Azərbaycan və Kuba arasında mədəniyyət və turizm sahəsində imzalanmış əməkdaşlıq sazişi çərçivəsində gələn ilin martında bu ölkədə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. "Bakı - islam mədəniyyətinin paytaxtı-2009" saytının yazdığına görə, bu barədə Kubanın Azərbaycan səfiri Marselo Kabalyero Torres məlumat verib. O, Azərbaycandan 30-a yaxın mədəniyyət adamının Kubaya gedəcəyini deyib.
Azərbaycanda Kuba Mədəniyyət Günləri məsələsi isə Azərbaycan-Kuba hökumətlərarası komissiyasının 4-cü iclasında müzakirə olunacaq. Xəbərdə bildirilir ki, bundan başqa, bu yaxınlarda "Siz Kuba haqqında nə bilirsiniz" müsabiqəsi keçiriləcək. Mövzuya dair ən çox suala cavab verən gənclər Kubaya səfərlə mükafatlandırılacaq.
Gürcüstandan Azərbaycana yaradıcı təklifGürcüstanda 10-cu Tbilisi Beynəlxalq Kino Festivalı bu il dekabrın 2-dən 5-nə qədər davam edəcək və bu festivalda ilk dəfə olaraq sənədli filmlərin layihələri üçün Pitcinq-Market təşkili nəzərdə tutulur.