Səhnə çıxışlarını uzun fasilələrlə davam etdirən Samir Bağırovu hazırda səhhətindəki problemlər bərk narahat edir. Onun çəkisi durmadan artır. Yeməyinə diqqət yetirən, bəzi aylarda isə pəhrizə oturan müğənni, buna baxmayaraq, normal çəkiyə sahib ola bilmir. Kökəlməyini bir müddət əvvəl keçirdiyi depressiya ilə bağlayan sənətçi indi özünü yaxşı hiss etdiyini deyir. Amma o, çəkisinin artma səbəbindən çox narahatdır. Bununla bağlı həkim nəzarətində olan müğənniyə sinirlərindəki gərginliklə bağlı hormonal pozuntu diaqnozu qoyulub. Bu xəbərin geniş yayılmasını istəməyən Samir Bağırov problemin tez bir zamanda həllinə çalışır. Bu məsələdə də həkimlərin köməyinə arxalanan müğənni əvvəlki çəkisini alana kimi efirə, şou-proqramlara çıxmaq istəmir.
Sənətçi son həftələr ona edilən təkliflərdən boyun qaçırmaq məcburiyyətində qalıb. Həkimlərin onun probleminə ciddi yanaşdığını söyləyən müğənni tezliklə bu artıq kilolardan azad olacağına ümidvardır.
|