çap et  
Alla Puqaçova ilə Maksim Qalkinin nikahı çətinə düşüb
Alla Puqaçova ilə Maksim Qalkinin nikahı çətinə düşüb
"Şirin ay" üçün pul tapmayacaqlarından ehtiyat edirlər
Şənbə, 26.09.2009

Şəms

Rusiyanın xalq artisti Alla Puqaçova ilə məşhur teleaparıcı Maksim Qalkinin uzun müddətdir eşq macərası yaşadığı çoxlarına bəllidir. Rus mətbuatının yazdığına görə, cütlük bu bərabərliyi rəsmiləşdirmək qərarına gəlib. Lakin rəsmi nikaha hazırlaşan cütlük "şirin ay" üçün bir yana yollanmağa pul tapa bilmirlər. Yazılana görə, maddi problemlər yaşayan Alla Borisovna ilə Qalkin "şirin ay"ın ləzzətini yaşamaq əvəzinə pul qazanmaq məqsədi ilə bir neçə şəhərdə qastrol səfərində olub, konsert proqramları ilə çıxış ediblər, toy mərasimi isə təxirə salınıb.

Xatırladaq ki, Alla Puqaçovanın "Apreldən aprelə" silsilə turnesi davam edir. Bu ayın əvvəli Bakıda konsert verən sənətçi aprel ayının ilk günlərində turnesinə, ümumiyyətlə isə səhnədəki çıxışına son qoyacaq.

Dünən isə dünya vida turnesi çərçivəsində rus primadonna İrəvanda K.Dəmirçyan adına konsert-idman kompleksində ermənilərə öz "Sevgi röyaları"nı oxuyurdu.