![]() |
çap et |
|
|||
Gürcüstanda 10-cu Tbilisi Beynəlxalq Kino Festivalı bu il dekabrın 2-dən 5-nə qədər davam edəcək və bu festivalda ilk dəfə olaraq sənədli filmlərin layihələri üçün Pitcinq-Market təşkili nəzərdə tutulur. Bu barədə layihənin Azərbaycan üzrə koordinatoru, "Nərimanfilm" kinostudiyasının əməkdaşı Leyla Dostəlizadə məlumat verərək bildirir ki, bu Pitcinq-Sessiya Gürcüstan, Azərbaycan, Ukrayna, Moldova və s. ölkələrdən olan sənədli film layihələrinin ərizələrini qəbul edir.
50 dəqiqə və daha artıq olması nəzərdə tutulan sənədli film layihələri sessiya iştirakçısı ola bilər. Hər ölkədən yalnız 2 sənədli film layihəsi seçiləcək. Pitcinq-Sessiya-da həmin layihələri rejissor və yaxud prodüser təmsil edə bilər. Öyrəndik ki, Pitcinq-Sessiya təcrübəli arbitrlərin köməyi ilə keçiriləcək. Ən yaxşı sənədli film layihəsi 5000 avro məbləğində pul mükafatı alacaq. Sessiyada iştirak üçün ərizələrin son qəbul tarixi 25 oktyabr 2009-cu ildir. |