Azərbaycan və Kuba arasında mədəniyyət və turizm sahəsində imzalanmış əməkdaşlıq sazişi çərçivəsində gələn ilin martında bu ölkədə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. "Bakı - islam mədəniyyətinin paytaxtı-2009" saytının yazdığına görə, bu barədə Kubanın Azərbaycan səfiri Marselo Kabalyero Torres məlumat verib. O, Azərbaycandan 30-a yaxın mədəniyyət adamının Kubaya gedəcəyini deyib.
Azərbaycanda Kuba Mədəniyyət Günləri məsələsi isə Azərbaycan-Kuba hökumətlərarası komissiyasının 4-cü iclasında müzakirə olunacaq. Xəbərdə bildirilir ki, bundan başqa, bu yaxınlarda "Siz Kuba haqqında nə bilirsiniz" müsabiqəsi keçiriləcək. Mövzuya dair ən çox suala cavab verən gənclər Kubaya səfərlə mükafatlandırılacaq.
|