Hal-hazırda Ayna qəzetinin 26.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Təhlükəsizliyimiz uğrunda savaşın gərgin mərhələsi
Təhlükəsizliyimiz uğrunda savaşın gərgin mərhələsi
Hədəfdə - Qəbələ RLS, hərbi kadrlar və Xəzərin təhlükəsizliyi
Şənbə, 26.09.2009

Cəsur Sümərinli mətn ölçüsü  

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Rusiya səfəri başa çatdı. Bu tip səfərlər üçün kifayət qədər uzunmüddətli hesab edilən (21-24 sentyabr) bu səfərdə Azərbaycan və Rusiya arasında hərbi və hərbi-texniki sahədə bir çox məsələlərə aydınlıq gətirildi. Razılaşma oldu.

Anatoli Serdyukovun dəvəti ilə gerçəkləşən səfər çərçivəsində tərəflər iki ölkə arasında hərbi əməkdaşlığın perspektivlərini müzakirə etdilər. Səfər Əbiyev Sankt-Peterburqdakı Leninqrad Hərbi Dairəsi qərargahına baş çəkdi. Səfər çərçivəsində Rusiya ilə Azərbaycan arasında 2010-cu ildə ikitərəfli hərbi əməkdaşlıq planı imzalandı. Müdafiə Nazirliyi rəsmiləri bildirdilər ki, Rusiya ilə imzalanmış ikitərəfli əməkdaşlıq planına hərbi-texniki və hərbi təhsil üzrə əməkdaşlıq sahələri daxildir. Serdyukov bildirib ki, Rusiya Azərbaycandan olan hərbçilərin hərbi məktəblərə pulsuz təhsil kvotası üzrə qəbulunu davam etdirəcək.

Bəllidir ki, Rusiyanın diqqətində olan əsas məsələlərdən biri də məhz Azərbaycan ordusunda kadrlarla bağlıdır. Rusiya Silahlı Qüvvələrimizdə NATO meyilli kadrların sayının ildən-ilə artmasından narahatdır. Hələ 2 il öncə "Ayna" qəzetinə məlumat daxil olmuşdu ki, Moskva indiyə qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTST) üzv olan ölkələrə (Ermənistan, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Rusiya) şamil etdiyi güzəştləri postsovet məkanının NATO meyilli ölkələrinə də təklif etmək niyyətindədir. Təklif belə idi: Rusiya həmin ölkələrin hərbi kadrlarının təminat və təhsil xərclərini bütünlüklə öz boynuna götürür, əvəzində isə heç bir şərt irəli sürmür. KTMT ölkələrinə təkcə 2008-ci ildə Rusiya bunun üçün 1 milyard 115 milyon rubl vəsait ayırmışdı. Belə görünür ki, Rusiya bu vəsaiti Azərbaycana görə bir qədər də artıracaq.

Nəzərə almalıyıq ki, Səfər Əbiyevin Moskvaya səfəri Azərbaycanın hərbi-siyasi durumu üçün vacib olan bir neçə hadisə fonunda gerçəkləşdi. Birincisi, Birləşmiş Ştatların Şərqi Avropadakı Raket Əleyhinə Müdafiə (RƏM) sistemindən imtina etməsi baxımından ona alternativ olan Qəbələ RLS-dən birgə istifadə məsələsi aktuallaşıb. İkincisi isə, Azərbaycan Müdafiə Nazirliyi mərkəzi aparatının və Silahlı Qüvvələr Baş Qərargahının NATO standartlarına uyğunlaşdırılması prosesi həyata keçirilir.

Xatırladaq ki, Serdyukov bu ilin avqust ayının 1-2-də Azərbaycanda səfərdə olmuş və həmkarı ilə birgə Qəbələ RLS-ə səfər etmişdi. Bu səfərdən az öncə isə Pentaqonun RƏM məsələləri üzrə məsulları da eyni stansiyaya baş çəkmişdilər.

REKLAM

Beləliklə, bəlli olur ki, hazırda Azərbaycan və Rusiya arasında hərbi-siyasi danışıqlarda Qəbələ RLS-in taleyi əsas mövzulardan biridir. Söz yox ki, bu məsələnin həm də Azərbaycan ordusundakı kadrlarla, hərbi təhsil məsələləri ilə sıx bağlılığı var.

"Ayna"nın ötən sayında bildirmişdik ki, ABŞ-ın Avropada RƏM sistemindən imtina etməsi, bir növ, Rusiya üçün qurulmuş "tələ"yə bənzəyir. Məsələ aydındır: ABŞ üçün yaxın gələcəkdə NATO üzrə müttəfiqləri olan Polşa və Çexiyada RƏM elementləri yerləşdirmək çətin olmayacaq. Pentaqon üçün hazırda prioritet məsələ Cənubi Qafqaza nüfuz etməkdir və Rusiyanın bu bölgədəki hərbi-siyasi rıçaqlarını neytrallaşdırmaqdır.

Beləliklə, "Ayna"ya daxil olan məlumatlara görə, yaxın perspektiv üçün Vaşinqtonun Azərbaycanla bağlı hərbi-siyasi planları təxminən aşağıdakılardan ibarət ola bilər:

1. Azərbaycanla ABŞ arasında hərbi-siyasi dialoqu gücləndirmək və bu tip görüşləri ABŞ-Azərbaycan Təhlükəsizlik Şurası kimi çərçivəyə salmaq. Pentaqon və Dövlət Departamentində düşünürlər ki, iki ölkənin müdafiə və təhlükəsizlik qurumlarının intensiv müzakirə edəcəkləri xeyli sayda məsələlər mövcuddur. İndiyədək ildə 2 dəfə keçirilən hərbi-siyasi danışıqların formatı qarşıya qoyulan məqsədlərin gerçəkləşdirilməsinə çətinlik yaradır.

2. Azərbaycanın Rusiya ilə bağlı narahatlıqlarını öyrənmək və bu istiqamətdə onun hərbi-siyasi ehtiyaclarını ödəmək. Gürcüstanda baş verən olaylardan sonra ABŞ Azərbaycanla münasibətləri ehtiyatlı şəkildə qurmaq niyyətindədir: bu münasibətlər Azərbaycanın təhlükəsizliyinə və ABŞ-ın bölgə ilə bağlı taktiki və strateji hədəflərinə xələl gətirməməlidir. Bu səbəbdən Gürcüstan olaylarından sonra ABŞ-la Azərbaycan arasında həyata keçirilən görüşlər, danışıqların bir çoxu məxfi xarakter daşımağa başlayıb. Əldə olunan məlumatlara görə, son bir il ərzində müxtəlif məqsədlər üçün ABŞ-dan Azərbaycana xeyli sayda heyət gəlsə də, onların yalnız bir neçəsi mətbuat üçün açıqlanıb. Bu taktikanın yaxın aylarda və bəlkə də illərdə də davam edəcəyi gözlənir. Əldə olunan məlumatlar belədir ki, ABŞ Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı qarşısına qoyduğu hədəflərin gerçəkləşdirilmə müddətini təxirə salır: əsas məqsəd Azərbaycanın təhlükəsizliyinin təmin olunması və onu Rusiyanın təsir dairəsindən çıxarmağa nail olmaqdır.

3. Xəzər dənizinin təhlükəsizliyi ilə bağlı məsələlərdə Bakıya dəstək göstərmək. ABŞ Müdafiə Nazirliyində düşünürlər ki, Xəzərin təhlükəsizliyi məsələsində Azərbaycana dəstək bölgədə qaçaqmalçılığın, qanunsuz nüvə daşımalarının qarşısının alınmasında əsas addımlardan biridir. Lakin bu dəstək elə həyata keçirilməlidir ki, bu, İran və Rusiya tərəfindən Azərbaycana basqı ilə nəticələnməsin. Pentaqonun fəal dəstəyi nəticəsində son illər Azərbaycanın quru sərhədindən Rusiyadan İrana və ya əksinə, nüvə daşımaçılığı hallarının qarşısı, demək olar, tam alınıb. Lakin bunun dənizdə də baş verdiyini demək bir qədər çətindir. Pentaqon Azərbaycan Hərbi Dəniz Qüvvələrini və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsini texniki vasitələrlə gücləndirməyə çalışır ki, onlar dənizdə həyata keçirilən qeyri-qanuni əməliyyatlara nəzarət edə bilsinlər. Bu məsələ Rusiya və İranı çox qıcıqlandırır: Moskva və Tehranın "Xəzərdə qeyri-dəniz dövlətinin iştirakının yolverilməzliyi" kimi açıqlamalarının kökündə məhz ABŞ və Azərbaycanın indiki sıx hərbi əməkdaşlığı durur.

4. Qəbələ RLS-in taleyi ilə bağlı Rusiya və Azərbaycanla fəal danışıqlara başlamaq. Pentaqon Qəbələ RLS-lə bağlı məsələlərdə Azərbaycanın mövqeyini üstün sayır. Belə yanaşma ildən-ilə daha da güclənəcək. Vaşinqton haqlıdır: əgər 2012-ci ildə stansiyanın Rusiyaya icarəyə verilmə müddəti başa çatırsa, onda danışıqlar niyə Rusiya ilə aparılmalıdır? Sadəcə, iki il gözləmək və stansiyanın gələcək perspektivləri üçün Bakı ilə fəal danışıqlara başlamaq. Moskvanı narahat edən məsələ bax budur. Əbiyevin Moskva görüşlərində bu məsələnin diqqət mərkəzində olduğu bildirilir. Hətta hələlik təsdiqini tapmayan məlumatlara görə, Azərbaycan tərəfi Rusiyanı əmin edib ki, 2012-ci ildən sonra RLS-in Rusiyaya icarəyə verilməsinin davamı mümkündür.

5. İctimai rəyin öyrənilməsi işini davam etdirmək. Azərbaycan ictimai rəyini ABŞ-ın xeyrinə dəyişdirmək və bu istiqamətdə yerli və xarici ekspertlərdən istifadənin artırılması, yerli düşüncə qruplarının formalaşdırılması işinə dəstək. Yaxın günlərdə ABŞ-dan Azərbaycana xeyli sayda ekspertin gəlməsi gözlənilir. Bu, artıq başlayıb. Müxtəlif - hərbi, siyasi, iqtisadi sahələrdə təcrübəli olan amerikalı ekspertlər Azərbaycanda ictimai düşüncənin öyrənilməsi üçün gəlirlər.

Moskva görüşündə Azərbaycan və Rusiya müdafiə nazirlərinin diqqət mərkəzində olan məsələlərdən biri ölkəmizin müdafiə sənaye kompleksinin inkişafına dəstəklə bağlı olub. Digər bir məsələ isə Rusiyanın güzəştli qiymətlərlə Azərbaycan Silahlı Qüvvələrinə silah və hərbi texnika satmaq istəyidir.

Moskvanın əsas məqsədlərindən biri Qəbələ RLS-in fəaliyyətinin gücləndirilməsinə Bakı tərəfindən dəstək verilməsi ilə bağlıdır. Belə ki, Moskva Vaşintonun ona qurduğu "tələ"ni önləmək niyyətinə düşüb. Rusiyanın hakim hərbi-siyasi dairələrində düşünürlər ki, 2012-ci ilə qədər və ya ondan sonra RLS-in birgə istifadəsi baş tutmasa, onda Rusiya bu obyektdə fəaliyyətini gücləndirməli və buranı faktik olaraq hərbi bazaya çevirməlidir.

Rusiyanın məqsədlərinə Bakı və Vaşinqtonun reaksiyası necə olacaq? Hadisələrin gedişi, yəqin ki, bir çox suallara aydınlıq gətirəcək...


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Müharibə variantı - arzu yox, məhz reallıq
"Ermənistanda çox gözəl dərk edirlər ki, müharibə olacağı təqdirdə erməni ordusunun məğlubiyyəti labüd və qaçılmazdır".

Türkiyədə "kürd" və "erməni açılımı"nın gizlinləri
Ölkə "ölüm-qalım" dilemmasının ağırlığını yaşamaqda

Qafqaz uğrunda mübarizədə növbəti qurban - Azərbaycan?
Amerikalı politoloq Jiri Valentanın bədbin proqnozları

Bakıdan Ankaraya nota...
Türk jurnalistlər izinsiz Dağlıq Qarabağda olublar

AŞ PA payız sessiyası başlayır
Rusiya-Gürcüstan mübahisəsində Azərbaycan kimin yanında olacaq?

Dəniz Baykal səfirlərə şərt qoyub
Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmayınca...

"Qədim xalq"ın qorxuları və hesabları
"Blokada" deyə qışqıranlar təcrid istəyir

Azərbaycan - AB Əməkdaşlıq Komitəsinin növbəti toplantısı
Bakıda Azərbaycan-Avropa Birliyi Əməkdaşlıq Komitəsinin 10-cu görüşü keçirilib. APA-nın xəbərinə görə, AB tərəfini Avropa Komissiyasının Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Direktorluğunun rəhbəri Qunar Viqant təmsil edir.

Baş nazirin Ermənistanla "meyvə yığımı" mövsümü
Ərdoğan BTM tribunasında Qarabağa bu qədər diqqətsiz oldu



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər