Hal-hazırda Ayna qəzetinin 26.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Zaman kompüter qrafikası prizmasında
Zaman kompüter qrafikası prizmasında
Rəssam Etibar Aslanovun fərdi sərgisindən təəssürat
Şənbə, 26.09.2009

İsmayıl Umudlu mətn ölçüsü  

Zaman incəsənət texnologiyalarına da öz düzəlişlərini və əlavələrini edir. Rəssamlıqda kompüter qrafikası bir yaradıcılıq üslubu olmaq etibarilə öz mənşəyini keçən yüzilin 60-cı illərindən götürür və bu gün Azərbaycanda bu üslubu mənimsəmiş rəssamlar var. Məsələn, illərdən bəri "Ayna" və "Zerkalo" qəzetlərində çalışan tərtibatçı rəssam Etibar Aslanov. Keçən cümə günü Vəcihə Səmədova ad. Sərgi Salonunda onun kompüter qrafikası əsərlərindən ibarət sərgisi açıldı və bu sərgi onun sənətsevərlər qarşısında növbəti imtahanı idi. Belə ki, Etibar Aslanov bu günədək Bakıda və xarici ölkələrdə 10-a yaxın sərgidə öz qrafik əsərləri ilə uğurla iştirak etmişdir.

Bu rəssam və kompüter qrafikası yaşıddırlar. Etibar Aslanov 1963-cü ildə Bakıda doğulub, elə həmin il amerikalı alim Ayven Sazerlend "Sketchrad" proqram-aparat kompleksini yaradıb ki, bu kompleks rəqəmli qələmucu ilə boruda nöqtələr, xətlər və dairələr rəsm etməyə imkan verib. Bu, mahiyyət etibarilə kompüterdə gerçəkləşdirilən ilk vektor redaktoru idi. Bu gün isə kompüter qrafikası dünya incəsənətində - rəssamlıqda, kinoda, televiziyada özünə vətəndaşlıq qazanmışdır. Bu, bizim ölkəyə ayaq açıb, onu mənimsəmiş olanlar var, sadəcə, onu sərgi formasında geniş seyrçi kütləsinə təqdim edən hələlik bir nəfərdir. Bu - Etibar Aslanovdur.

O vaxtdan, yəni 60-cı illərdən saysız texniki yeniliklər həyata vəsiqə aldı və bu gün həyatımız kompütersiz təsəvvürə gətirilmir. Əzimzadə ad. Rəssamlıq Məktəbini bitirən, neçə illər "Göyərçin" şəkilli uşaq dərgisində rəssam olaraq çalışan Etibar Aslanov dəzgah qrafikası sahəsini seçmişdi. Bir vaxtlar uşaqlar üçün şəkillər çəkirdi. Sonra isə zamanla ayaqlaşmalı oldu və günlərin birində bir də gördü ki, fırça ilə yanaşı kompüteri də bu işə cəlb edib.

Bu sərgi Etibar Aslanov üçün həm fərdi, həm eksperimental, həm də tematik sərgidir. Azərbaycan incəsənətində öz sözünü kompüter qrafikası ilə deməsi, Ziyadxan Əliyevin sözü ilə deyilsə, yəqin ki, onun alın yazısıdır. Öz bədii fantaziyalarını bu texniki vasitə ilə gerçəkləşdirməyə keçən yüzilin sonlarından başlamışdır və müvəffəq olmuşdu.

Təkrar edirik: kompüter, sadəcə, bir texniki qurğudur, böyük imkanları olan texniki qurğu, fəqət bu qurğudan bir alət olaraq istifadə edən yaradıcı şəxsin sərhədsiz fantaziyası, dərin təxəyyülü, incə duyumu olmalıdır. Etibarda bu var. Və bu qabiliyyət bir gündə formalaşmır. İllərlə kompüterin qarşısında əyləşib səhifələrə tərtibat vermək onda bu qabiliyyətini bəlkə də, sadəcə, oyatmışdı.

Əsrin müqaviləsinin 15 illiyinin qeyd edildiyi bu günlərdə onun "Azərbaycan nefti: tarix və müasirlik" adlı tematik sərgisində biz kompüter qrafikası prizmasından Azərbaycan neftinin inkişaf tarixini özünəməxsus rəsmlər qalereyasında izləyə bilirik. Etibar Aslanov özü bu mövzunu ən azı 5-6 ildir izləyir və zaman-zaman bu epopeyanın ayrı-ayrı epizodlarının bədii təsvirini verir. Onlar rəssamın bu mövzudakı əsərlərinin cəmləndiyi topluda da sənət sərraflarının mühakiməsinə təqdim olunur.

Sənət adamları Etibar Aslanovun sərgiyə çıxardığı əsərlərinə yüksək qiymət verdilər. Sənətşünas Ziyadxan Əliyevə görə, bu sərgi "Azərbaycan təsviri sənətini müasir meyillərlə zənginləşdirir və bu mənada həm də ilk qaranquşdur, müəllif texnikanı bütün mənalarda ram edə bilmişdir və bu sərgi onun uğurudur".

Sənətşünas Dilara Vahabovaya görə isə, "yeni texnologiyalara yiyələnmiş olan bizim istedadlı rəssam özünü zamanla ayaqlaşan ustad kimi büruzə verir".

Sərgi hələ davam edir. Bir xeyli davam edəcək. İctimai maraq pis deyil...


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Bu gün orkestr var, bəs 5 ildən sonra necə olacaq?
Teymur Göyçayev bu barədə düşünməyi təklif edir

"Notlardakı həyəcanı, rüzgarı yaşamaq üçün..."
Dirijor Yalçın Adıgözəlov öz sənət duyumundan söz açır

Çağdaş Azərbaycan ədəbiyyatında yenilik
Kitab və onunla birlikdə audio-disk versiyası

Dilarə Əliyeva "kriminal aləmdə"
Aktrisa iki yeni seriala çəkilib

Murad Dadaşov yeni "Maşın"a hazırlaşır
Realiti-şounun yeni iştirakçıları "köhnələr" olacaq

Aktrisa Nahidə Orucovanın gileyi
Yaxşı həndbolçu idim, bu sənətə gəldiyimə hardasa heyifsilənirəm

Natəvan Həbibi Rusiya şou-biznesinə qatıla bilmədi
Və "yerli" şou-biznesə qayıtdı

Səhnəmizin çəkidən ağır və yüngülləri
Pəhriz onların həyat tərzinə çevrilib

Rəqsanə səhnəyə muğam ifaçısı kimi qayıdır
Və şou-biznesə "ədəb-ərkan" gətirəcəyini vəd edir

Samir Bağırovun çəkisi durmadan artır
Odur ki, həkimlərin ətəyindən yapışıb

Gürcüstandan Azərbaycana yaradıcı təklif
Gürcüstanda 10-cu Tbilisi Beynəlxalq Kino Festivalı bu il dekabrın 2-dən 5-nə qədər davam edəcək və bu festivalda ilk dəfə olaraq sənədli filmlərin layihələri üçün Pitcinq-Market təşkili nəzərdə tutulur.

Kubada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
Azərbaycan və Kuba arasında mədəniyyət və turizm sahəsində imzalanmış əməkdaşlıq sazişi çərçivəsində gələn ilin martında bu ölkədə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.

Bakıda "Nibelunqlar nəğməsi və Kitabi-Dədə Qorqud" beynəlxalq simpoziumu
Sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda "Orta əsrlərdə Şərq və Qərbin tarixi eposları: "Nibelunqlar nəğməsi və Kitabi-Dədə Qorqud" adlı birinci beynəlxalq simpozium keçiriləcək.

"Leyli və Məcnun"un 100-cü tamaşasının DVD versiyasına maraq
Bir müddət əvvəl İspaniyanın Malyorka şəhərində konsert proqramı ilə çıxış edən azərbaycanlı musiqiçilərin çıxışlarından ibarət DVD hazırlanıb.

Alla Puqaçova ilə Maksim Qalkinin nikahı çətinə düşüb
"Şirin ay" üçün pul tapmayacaqlarından ehtiyat edirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər