Hal-hazırda Ayna qəzetinin 26.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Orucluqda evə gəldi, həbs olundu
Orucluqda evə gəldi, həbs olundu
Siyasi məhbuslara dair yeni xəbərlər
Şənbə, 26.09.2009

S.Soltan mətn ölçüsü  

İranda siyasi motivlərlə həbslər barədə yeni-yeni xəbərlər gəlməkdədir. Məsələn, vəkil Məhəmmədrza Fəqihi "Amerikanın səsi"nə müsahibəsində deyib ki, yerli Ərdəbil məhkəməsi 5 nəfəri həbs edib. Ərdəbil apellyasiya məhkəməsinin 7-ci şöbəsi bu 5 nəfər türkə: Bəhruz Əlizadə, Vədud Səadəti, Rəhim Qulami, Hüseyn Hüseynniya-Mehmandar, Ərdəşir Kərimiyə münasibətdə bir il azadlıqdan məhrumetmə hökmü çıxarıb.

"Ayna"nın ötən saylarından birində hazırda həbsdə olan Səid Mətinpurun səhhətinin ağır olduğu barədə xəbər vermişdik. "Azadlıq" radiosunun xəbərinə görə, o, xanımı Ətayə Tahiri ilə qısa telefon danışığı zamanı xəstəliyinin şiddətləndiyini söyləyib...

Səid Mətinpur ağ ciyər ağrılarından əziyyət çəkir. Vəkilləri müalicə üçün onun müvəqqəti azadlığa buraxılmasını istəsələr də, xahiş rədd edilib. Halbuki ölkə qanunları belə bir vəziyyətdə sərbəst müalicə aparılmasına izin verir. Xatırladaq ki, Tehran inqilab məhkəməsinin hökmü ilə Səid Mətinpur 8 il azadlıqdan məhrum olunub.

Səid Mətinpur 2007-ci ilin mayında Güney Azərbaycanın Zəncan şəhərində tutulub. Mühakiməsiz-filansız 278 gün (!) ETTELAAT təcridxanasında təkadamlıq kamerada saxlanıb. Sonra 500 min dollarlıq girov qarşılığında sərbəst buraxılıb. Təcridxanada saxlandığı müddətdə ağır fiziki və mənəvi işgəncələrə məruz qalıb. Bu müddət ərzində vəkillə təmin olunmayıb, ailə üzvləri ilə görüşməsinə izin verilməyib.

ETTELAAT məmurların Səid Mətinpura basqıları artırmaq üçün qardaşı Əlirza Mətinpuru da həbs etmişdilər. İşgəncə və mənəvi təpkilər altında alınan etiraflara əsaslanan məhkəmə onu "yabançılarla əlaqə qurmaq" (casusluq), "hakimiyyətə qarşı təbliğat"da ittiham edərək, 8 il azadlıqdan məhrum etmişdir. Apellyasiya Məhkəməsi bu qərarı təsdiqləyib. Xanım Ətayə Tahiri bu ittihamların əsassız olduğunu bildirir: "Səidə qarşı hakimiyyət orqanlarının sənədləri var idisə, o zaman nədən məhkəmədə həmin sənədlər deyil, fiziki və mənəvi təzyiqlər altındakı sorğu-sualla alınan etiraflar əsas götürülüb?" Biz bilmirik İranda tətbiq olunan islam şəriəti bunu nə cür tövsif edərdi?

Tehran Universiteti fəlsəfə fakültəsini bitirən Səid Mətinpur "Yarpaq", "Mocebidari" ("Oyanış dalğası") qəzetləri və Azərbaycanda insan haqları ilə bağlı fəaliyyət göstərən "Haqq" bloqunun yazarı olub. Beynəlxalq Əfv Təşkilatı, Sərhədsiz Reportyorlar Birliyi, Fronte Layn və Jurnalistləri Müdafiə Birliyi bir müddət öncə yaydığı hesabatda Səid Mətinpurun heç bir şərt irəli sürülmədən azadlığa buraxılmasını tələb etmişdilər.

Radiounun xəbərinə görə, Türkiyənin İzmir şəhərində təhsil alan Umud Şükri də həbs olunub. Jurnalist və tərcüməçi olan bu azərbaycanlı bir neçə gün öncə - Ramazan günlərində ailəsinə baş çəkmək üçün Ərdəbilə gəlib. İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının əməkdaşı Yaşar Həkkəpur deyir: "O, İranda azərbaycanlılara qarşı haqsızlıqlar, ayrı-seçkiliyə dair məqalələr yazırdı. Onu 2006-cı ilə "Sayan" dərgisinə yazdığı yazılara görə tutublar. Bununla belə, ona qarşı rəsmi ittiham barəsində ailəsinə məlumat verilməyib".

Umud Şükri 2001-2006-cı illərdə Ərdəbildə nəşr olunan "Sayan" jurnalına baş redaktorluq edib. Bu dərgi Azərbaycan türkcəsi, ingilis və fars dillərində mədəniyyət mövzularında yazılar dərc edirdi. Hakimiyyət tərəfindən qapadılanadək "Sayan" 50-yə yaxın mükafat almışdı. İzmirdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi həbsi pisləyən bəyanat yayıb: "Umud Şükrinin başına bir hadisə gəlsə, bütün məsuliyyəti İran hakimiyyəti daşıyıcaq".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycanlı jurnalist vəkilsiz mühakimə olunub

Bölmənin digər xəbərləri
 
Beynəlxalq Əfv Təşkilatı xəbərdarlıq edir:
İşgəncə və təcavüz qurbanlarının təhlükəsizliyi təmin olunsun

Builki "Qüds günü"ndən ştrixlər
Əvvəlki "effektlər" daha gözə dəymir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər