Hal-hazırda Ayna qəzetinin 26.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Bu gün orkestr var, bəs 5 ildən sonra necə olacaq?
Bu gün orkestr var, bəs 5 ildən sonra necə olacaq?
Teymur Göyçayev bu barədə düşünməyi təklif edir
Şənbə, 26.09.2009

Xatun mətn ölçüsü  

Günümüzdə baş alıb gedən bayağı toyxana musiqisi ilə klassik musiqini müqayisə edən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və dirijoru, xalq artisti Teymur Göyçayev ikincinin xeyrinə əsasən nikbindir. Lakin onu narahat edən hallar da az deyil və fikirlərini bizimlə bölüşür. Düşünür ki, istedadlı gənclərin maddi dayağı olarsa, Azərbaycan musiqisinin parlaq gələcəyi danılmazdır: "Əlbəttə, Azərbaycan Mədəniyyətinin Dostları Fondu, Heydər Əliyev Fondu bu məsələdə çox köməklik edir. Əgər dəstək verənlər çox olsa... Bayağı musiqilərə gəlincə, toyxanada ifa edilən belə musiqilərlə daha çox və tez pul qazanmaq mümkündür. Hətta istedadlı gənclər belə, bu səbəbdən həmin yola üz tutur. Ancaq klassik, ciddi musiqi ilə məşğul olanlar çox aşağı əməkhaqqı qazanır və bununla belə, əsl musiqiyə xidmət edirlər. Onların sayı azdır, mədəniyyətin ağır yükünü bu insanlar öz çiyinlərində daşıyır".

Teymur Göyçayev deyir ki, son illər Azərbaycan tamaşaçısının klassik musiqiyə marağı bir qədər ürəkaçandır. Həm Kamera, həm də Simfonik Orkestrin konsertləri çox vaxt anşlaqla keçir: "Klassik musiqini xalq çox gözəl başa düşür. Xalqın zövqünün korlanmasında əsl təqsiri bayağı musiqiyə üstünlük verən və onu geniş təbliğ edən telekanallarda görürəm. Telekanallar özünümaliyyələşdirmə naminə həmin musiqiləri "məşhurlaşdırır". Musiqiçi olmaq üçün insandan çox böyük əmək tələb olunur və böyük məktəb keçmək lazımdır. Bu gün telekanalda Qara Qarayevin musiqisi səsləndirilsə, əksər tamaşaçılar kanalı dəyişdirəcək. Çünki onların musiqi zövqünü özəl kanalların musiqi proqramı formalaşdırır, klassik musiqilər isə onların beynini yükləyə bilər. Bu səbəbdən də ciddi əsərlər tamaşaçının maraq dairəsindən bir qədər kənardadır.

REKLAM

Klassik əsərləri dinləmək çox çətindir, ictimaiyyətə bu musiqilərə qulaq asmağı öyrətmək və insanların zövqünü əsl musiqiyə yönəltmək lazımdır".

Fəqət zövqlü dinləyici problemi də var günümüzün. Teymur Göyçayev bunu təsdiqləyir və deyir: "İnsanlar Filarmoniyaya gəlmirsə, biz onların ayağına getməliyik. Onları ciddi musiqilərə həvəsləndirmək üçün yollar axtarmalıyıq. Bu, müvəqqəti bir dönəm olacaq. Hazırda bayağı musiqi ilə məşğul olan insanların çox gözəl səviyyədə qarşılandığı və parladığı danılmazdır. Ancaq onların hamısı bir günlükdür. Radio və televiziyada gün ərzində 100 dəfə verilən musiqi, əlbəttə, yadda qalar. Yaxşılar hər zaman kölgədə qalır, ancaq pis hər zaman öndə olur. Sənətdən başı çıxmayanlar ekranı və radioları pulla alır. Televiziyadakılar da onların "marağına" biganə deyil. Bu heç də yaxşı hal deyil. Gərək televiziya və radioda ilk öncə yaxşı musiqi səsləndirilsin".

Söhbət zamanı Teymur müəllim dirijorluq məktəbinin aqibətindən söz saldı. Dedi ki, bu gün qürurla adlarını çəkə biləcəyi dirijorlar var: "Rauf Abdullayevdən tutmuş, Yalçın Adıgözəlov, Fəxrəddin Kərimov, Əyyub Quliyev çox gözəl məktəb keçiblər. Bizdə fəxr ediləcək səviyyədə dirijorların olması yaxşı haldır. Dirijorlarımızın səviyyəsi xarici ölkələrdən Azərbaycana konsert vermək üçün gələn dirijorlardan heç də aşağı deyil. Biz hamımız ayrı-ayrılıqda tələbələr yetişdiririk. Onların ən azı bizim səviyyədə yetişməsi üçün imkanlarımızı səfərbər etmişik. Tələbələrimə ən vacib tövsiyəm odur ki, qazandıqları uğurlarla kifayətlənməsinlər. Hətta mən özüm-özümdən razı deyiləm. Hər gün yeni bir şey öyrənirəm".

"Bizdə kontrabasa komik alət kimi baxırlar"

Teymur Göyçayevi narahat edən məqamlardan biri isə kontrabas, violonçel, nəfəs alətləri üzrə tələbələrin az yetişdirilməsidir: "Bizdə kontrabasa komik alət kimi baxırlar. Mən bir neçə dəfə musiqi məktəblərinin direktorlarına bu məsələ ilə bağlı müraciət etmişəm ki, ilk növbədə bu alətlər üzrə tələbələr yetişdirsinlər. Sabah bununla bağlı ciddi problemlər yaşaya bilərik. Simfonik Orkestrdə bu problem az da olsa yaşanır. 10-15 il irəliyə baxmaq, bu alətlərdə ifa edə bilən tələbələr yetişdirmək lazımdır".

Təbii ki, problemi musiqi məktəbləri həll etməlidir. Sadalanan musiqi alətlərsiz orkestr fəaliyyət göstərə bilməz. Problem həll olunmadığı təqdirdə Türkiyə kimi biz də digər xarici ölkələrin musiqiçilərinə 2000-3000 manat pul verib buraya gətirəcəyik. Biz Üzeyir bəyin yaratdıqlarını itirə bilərik. Vaxtilə Simfonik Orkestrimiz çox güclü idi, çünki burada çox gözəl müəllimlər vardı. Ancaq indi müəllim çatışmazlığı hökm sürməkdədir. Bunu etiraf edən Teymur Göyçayev çıxış yolunu bunda görür ki, paralel olaraq gənc istedadlılar bu sahəyə cəlb edilməli, azalmaqda olan alət ifaçıları yetişdirməliyik. Hesab edir ki, indinin özündən xaricdən çatışmayan alətlər üzrə mütəxəssislər cəlb olunmalıdır. O sual edir: "Bu gün orkestr var, bəs 5 ildən sonra necə olacaq? Bunu düşünmək lazımdır".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Aysel Teymurzadə dünyaca məşhur "Warner Music" şirkəti ilə müqavilə imzalayıb

Bölmənin digər xəbərləri
 
"Notlardakı həyəcanı, rüzgarı yaşamaq üçün..."
Dirijor Yalçın Adıgözəlov öz sənət duyumundan söz açır

Çağdaş Azərbaycan ədəbiyyatında yenilik
Kitab və onunla birlikdə audio-disk versiyası

Dilarə Əliyeva "kriminal aləmdə"
Aktrisa iki yeni seriala çəkilib

Zaman kompüter qrafikası prizmasında
Rəssam Etibar Aslanovun fərdi sərgisindən təəssürat

Murad Dadaşov yeni "Maşın"a hazırlaşır
Realiti-şounun yeni iştirakçıları "köhnələr" olacaq

Aktrisa Nahidə Orucovanın gileyi
Yaxşı həndbolçu idim, bu sənətə gəldiyimə hardasa heyifsilənirəm

Natəvan Həbibi Rusiya şou-biznesinə qatıla bilmədi
Və "yerli" şou-biznesə qayıtdı

Səhnəmizin çəkidən ağır və yüngülləri
Pəhriz onların həyat tərzinə çevrilib

Rəqsanə səhnəyə muğam ifaçısı kimi qayıdır
Və şou-biznesə "ədəb-ərkan" gətirəcəyini vəd edir

Samir Bağırovun çəkisi durmadan artır
Odur ki, həkimlərin ətəyindən yapışıb

Gürcüstandan Azərbaycana yaradıcı təklif
Gürcüstanda 10-cu Tbilisi Beynəlxalq Kino Festivalı bu il dekabrın 2-dən 5-nə qədər davam edəcək və bu festivalda ilk dəfə olaraq sənədli filmlərin layihələri üçün Pitcinq-Market təşkili nəzərdə tutulur.

Kubada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
Azərbaycan və Kuba arasında mədəniyyət və turizm sahəsində imzalanmış əməkdaşlıq sazişi çərçivəsində gələn ilin martında bu ölkədə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.

Bakıda "Nibelunqlar nəğməsi və Kitabi-Dədə Qorqud" beynəlxalq simpoziumu
Sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda "Orta əsrlərdə Şərq və Qərbin tarixi eposları: "Nibelunqlar nəğməsi və Kitabi-Dədə Qorqud" adlı birinci beynəlxalq simpozium keçiriləcək.

"Leyli və Məcnun"un 100-cü tamaşasının DVD versiyasına maraq
Bir müddət əvvəl İspaniyanın Malyorka şəhərində konsert proqramı ilə çıxış edən azərbaycanlı musiqiçilərin çıxışlarından ibarət DVD hazırlanıb.

Alla Puqaçova ilə Maksim Qalkinin nikahı çətinə düşüb
"Şirin ay" üçün pul tapmayacaqlarından ehtiyat edirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər