Hal-hazırda Ayna qəzetinin 26.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Rəqsanə səhnəyə muğam ifaçısı kimi qayıdır
Rəqsanə səhnəyə muğam ifaçısı kimi qayıdır
Və şou-biznesə "ədəb-ərkan" gətirəcəyini vəd edir
Şənbə, 26.09.2009

Şəms mətn ölçüsü  

Son aylar adı məhkəmə qalmaqallarında hallandırılan Rəqsanənin cavabı yaradıcılığındakı yeni planları olacaq. Sənətçi qarşısına belə bir məqsəd qoyduğunu deyir. Adı ilə bağlı olan olaylara susaraq cavab verməyən Rəqsanə sənətdə yeni strategiya seçdiyini deyir. Artıq o, ədəb-ərkanı və ağlı ilə şou-biznesdə nümunə olmağa qərar verib. Bu məqsədlə o, bir neçə yeni layihələr hazırlayır. Bir müddət əvvəl Zeynəb Xanlarovanın mahnılarından bəhrələnən sənətçi silsilə mahnılarla repertuarını təzələdi. Bununla həm də böyük kütlənin onun bu seçimini alqışlamasına səbəb oldu.

Sənətçi xanım deyir ki, artıq keçmişdəki Rəqsanədən əsər-əlamət qalmayıb. Onun bu sayaq açıqlamasını həm keçmişdəki davranışları, həm də zahiri görüntüsü ilə müqayisə edənlər az deyil. Vaxtilə açıq geyimləri, qəribə pozaları ilə sarı mətbuatın gündəmini təzələyən Rəqsanə artıq bu adətindən əl çəkib. O, yalnız xarici görünüşünü qaydaya salana kimi plastik əməliyyatları davam etdirəcəyini deyib.

Xatırladaq ki, ötən ay növbəti əməliyyat keçirən Rəqsanənin bədən quruluşunda və üzündə plastik dəyişiklik olub. Lakin onun "bəs" demək fikri yoxdur. Növbəti əməliyyatın tarixi isə bəlli deyil. Məlum olan budur ki, sənətində yeniliklərini davam etdirir.

İndi muğam oxumaq həvəsinə düşüb və bu yöndə planlar hazırlayıb. Onun sözlərinə görə, yeni ampluadakı çıxışı hamını yaxşı mənada təəccübləndirəcək. Bir müddətdir xanəndə Elnarə Abdullayevadan muğam dərsləri alan Rəqsanə, nəhayət, yeni fikrə gəlib. O, ifa edəcəyi muğamı müəllimi ilə birlikdə təqdim etmək niyyətindədir. Tələbəsinin ideyasını alqışlayan Elnarə xanım isə onu duet ortağı kimi qəbul edib. Hazırda onların birgə repertuarı tamamlanır.

Sənətçinin açıqlamasına görə, bu məqsədlə hazırlanacaq geniş proqramı albomunun bir hissəsini təşkil edəcək. Albom hazırlıqları işini sürətləndirən Rəqsanə eyni vaxta dinləyicilərini müxtəlif janrlarda sevindirəcək. Öyrəndik ki, onun toplusu gələn ay işıq üzü görəcək. Həmin ərəfədə sənətçinin yeni mahnılarından biri ekran həllini taparaq telekanallara təqdim ediləcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Aysel Tarkanla duet oxumaq istəyir

Rəqsanə 7-ci plastik əməliyyata hazırlaşır

Samir Piriyev Türkiyə müstəvisinə meyillənir

Rəqsanə ucuz qalmaqallardan qaçacaq

Bölmənin digər xəbərləri
 
Bu gün orkestr var, bəs 5 ildən sonra necə olacaq?
Teymur Göyçayev bu barədə düşünməyi təklif edir

"Notlardakı həyəcanı, rüzgarı yaşamaq üçün..."
Dirijor Yalçın Adıgözəlov öz sənət duyumundan söz açır

Çağdaş Azərbaycan ədəbiyyatında yenilik
Kitab və onunla birlikdə audio-disk versiyası

Dilarə Əliyeva "kriminal aləmdə"
Aktrisa iki yeni seriala çəkilib

Zaman kompüter qrafikası prizmasında
Rəssam Etibar Aslanovun fərdi sərgisindən təəssürat

Murad Dadaşov yeni "Maşın"a hazırlaşır
Realiti-şounun yeni iştirakçıları "köhnələr" olacaq

Aktrisa Nahidə Orucovanın gileyi
Yaxşı həndbolçu idim, bu sənətə gəldiyimə hardasa heyifsilənirəm

Natəvan Həbibi Rusiya şou-biznesinə qatıla bilmədi
Və "yerli" şou-biznesə qayıtdı

Səhnəmizin çəkidən ağır və yüngülləri
Pəhriz onların həyat tərzinə çevrilib

Samir Bağırovun çəkisi durmadan artır
Odur ki, həkimlərin ətəyindən yapışıb

Gürcüstandan Azərbaycana yaradıcı təklif
Gürcüstanda 10-cu Tbilisi Beynəlxalq Kino Festivalı bu il dekabrın 2-dən 5-nə qədər davam edəcək və bu festivalda ilk dəfə olaraq sənədli filmlərin layihələri üçün Pitcinq-Market təşkili nəzərdə tutulur.

Kubada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
Azərbaycan və Kuba arasında mədəniyyət və turizm sahəsində imzalanmış əməkdaşlıq sazişi çərçivəsində gələn ilin martında bu ölkədə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.

Bakıda "Nibelunqlar nəğməsi və Kitabi-Dədə Qorqud" beynəlxalq simpoziumu
Sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda "Orta əsrlərdə Şərq və Qərbin tarixi eposları: "Nibelunqlar nəğməsi və Kitabi-Dədə Qorqud" adlı birinci beynəlxalq simpozium keçiriləcək.

"Leyli və Məcnun"un 100-cü tamaşasının DVD versiyasına maraq
Bir müddət əvvəl İspaniyanın Malyorka şəhərində konsert proqramı ilə çıxış edən azərbaycanlı musiqiçilərin çıxışlarından ibarət DVD hazırlanıb.

Alla Puqaçova ilə Maksim Qalkinin nikahı çətinə düşüb
"Şirin ay" üçün pul tapmayacaqlarından ehtiyat edirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər