Hal-hazırda Ayna qəzetinin 26.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Builki "Qüds günü"ndən ştrixlər
Builki "Qüds günü"ndən ştrixlər
Əvvəlki "effektlər" daha gözə dəymir
Şənbə, 26.09.2009

S.Sədrəddin mətn ölçüsü  

İranda "Qüds günü" 1979-cu ildən o vaxtkı lider Xomeyninin təşəbbüsü ilə qeyd olunmağa başlayıb. Həmin tarixdən etibarən hər il orucluğun son cüməsində bu ad altında tədbirlər keçirilir. Bu tədbir hər il yürüş və mitinqlərlə qeyd olunur, İsrail və ABŞ əleyhinə şüarlar səsləndirilir. Həmin gün Fələstində İsrailə qarşı vuruşmaq istəyən "könüllülər"in siyahısını tutmaq praktikası da vardı. Tehran hakimiyyəti tərəfindən dəstəklənənlər bu günü dünyanın çeşidli ölkələrində, o cümlədən bizim Azərbycanda bu və digər səviyyədə qeyd edirlər.

Bu il isə... İranda mövcud iqtidara müxalif qüvvəllər "Qüds günü" ilə bağlı aksiya keçirməyi planlaşdırmışdı. Fəqət bu dəfə ənənəvi "İsrailə ölüm!" şüarının yerinə "Diktatora ölüm!" şüarını söyləmək təklif olunurdu. Onlar indiki iqtidarı "inqilabı oğurlamaqda", ayətulla Xomeyninin yolundan sapmaqda qınayır, Fələstinə maliyyə yardımını isə bədxərclik sayırlar. İqtidar isə təşviq edirdi ki, "Qüds günü" tədbirinə müxalifət liderlərindən biri qatıla və mərasim kütləvi etiraz aksiyasına çevrilə bilər.

Müxalif liderlər - Mirhüseyn Musəvi, Ələkbər Natiq Nuri, Məhəmməd Xatəmi və Mehdi Kərrubi ayətulla Xomeyninin məqbərəsində keçirilən "Qədr gecəsi" mərasiminə qatılmışdı. Lakin hər zaman TV ilə canlı yayımlanan bu tədbir bu dəfə yayımlanmadı. Öncədən proqramda nəzərdə tutulsa da, həmin mərasimin yerinə efirə başqa bir proqram getdi. İSNA agentliyinin məlumatına görə, ayətulla Xomeyninin məqbərəsinə qulluq edənlər bildirmişdi ki, mövcud bir sıra problemlər ucbatından bu il "Qədr gecəsi" ("Əhya") mərasimi daha orada keçirilməyəcək...

Bu gün öncə Cümə namazı xütbəsində Xamneyi "Qüds günü"ndə iğtişaşlar yaranacağından nahaq yerə ehtiyatlanmırdı: "Muğayat olun ki, "Qüds günü"ndə kimsə ixtilaf sala bilməsin. Hamını xəbərdar edib deyirəm ki, bizim quruluşa qarşı qılınc çəkməyin cavabı çox kəskin olacaq".

İran rəhbərliyinin Fələstin xalqının problemlərinə bu qədər ifrat "həssasiyyəti" ən azından qeyri-səmimidir. Onun "əzilən müsəlmanlara böyük qardaşlıq" iddiası, bütün canfəşanlığına rəğmən, 30 ildir qəbul olunmur. Heç olmasa ona görə ki, qonşuluqda Azərbaycan torpaqları hələ də təcavüzkar Ermənistanın işğalındadır, onun bir milyon müsəlman dinli vətəndaşı zülmə məruz qoyulub, İran iqtidarı isə həmin bu təcavüzkar və zorakı qonşu ilə canbir-qəlbbir dostdur, onun ticari ortağıdır və İranın panfarsist mətbuatında ermənilər "əmioğlu" kimi qələmə verilir.

İranın açıq-aşkar təhriki ilə bizdəki sönük "Qüds günü" qışqırtılarına toplumun bu dərəcədə laqeydliyini Tehran-İrəvan dostluq və qardaşlığında aramaq lazım gəlir. Fikir verək: Azərbaycan İslam Partiyasının təşkilatçılığı ilə Bakıda keçirilən "Qüds günü" "tədbiri"ndə partiyanın lideri Hacı Möhsün Səmədov çıxış edərək, "bu gün"ün mahiyyətindən və tarixindən danışıb. Əsl niyyətini gizlətməyə çalışan cənab Səmədov Azərbaycan torpaqlarının işğal olunmasında Ermənistan və Rusiyanın adını çəkməkdən vaz keçib. Təbii ki, onun tərəfindən sərgilənən bu hal bizim üçün tamamilə anlaşılandır. Bu cənab daha sonra görək nələr söyləyib: "İsrailin dəstəyi ilə ermənilər Qarabağı işğal edib (?). Onlar erməniləri müdafiə edir (?). Erməni zabitlər İsraildə təlim keçir (?!). Qarabağın azadlığı Qüdsün azadlığından asılıdır (!!!)". Bilmirik bu kimi gülünc iddiaların şərhinə ehtiyac varmı?

Bəzi kəslər bilməlidir ki, bizim öz problemimiz - Qarabağ dərdimiz var. İşin bu şəkil almasında İsrailin heç bir təqsiri yoxdur. İran isə savaş zamanı erməni tankları üçün benzin daşıyıb gətirirdi və bu ölkəyə hər növ gizli yardım göstərmişdi. Rusiyadan gələn yüklər Ermənistana İran ərazisi vasitəsilə daşınırdı. Fələstinə dair ərəb-İsrail anlaşması mümkün bir şeydir, buna çoxdan nail oluna bilərdi, bircə İrana bağlı qüvvələr buna əngəl tərətməsəydilər.

İranda "Qüds günü" hay-küylərinə qayıdaq. Xamneyinin sözügedən xütbəsindən öncə prezidentliyə keçmiş iddiaçı, Milli Etimad Partiyasının sədri Mehdi Kərrubi həmin gün seçkinin rəsmi nəticələrinə etiraz olaraq Mahmud Əhmədinejad hökumətinə qarşı yürüşə qatılmağa çağırmışdı: "Siz "Qüds günü"ndə xalqın gücünü görəcəksiniz. Onların dəstək verəcəkləri cərəyan və düşüncənin şahidi olacaqsınız".

Həmin gün müxaliflər dediklərini etdi. Etiraz aksiyasında tutulanlar və yaralananlar da oldu. İsrail və ABŞ-a qarşı ənənəvi "ölüm" şüarları öz yerini "Rusiyaya ölüm!"ə verdi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Püşkatma kimə nə vəd edir?

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Moskvada Qarabağ danışıqları: ilkin razılaşma yaxındır?

Bölmənin digər xəbərləri
 
Beynəlxalq Əfv Təşkilatı xəbərdarlıq edir:
İşgəncə və təcavüz qurbanlarının təhlükəsizliyi təmin olunsun

Orucluqda evə gəldi, həbs olundu
Siyasi məhbuslara dair yeni xəbərlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər