![]() |
çap et |
|
|||
Natəvan Həbibinin Rusiya şou-biznesinə qatılmaq arzusu yarımçıq qalıb. Bu xəbəri onun prodüseri də təsdiqləyərək bildirib ki, artıq bu layihənin üstündən xətt çəkilib. Deyib ki, artıq bu barədə danışıqlara da son qoyulub:
"Bildiyim qədər bu layihəyə xitam verilib. Əməkdaşlıq mənim Natəvanla işbirliyim olmadığı ərəfədə başladığından bu barədə bir o qədər geniş bilgiyə malik deyiləm. O, Maks Fadeyevlə görüşüb, bir sıra məsələlərin həlli üçün danışıqlar aparmışdı. Sonrakı mərhələdə mahnılar yazıldı, klip çəkildi. Amma qısa bir zamanda əməkdaşlığa son qoyuldu. Son vaxtlar həmin layihə ilə bağlı yeni xəbər eşitməmişəm. Ona görə də buna son qoyulduğu qənaətinə gəlmək olar". Əməkdaşlığın hansı səbəbdən pozulduğunu deyə bilməyən prodüser öz versiyasını irəli sürdü: "Yəqin ki, tərəflərin arasında hansısa anlaşılmazlıq olub ki, yollarını ayırıblar. Artıq bu layihə Natəvan üçün böyük önəm daşımır və o, yeni planlar üzərində çalışır". Söhbətdən bəlli oldu ki, Natəvan həmkarı Elnurun addımını təkrarlayaraq Maldiv adalarına üz tutacaq. Onun hansı mahnıya klip çəkdirəcəyi isə bəlli deyil. |