Ramanada "Şuşa" stadionu tikiləcək
|
Şənbə, 26.09.2009
|
|
mətn ölçüsü |
|
|
|
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bildirib ki, tezliklə Ramana qəsəbəsində "Şuşa" stadionu tikiləcək. Stadionun tikintisi üçün maliyyə PFL və "UniBank" arasında imzalanan müqavilədən götürüləcək.
Bir faktı da qeyd edək ki, AFFA-nın bir strukturu olan Peşəkar Futbol Liqası ilə "UniBank" arasında imzalanan müqaviləyə əsasən adı-çəkilən bank Azərbaycan Premyer Liqasının baş sponsoru olacaq.
Azərbaycan-Rusiya matçı Hovard Uebbə tapşırıldı
2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Rusiya yığma komandaları arasında keçiriləcək futbol matçını britaniyalı referi Hovard Uebb idarə edəcək. 38 yaşlı Hovard Uebb təkcə İngiltərənin deyil, Avropanın ən tanınmış futbol hakimlərindən sayılır. Təsadüfi deyil ki, Uebb ötən il qitə çempionatının final mərhələsini idarə edən hakimlər sırasında olub. İngiltərə Premyer Liqasında əsasən mərkəzi oyunları idarə edən Hovard 2005-ci ildən FİFA referisi dərəcəsinə yiyələnərək beynəlxalq matçlara da təyinat alır.
|
|
|
Oxşar xəbərlər:
"Yaşasın Azərbaycan!", "Traktor!", "Burası Təbriz!"...
|
|
|