Hal-hazırda Ayna qəzetinin 26.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Müharibə variantı - arzu yox, məhz reallıq
Müharibə variantı - arzu yox, məhz reallıq
Şənbə, 26.09.2009

mətn ölçüsü  

"Ermənistanda çox gözəl dərk edirlər ki, müharibə olacağı təqdirdə erməni ordusunun məğlubiyyəti labüd və qaçılmazdır". Bunu APA-ya açıqlamasında MN mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirir.

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Azərbaycanı müharibə ilə hədələməsi və ölkəsinin müharibə ilə bağlı Azərbaycanın arzularına son qoymaq imkanına malik olması haqda açıqlamasına münasibət bildirən nazirlik sözçüsü deyib ki, bu şəxsin son vaxtlar belə ağlasığmaz açıqlamalarının özəl səbəbləri var. Sabiroğlu qeyd edib ki, xüsusilə erməni ordusunda baş qaldıran və sonu görünməyən ağır problemlər - əsgərin lazımi qida ilə təmin edilməməsi, fərarilik, qəsdən adamöldürmə, komandir əmrlərindən imtina hallarının getdikcə artması hakimiyyətdə böyük həyəcan və təşviş doğurur.

E.Sabiroğlu deyib ki, Ermənistanın hərbi rəhbərliyində Qarabağ ermənilərinin sürətlə yerləşdirilməsi, yerli zabitlərin və komandir korpusunun isə sıxışdırılması bu ölkədə əsəb döyüşünü gücləndirib. "Orada qarabağlıları yerli ermənilər daha təhlükəli düşmən hesab edirlər. Dərin kök salan bu münasibətlər, çarpazlaşan fikirlər, bir-birinə zidd müxtəlif mövqelər elə kəskin şəkil alıb ki, insanların diqqətini bu cür daxili böhrandan yayındırmaq üçün başqa bir hədəfin seçilməsindən özgə yol qalmayıb. Bu da Azərbaycanı müharibə ilə hədələmək yoludur ki, son zamanlar Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən vaxtaşırı səsləndirilir".

MN təmsilçisi onu da qeyd edib ki, son bir ildə ermənilərin keçirdikləri uğursuz təlimlər və bu təlimlərin düzgün idarə edilməməsi ucbatından 10-dan çox erməni əsgərinin ölümü bu ordunun nə vəziyyətdə olduğunu açıq-aşkar göstərir. "Son təlimdə isə 76 əsgərə səhər yeməyi çatmadığından onlar təlimdə iştirakdan boyun qaçırıblar. Sonucda bu ac-yalavac əsgərlər barədə Ermənistanın hərbi prokurorluğu cinayət işi qaldırıb. Belə olduğu halda, ermənilər hansı mobil orduya arxalanıb, savaş apara bilərlər? Bu mümkün deyil".

E.Sabiroğlu Azərbaycan Ordusu ilə Ermənistan ordusunu müqayisə etməyin qətiyyən düzgün olmadığını bildirib: "Çünki bizim güclü ordu barədə iddialarımızın sarsılmaz əsasları var və bunun üçün möhkəm bünövrə yaranıb. Ölkəmizin yüksək iqtisadi imkanları hərbi potensialın inkişafına geniş yol açıb. İndi Azərbaycan öz güclü ordusu ilə Cənubi Qafqazda aparıcı dövlət hesab olunur. Müharibəni aparmaq və udmaq üçün Azərbaycan Ordusu bütün imkanlara malikdir. Heç kimin buna şübhəsi olmasın. Müharibəni iki amil həll edir: birincisi, əsgərin psixoloji cəhətdən döyüşə hazırlığı, digəri isə lazımi silah-sursatın olması. Bu iki amilə görə də Silahlı Qüvvələrimiz Ermənistandan qat-qat üstündür. Təcavüzkarı yurd-yuvalarımızdan vurub çıxarmaq üçün müharibə variantı arzu kimi yox, məhz reallıq kimi Azərbaycan əsgərinin qarşısında durur".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"

Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək

Orduda rotasiya problemi

Ermənistan ordusunun çağırışçı problemi

Mediaya "farağat" komandası?

Bölmənin digər xəbərləri
 
Təhlükəsizliyimiz uğrunda savaşın gərgin mərhələsi
Hədəfdə - Qəbələ RLS, hərbi kadrlar və Xəzərin təhlükəsizliyi

Türkiyədə "kürd" və "erməni açılımı"nın gizlinləri
Ölkə "ölüm-qalım" dilemmasının ağırlığını yaşamaqda

Qafqaz uğrunda mübarizədə növbəti qurban - Azərbaycan?
Amerikalı politoloq Jiri Valentanın bədbin proqnozları

Bakıdan Ankaraya nota...
Türk jurnalistlər izinsiz Dağlıq Qarabağda olublar

AŞ PA payız sessiyası başlayır
Rusiya-Gürcüstan mübahisəsində Azərbaycan kimin yanında olacaq?

Dəniz Baykal səfirlərə şərt qoyub
Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmayınca...

"Qədim xalq"ın qorxuları və hesabları
"Blokada" deyə qışqıranlar təcrid istəyir

Azərbaycan - AB Əməkdaşlıq Komitəsinin növbəti toplantısı
Bakıda Azərbaycan-Avropa Birliyi Əməkdaşlıq Komitəsinin 10-cu görüşü keçirilib. APA-nın xəbərinə görə, AB tərəfini Avropa Komissiyasının Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Direktorluğunun rəhbəri Qunar Viqant təmsil edir.

Baş nazirin Ermənistanla "meyvə yığımı" mövsümü
Ərdoğan BTM tribunasında Qarabağa bu qədər diqqətsiz oldu



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər