Hal-hazırda Ayna qəzetinin 26.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Satqınlar və xainlər cəzalarını aldılar
Satqınlar və xainlər cəzalarını aldılar
Onlar bu ömürlük damğadan xilas ola biləcəklərmi?
Şənbə, 26.09.2009

H.Zeynalov mətn ölçüsü  

Dövlətə xəyanətdə, casusluqda ittiham olunan hərbi qulluqçu, gizir Anar Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatdı. Proses Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Rəşid Hüseynovun sədrliyi ilə kedirdi.

Anar Allahverdiyev CM 274-cü (dövlətə xəyanət), 338.1-ci (döyüş növbəsi çəkmə qaydalarını pozma), 341.1-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham olunub. Onu da qeyd edək ki, cinayətin ağırlığını nəzərə alaraq, cinayət işi üzrə zərərçəkmişlərin adını tam təqdim etmirik. Gizir əsgərlərini ermənilərə satıb

Hökm sənədlərindən məlum olur ki, A.Allahverdiyev Ermənistan dövləti tərəfindən casusluğa və əməkdaşlığa cəlb edilib. O, döyüş şəraitində və döyüş tapşırıqlarını yerinə yetirən taqım komandirinin müavini vəzifəsində xidmətdə olarkən suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi qaydalarını pozub.

Belə ki, o, 2008-ci ilin iyul ayının axırlarında döyüş növbəsi çəkdiyi vaxt, təxminən axşam saat 21:00 radələrində tabeliyində olan və postda xidmət keçən əsgər N.R.ovu yemək bişirmək üçün odun yığmaq adı ilə düşmən mövqeləri istiqamətindən neytral əraziyə göndərib və orada əsgəri düşmən ölkənin üç hərbçisinə təhvil verib. Əsgərin düşmən hərbçiləri tərəfindən cinsi zorakılığa məruz qalaraq, "Nika" təxəllüsü ilə gizli əməkdaşlığa cəlb olunmasına və bütün proseslərin videoçəkilişinin aparılmasına şərait yaradıb.

Bundan başqa, gizir həmin il avqustun 24-də əsgər B. C.ovu, oktyabr ayında N. V.evi ermənilərə təhvil verib. Erməni xüsusi xidmət orqanlarının əməkdaşları həmin əsgərlərlə əvvəlcə cinsi zorakılıq hərəkətləri ediblər və daha sonra əsgərləri öz xeyirlərinə casusluğa cəlb ediblər.

Cinayət işinin materiallarından məlum olur ki, Anar Allahverdiyev öz qulluq mövqeyindən sui-istifadə edərək, tamahkarlıq məqsədilə 2008-ci ilin yayında müxtəlif vaxtlarda rəhbərlik etdiyi postda kiçik çavuş N. Q.ovu, əsgərlər - N. M.ovu, N. K.ovu, F. M.ovu, B. C.ovu, Ə. X.ovu, N.

REKLAM

R.ovu və başqalarını dəfələrlə döyüş növbətçiliyindən ayıraraq, postun ətrafında odun doğranıb-yığılmasına cəlb edib. Əsgərlərin topladığı odun parçalarını isə mülki şəxslərə sataraq vəsait əldə edib. Təqsirləndirilən şəxs bundan əlavə, əsgərlərin bədəninin müxtəlif nahiyyələrindən odun parçası ilə vuraraq, onlara işgəncə verib.

"Əsgərlərin ermənilərlə əməkdaşlıq etməsindən xəbərim olmayıb" Məhkəmə iclasında ifadə verən Anar Allahverdiyev elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib. O, ifadəsində qeyd edib ki, əsgərlərin topladığı odun parçalarını mülki şəxslərə sataraq, qazanc əldə edib. Təqsirləndirilən şəxs ermənilərin əsgərlərlə əməkdaşlıq etməsi ilə bağlı səslənən ittihamlardan isə xəbərsiz olduğunu bildirib. Onun sözlərinə görə, ermənilərin posta yaxınlaşmasından xəbəri olmayıb: "Taqımın şəxsi heyətindən kiminsə ermənilərlə təmasda olmasını eşitməmişəm. Heç bir əsgəri ermənilərə təhvil verməmişəm. Neytral əraziyə keçməmişəm, ermənilərlə görüşməmişəm, ermənilərin xeyrinə heç bir casusluq etməmişəm".

"Ermənilər mənimlə cinsi əlaqədə olandan sonra Azərbaycan bayrağını tapdalamağı məcbur etdilər"

Təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli ifadəsi zərərçəkmişlərin ifadəsi ilə təkzib edilir. Prosesdə ifadə verən əsgər N. R.ov ifadəsində göstərib ki, 2008-ci ilin iyulunda Anar Allahverdiyev ona kartof və mal əti konservi bişirməsi üçün neytral ərazidən xırda quru odun gətirməyi tapşırıb. Əsgər həmin əraziyə keçməyin qorxulu olduğunu bildirib: "Buna baxmayaraq, gizir zorla məni həmin yerə odun yığmağa göndərdi. Bu vaxt iki nəfər arxadan qollarımdan tutdu. Başıma ağ torba keçirərək, İncə çayı istiqamətində köhnə, torpaqdan tikilmiş qazma kimi bir otağa apardılar. Həmin yerə çatanda başımdan torbanı çıxardılar. Orada onlar üç nəfər idilər, yaşları isə təxminən 28-30 arasında olardı. Onlardan biri mənim şalvarımı soyundurmaq istədi, mən müqavimət göstərdikdə isə sarışın oğlan qollarımı tutaraq, burdu. Bundan sonra onlar şalvarımı soyunduraraq, mənimlə növbə ilə cinsi əlaqədə oldular. Bu mənzərənin də videoçəkilişini aparırdılar. Bu vaxt ora kiminsə gəldiyini hiss etdim. Həmin şəxsin üzünü görməsəm də, onun batinka və formasından Azərbaycan ordusuna məxsus olduğunu gördüm. Onun səsini gizir Anar Allahverdiyevə oxşatsam da, ona baxmağa imkan vermədilər. Mənimlə cinsi əlaqədə olandan sonra ermənilər Azərbaycan bayrağını yerə atdılar və məni bayrağı tapdalamağı məcbur etdilər". Zərərçəkmişin sözlərinə görə, daha sonra ondan hərbi hissənin rəhbər şəxslərinin adını soruşublar: "Mən də başqa ad deməklə hərbi hissə komandirinin adını ona demədim. Lakin Anar Allahverdiyevin səsinə oxşatdığım şəxs dedi ki, niyə yalan danışırsan, hərbi hissə komandirinin adı Səbuhi Mustafayevdir".

"Məni zorlayandan sonra casusluq etməyə məcbur etdilər"

Zərərçəkmiş daha sonra qeyd edib ki, adını "Nika" qoyaraq onların adamı olduğunu deyiblər. Əks halda, zorlanması barədə aparılan çəkilişi internetdə yerləşdirəcəkləri ilə hədələyiblər: "Bundan sonra postda onların adamı yaxınlaşıb tapşırıq verdikdə yerinə yetirəcəyimə söz verdim.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Röyanın səhhəti pisləşib

"Casus oyuncaqlar", italyan qadın geyimləri, "Ağacdələn", bəhailər...

"Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı"na başlanır

Kişi sənətçilərin çoxu hərbi xidmətdə olmayıb

Media hərbçilərdən nə istəyir?

Bölmənin digər xəbərləri
 
Sürücünün başını kəsdi, meyiti yandırdı, qadını zorladı...
Bu müasir inkvizitora 15 il iş kəsildi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər