çap et  
Dilarə Əliyeva "kriminal aləmdə"
Dilarə Əliyeva "kriminal aləmdə"
Aktrisa iki yeni seriala çəkilib
Şənbə, 26.09.2009

Zəminə

Teleaparıcı kimi çalışan əməkdar artist Dilarə Əliyeva bir müddət əvvəl iki seriala çəkilib. Aktrisanın açıqlamasına görə, bunlardan biri ailə-məişət mövzusundadır. "Həmişə siz gələsiniz" adlanın serial tezliklə efirə çıxacaq. Digər serial isə onun üçün yenidir və aktrisa burada olduqca maraqlı obrazı canlandırdığını bildirdi.

"İkinci serial "Polis" adlanır. Burada mən əməliyyat qrupunun kapitanı rolunda çıxış etmişəm. Dünyanın bütün ölkələrində kriminal seriallar nümayiş olunur. Azərbaycan tamaşaçısı da bu mövsüm iki maraqlı serial izləyəcək". Dilarə xanım hər iki ekran işinin böyük tamaşaçı auditoriyası olacağına ümid edir. Onun sözlərinə görə, kino mühitində serial bazarının inkişafına böyük ehtiyac var. Bu səbəbdən rol aldığı serialların yayımını zəruri hesab etdi. Sözünə əlavə olaraq isə bildirdi ki, hər iki filmdə Yaşar Nuri, Qurban İsmayılov, Elşən Rüstəmovla birlikdə rol alıb. İkinci serialın bədii rəhbəri Ramiz Fətəliyevdir. Serialın oktyabr ayında nümayişi gözlənilir.