Hal-hazırda Ayna qəzetinin 26.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Avropa çempionatına uğursuz başladıq
Avropa çempionatına uğursuz başladıq
Voleybol qadın yığmamız 3:0 uduzdu
Şənbə, 26.09.2009

Kərim Nəsrullah mətn ölçüsü  

Dünən Polşada voleybol üzrə qadınlar arasında Avropa çempionatı başlanıb. Qitə birinciliyində 16 ölkənin yığma kollektivi ilə yanaşı, Azərbaycanın qadınlardan ibarət milli voleybol komandası da mübarizə aparır.

16 komanda dörd qrupda mübarizəyə başlayacaq. Çempionatın reqlamentinə görə, qruplarda ilk iki yeri tutacaq 8 yığma komanda növbəti mərhələyə vəsiqə qazanır.

Faiq Qarayevin başçılıq etdiyi yığmamız "D" qrupunda çıxış edir. Bu qrupun oyunları Polşanın Kotovitse şəhərində, 12 min tamaşaçı tutan "Spodek" idman arenasında keçirilir. Komandamız qrup mərhələsində Serbiya, Çexiya və Slovakiyə yığmaları ilə mübarizə aparacaq. Voleybolçularımız ilk görüşü dünən Serbiya kollektivinə qarşı keçiriblər. Görüşdə yığmamız 3:0 hesabı ilə məğlub oldu.

Komandamız Avropa çempiontı ərəfəsində xüsusi hazırlıq keçib. Son bir neçə həftəni Belarusda olan voleybol yığmamız burda təlim-məşq toplanışı keçməklə yanaşı, beynəlxalq turnirdə də qüvvəsini sınayıb. Təəssüf ki, komandamızın həmin turnirdə göstərdiyi nəticələr narahatlığa əsas verə bilər.

Ümumilikdə isə voleybol yığmamız son dövrlər qeyri-sabit oyun nümayiş etdirir. Bütün aparıcı oyunçularımızın çıxış etməsinə baxmayaraq, voleybolçularımız bloklarda inamsız oynayır, topun qəbulunda səhvlərə yol verirlər. Komandada gənc oyunçular üstünlük təşkil etsə də, oyunlarda əsas ağırlıq təcrübəli voleybolçular - Oksana Parxomenko, Natalya Məmmədova, Valeriya Korotenko, eləcə də Lidiya Maksimenko və Kseniya Kovalenkonun üzərinə düşəcək. Zədəsini yenicə müalicə etdirən Yelena Parxomenkonun komandamıza kömək edəcəyi sual altındadır. İndi yalnız ona ümid eləmək olar ki, vəziyyət Avropa çempionatının gedişində müsbət tərəfə dəyişəcək. Yeri gəlmişkən, Faiq Qarayevin yetirmələri ikinci mərhələyə çıxacaqları təqdirdə, "C" qrupundan olan komandalarla, daha dəqiq desək - Rusiya, İtaliya, Türkiyə və ya Fransa kollektivləri ilə üz-üzə gələ bilər.

Faiq Qarayevin komandası bu gün Slovakiya kollektivi ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə 18:00-da başlanacaq. Qrup mərhələsində son oyunumuzu sabah Çexiya komandasına qarşı keçirəcəyik.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Dumanlı perspektiv

Voleybol yığmamız yol üstədir

Dünya çempionatından iki medal

Milli teatr gələn mövsüm təhvil veriləcək

İrəvanda bir qələbənin tarixçəsi

Bölmənin digər xəbərləri
 
Çempionatın adı təzələndi
"Bakı" "Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq

Güləşçilərimiz sevindirməkdə davam edir
Bu günə qədər 2 qızıl, 4 gümüş medal!

Ramanada "Şuşa" stadionu tikiləcək
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bildirib ki, tezliklə Ramana qəsəbəsində "Şuşa" stadionu tikiləcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər