Hal-hazırda Ayna qəzetinin 26.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Çempionatın adı təzələndi
Çempionatın adı təzələndi
"Bakı" "Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq
Şənbə, 26.09.2009

İlham Kərimoğlu mətn ölçüsü  

Bu gün və sabah futbol üzrə Azərbaycan çempionatında VI turun oyunları keçiriləcək. Bu turdan etibarən Premyer Liqanın matçları yeni ad altında təşkil olunacaq. Belə ki, Peşəkar Futbol Liqası ilə "UniBank" arasında imzalanan müqaviləyə əsasən futbol üzrə ölkə çempionatı bundan sonra UniBank Premyer Liqası adını alıb.

Əvvəlcə bundan əvvəlki tura qısa nəzər salaq. Çempionata uğurla başlayan "Muğan" öz meydanında "Karvan"ı üstələyərək, yenidən zirvəyə yüksəlib. Salyan təmsilçisi həm də çempionatda qapısından top buraxmayan yeganə komandadır. "Bakı" isə cari mövsümdə ilk qələbəsini qazanıb. Bu komanda "Olimpik-Şüvəlan"ı Ernan Skuliçin vurduğu qolla məğlubiyyətə uğradıb. "Qarabağ" isə Zaqatalada yerli "Simurğ"a minimal hesabla uduzub. Maraqlıdır, "Qarabağ" vur-tut dörd mövsümdür çempionatda çıxış edən "Simurğ"a heç vaxt qalib gələ bilmir. "Turan" isə "İnter"ə uduzub. Beşinci turun nəticələri belədir:

"Muğan" - "Karvan" - 1:0, "Olimpik-Şüvəlan" - "Bakı" - 0:1, "Simurğ" - "Qarabağ" - 1:0, "Turan" - "İnter" - 0:1, "Qəbələ" - "Xəzər- Lənkəran" - 1:1, "Standard" - "Neftçi" - 1:2.

Üç gün əvvəl Azərbaycan Premyer Liqasında II turdan təxirə salınmış iki oyun keçirilib. "Qarabağ"-"Qəbələ" və "Bakı"-"Standard" oyunlarında qapılara qol vurulmayıb. Sumqayıtın "Standard" klubu litvalı Valdas İvanauskasın rəhbərliyi altında ilk xalını qazanıb. Bununla da Azərbaycan Premyer Liqasında xal qazanmayan komanda qalmayıb. "Qarabağ" - "Qəbələ" matçı milli komandamızın 27 yaşlı kapitanı Rəşad Sadıqov 333 gündən sonra Azərbaycan çempionatına qayıtması ilə yadda qalıb.

VI tura gəlincə, çempionatın sürpriz lideri "Muğan"ı Lənkəranda ciddi sınaq gözləyir. Bosniyalı Kemal Alispahinin başçılıq etdiyi Salyan komandası bu dəfə gücünü "Xəzər-Lənkəran"a göstərməlidir. Liderin büdrəməsini gözləyən və bununla turnir cədvəlində birinciliyi ələ keçirmək iddiasında olan "Neftçi"ni də "Simurğ"la çətin oyun gözləyir. Belə ki, Zaqatala klubu son iki turda "Bakı" və "Qarabağ"ı məğlub etməklə, liderlər qrupuna yüksəlib. Altıncı turun mərkəzi matçı isə "Bakı" və "Qarabağ" arasında keçiriləcək. Azərbaycan çempionu ilə ölkə kubokunun sahibinin görüşü böyük maraq kəsb edir. Üstəlik, "Bakı"nın baş məşqçisi Cokiça Hacıyevski istefa verdiyindən, komandanı "Qarabağ"la oyuna kimin çıxaracağı diqqət mərkəzindədir.

26 sentybr: "İnter" - "Qəbələ", "Bakı"- "Qarabağ", "Karvan" - "Standard", "Xəzər-Lənkəran"- "Muğan"; 27 sentyabr: "Neftçi"- "Simurğ", "Olimpik-Şüvəlan" - "Turan".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Güləşçilərimiz sevindirməkdə davam edir
Bu günə qədər 2 qızıl, 4 gümüş medal!

Avropa çempionatına uğursuz başladıq
Voleybol qadın yığmamız 3:0 uduzdu

Ramanada "Şuşa" stadionu tikiləcək
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bildirib ki, tezliklə Ramana qəsəbəsində "Şuşa" stadionu tikiləcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"

"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"


Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları

Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları


Kremlin Quzey Qafqaz siyasəti dəyişir

Kremlin Quzey Qafqaz siyasəti dəyişir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər