çap et  
Bakıda "Nibelunqlar nəğməsi və Kitabi-Dədə Qorqud" beynəlxalq simpoziumu
Şənbə, 26.09.2009


Sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda "Orta əsrlərdə Şərq və Qərbin tarixi eposları: "Nibelunqlar nəğməsi və Kitabi-Dədə Qorqud" adlı birinci beynəlxalq simpozium keçiriləcək. Bu barədə mətbuat nümayəndələrinə Almaniya səfiri Per Stankina məlumat verib. O, Almaniyanın bir sıra universitetlərinin nümayəndələrinin simpoziumda iştirak etmək üçün Bakıya gələcəyini deyib. Tədbir Bakı Slavyan Universiteti, Maynts Universiteti və Osvald fon Volkenştayn cəmiyyətinin əməkdaşlığı çərçivəsində keçiriləcək.