Hal-hazırda Ayna qəzetinin 26.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Sürücünün başını kəsdi, meyiti yandırdı, qadını zorladı...
Sürücünün başını kəsdi, meyiti yandırdı, qadını zorladı...
Bu müasir inkvizitora 15 il iş kəsildi
Şənbə, 26.09.2009

Hacı mətn ölçüsü  

Tovuzun Yanıqlı kəndində dəhşətli qətl hadisəsi törədən Arif Babayevin məhkəməsi başa çatıb. Proses Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Rasim Sadıqovun sədrliyi ilə gedirdi.

... Tovuz rayonunun Yanıqlı kənd sakini, 43 yaşlı Yaşar Cəfərovun meyiti Zəyəm çayının sahilində yandırılmış vəziyyətdə aşkarlanıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində qətlin Şəmkir rayonunun Tatar kənd sakini, 33 yaşlı Arif Babayev tərəfindən törədildiyi aşkarlanıb və həmin şəxs polis əməkdaşları tərəfindən yaxalanıb.

Müəyyən edilib ki, Arif Babayev Yaşar Cəfərovun boğazını bıçaqla kəsdikdən sonra onun maşınında əyləşən qadını zorlayıb. Sonradan qadın cinayətkarın əlindən qaçıb qurtulsa da, bu hal Arif Babayevi bərk qəzəbləndirib və o, meyiti yandırmaq qərarına gəlib.

Təqsirləndirilən şəxs Arif Babayev bildirdi ki, Yaşar Cəfərov yanındakı qadınla maşında əxlaqsız hərəkət etdiklərindən, onlara yaxınlaşıb və ərazidən uzaqlaşmalarını tələb edib. Bu zaman aralarında mübahisə yaranıb və nəticədə Arif Yaşarın boğazını kəsib. Amma kəndinin təəssübünü çəkən Arif Babayev sonra özü maşındakı qadınla əylənmək həvəsinə düşüb. O, meyiti yandırmasını isə belə izah etdi: "Mən onu apardım çayın qırağına. Əsmər düşdü maşından, dedi ki, burada əlimin palçığını, qanını yuyub gəlirəm. Mən də maşını çəkdim qırağa, yəni meyiti odlamaq fikri ilə aparmırdım ora. Əsmər qaçanda mən də hirslənib ölünü yandırdım".

Arif Babayev bir neçə maddə ilə təqsirli bilindi, 15 il müddətinə azadlıqdan məhrum edildi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İİN məmurları rüşvət alarkən yaxalananda "şok" keçiriblərmiş

"Meşə qardaşları" dini baxışlarına görə ittiham olunduqlarını iddia edir

"Dəvəçi işi" üzrə məhkəmə başa çatdı

Ərini qətlə yetirən qadın məhkum edildi

"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir

Bölmənin digər xəbərləri
 
Satqınlar və xainlər cəzalarını aldılar
Onlar bu ömürlük damğadan xilas ola biləcəklərmi?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər