kimi strateji hədəfləri ortaya qoyub. Bu gün Türkiyə ictimaiyyətinin haqlı narazılığına səbəb olan həmin protokol siyasətinə cavab olaraq ən azından Azərbaycan dövlətinin mənfəətləri ortalıqdadır. Bu barədə AKP iqtidarının hələ 2002-ci ildə hakimiyyətə gəldiyi gündən məxfi şəkildə xüsusi hazırlıqların görüldüyü faktları ortaya çıxıb. Belə ki, Azərbaycana qarşı viza rejimini saxlayan AKP iqtidarının, Ermənistan vətəndaşlarının 3 ay ərzində vizasız Türkiyəyə gediş-gəlişləri haqqında qərarı vardır.

Beynəlxalq güclərin gizli planları

Beynəlxalq hərbi güclər tərəfindən havadan və dənizdən hücum əməliyyatları projelərinin tərkib hissəsi kimi İraqın işğalından sonra Cəlal Tələbani və Məsud Bərzani kimi kürd liderləri dərhal hakimiyyətə gətirildi. Bunun ardınca İraq türkmənlərinin tarixi torpaqlarında "Kürdüstan Muxtariyyəti"nin yarandığını elan etdilər. İndi də Türkiyənin Güney-Doğu bölgəsində kürdlərin milli hüquqlarına sahib olmaları siyasətini rəsmiləşdirməyə başlayıblar.

Məhz AKP iqtidarının dişsizliyi sayəsində PKK terror təşkilatı "Demokratik Toplum Partiyası" adı altında Böyük Millət Məclisində təmsil olunmağa şərait əldə etdi. AKP iqtidarının bu gün hakimiyyətin bütün sahələrində Türkiyəyə qarşı antimilli siyasət aparan "Fətullah Gülən Camaatı"na məxsus kadrları yerləşdirməsi də bu layihənin tərkib hissəsi kimi dəyərləndirilir.

Belə bir prosesdə Güney-Doğuda terror dalğasının güclənməsi, paytaxt Ankaranın Ulus rayonunda törədilən teraktlar, Tuncelidəki Pülümür bölgəsində jandarm qüvvələrinə qarşı terror aksiyalarının davam etməsi, Qərbin iradəsi əleyhinə çıxan Türkiyə Silahlı Qüvvələri və Jandarm Qüvvələrinin terrorizmə qarşı mübarizəsinin AKP tərəfindən əngəllənmə siyasəti, Şəmdinli olaylarının gündəmə gətirilməsi, erməni yazar Hrant Dinkin terror olunması kimi olayları çox ciddi şəkildə araşdıran mütəxəssislərin fikrincə, bütün bunlar bir mərkəzdən idarə olunur.

Bu gün Türkiyədə AKP iqtidarının apardığı siyasətin bir yönü də ölkənin bütövlüyü uğrunda həyatlarını sərf etmiş fədakar insanları "cinayət suçlusu" adı altında həbsxanalara atmaqdır. İndi AKP siyasi holdinqinin tərkib hissəsi kimi 1200-dən artıq şirkət "İraq Kürdüstanı", "Qərbi Ermənistan" və "Güney Anadolu Kürdüstanı" layihələrinin gerçəkləşməsi üçün səfərbər olunublar. Araşdırmalardan bəlli olub ki, ABŞ-ın sabiq Türkiyə səfiri Erik Edelman bu layihələrin baş koordinatoru vəzifəsini icra edir. Türkiyənin ənənəvi dövlət siyasətinin tərəfdarı olan adamların fikrincə, ölkə "ölüm-qalım" dilemmasının ağırlığını yaşamağa məcbur edilib. Mustafa Kamal Atatürk prinsiplərinin tərəfdarları "passiv məmləkət" siyasətinə qarşı: "Yetər zəif siyasət, gücsüz düşən iqtisadiyyat, dövləti və milləti parçalamağa sürükləyən fəaliyyətlər. Türkiyəyə qarşı indi aparılan siyasətlər ölkənin sərhədləri daxilində gerçəkləşdirilir və bunun qarşısı hamılıqla alınmalıdır" anlayışlarını ictimai şüura çevirməkdədir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Güneydə "Kərkük variantı"?

Bölmənin digər xəbərləri
 
Təhlükəsizliyimiz uğrunda savaşın gərgin mərhələsi
Hədəfdə - Qəbələ RLS, hərbi kadrlar və Xəzərin təhlükəsizliyi

Müharibə variantı - arzu yox, məhz reallıq
"Ermənistanda çox gözəl dərk edirlər ki, müharibə olacağı təqdirdə erməni ordusunun məğlubiyyəti labüd və qaçılmazdır".

Qafqaz uğrunda mübarizədə növbəti qurban - Azərbaycan?
Amerikalı politoloq Jiri Valentanın bədbin proqnozları

Bakıdan Ankaraya nota...
Türk jurnalistlər izinsiz Dağlıq Qarabağda olublar

AŞ PA payız sessiyası başlayır
Rusiya-Gürcüstan mübahisəsində Azərbaycan kimin yanında olacaq?

Dəniz Baykal səfirlərə şərt qoyub
Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmayınca...

"Qədim xalq"ın qorxuları və hesabları
"Blokada" deyə qışqıranlar təcrid istəyir

Azərbaycan - AB Əməkdaşlıq Komitəsinin növbəti toplantısı
Bakıda Azərbaycan-Avropa Birliyi Əməkdaşlıq Komitəsinin 10-cu görüşü keçirilib. APA-nın xəbərinə görə, AB tərəfini Avropa Komissiyasının Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Direktorluğunun rəhbəri Qunar Viqant təmsil edir.

Baş nazirin Ermənistanla "meyvə yığımı" mövsümü
Ərdoğan BTM tribunasında Qarabağa bu qədər diqqətsiz oldu



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər