![]() |
çap et |
|
|||
Son aylar adı məhkəmə qalmaqallarında hallandırılan Rəqsanənin cavabı yaradıcılığındakı yeni planları olacaq. Sənətçi qarşısına belə bir məqsəd qoyduğunu deyir. Adı ilə bağlı olan olaylara susaraq cavab verməyən Rəqsanə sənətdə yeni strategiya seçdiyini deyir. Artıq o, ədəb-ərkanı və ağlı ilə şou-biznesdə nümunə olmağa qərar verib. Bu məqsədlə o, bir neçə yeni layihələr hazırlayır. Bir müddət əvvəl Zeynəb Xanlarovanın mahnılarından bəhrələnən sənətçi silsilə mahnılarla repertuarını təzələdi. Bununla həm də böyük kütlənin onun bu seçimini alqışlamasına səbəb oldu.
Sənətçi xanım deyir ki, artıq keçmişdəki Rəqsanədən əsər-əlamət qalmayıb. Onun bu sayaq açıqlamasını həm keçmişdəki davranışları, həm də zahiri görüntüsü ilə müqayisə edənlər az deyil. Vaxtilə açıq geyimləri, qəribə pozaları ilə sarı mətbuatın gündəmini təzələyən Rəqsanə artıq bu adətindən əl çəkib. O, yalnız xarici görünüşünü qaydaya salana kimi plastik əməliyyatları davam etdirəcəyini deyib. Xatırladaq ki, ötən ay növbəti əməliyyat keçirən Rəqsanənin bədən quruluşunda və üzündə plastik dəyişiklik olub. Lakin onun "bəs" demək fikri yoxdur. Növbəti əməliyyatın tarixi isə bəlli deyil. Məlum olan budur ki, sənətində yeniliklərini davam etdirir. İndi muğam oxumaq həvəsinə düşüb və bu yöndə planlar hazırlayıb. Onun sözlərinə görə, yeni ampluadakı çıxışı hamını yaxşı mənada təəccübləndirəcək. Bir müddətdir xanəndə Elnarə Abdullayevadan muğam dərsləri alan Rəqsanə, nəhayət, yeni fikrə gəlib. O, ifa edəcəyi muğamı müəllimi ilə birlikdə təqdim etmək niyyətindədir. Tələbəsinin ideyasını alqışlayan Elnarə xanım isə onu duet ortağı kimi qəbul edib. Hazırda onların birgə repertuarı tamamlanır. Sənətçinin açıqlamasına görə, bu məqsədlə hazırlanacaq geniş proqramı albomunun bir hissəsini təşkil edəcək. Albom hazırlıqları işini sürətləndirən Rəqsanə eyni vaxta dinləyicilərini müxtəlif janrlarda sevindirəcək. Öyrəndik ki, onun toplusu gələn ay işıq üzü görəcək. Həmin ərəfədə sənətçinin yeni mahnılarından biri ekran həllini taparaq telekanallara təqdim ediləcək. |