Hal-hazırda Ayna qəzetinin 26.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Çağdaş Azərbaycan ədəbiyyatında yenilik
Çağdaş Azərbaycan ədəbiyyatında yenilik
Kitab və onunla birlikdə audio-disk versiyası
Şənbə, 26.09.2009

Zəminə mətn ölçüsü  

Tezliklə ölkəmizdə ilk dəfə olaraq bədii əsərlə birlikdə onun audio versiyasının təqdimatı olacaq. Gənc yazıçı Elxan Xanəlizadə "Yol" romanının kitabı ilə birgə audio versiyasını da təqdim edəcək. Xatırladaq ki, bu vaxta qədər bir neçə gənc müəllif öz əsərlərini yalnız audio disk formasında təqdim etmişdi. İndi Bakıda kitabla disk ilk dəfə birlikdə təqdim edilir.

Layihənin rəhbəri Pərviz Hətəmovun verdiyi bilgiyə görə, romanın audio versiyası əməkdar artist, bəstəkar Gövhər Həsənzadənin studiyasında hazırlanıb. Əsərin audio versiyasının kitabla birgə təqdimi ideyasının müəllifi Emin Musəvidir. Romanın səsli versiyasını peşəkar jurnalist, aparıcı Ceyhun Əli səsləndirib. Kitabın və diskin üz qabığı ilə yanaşı digər şəkillərini rəssam Nərminə Vəliyeva çəkib. Bəstəkar Ülviyyə Vəliyeva isə xüsusi olaraq əsər üçün yeni musiqilər bəstələyib.

Müəllif Elxan Xanəlizadə isə dünya ədəbi təcrübəsində xeyli vaxtdır sınaqdan keçirilən bu tendensiyanı Azərbaycana gətirməkdə məqsədli olduğunu bildirir. Onun sözlərinə görə, Azərbaycanda bədii əsər oxumağa meyli olan kütlə azlıq təşkil etdiyindən bu üsula əl atıb. Kitabı oxumağa vaxtı və həvəsi olmayan istənilən insan romanın audio versiyasını bir neçə saat ərzində qulaq asmaqla onu mənimsəyə biləcək.

Müəllif əlavə edib ki, "Yol" romanı bütövlükdə böyük bir ədəbi layihənin tərkib hissəsidir və onun təqdimatı media qarşısında reallaşacaq.

Elxan Xanəlizadə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək bakalavr və magistr dərəcələri alıb. Hazırda "Azad Azərbaycan" radiosunda aparıcı olan gənc yazıçı həm də jurnalist kimi fəaliyyət göstərir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ölkə dəmir yoluna milyardlar yatırılacaq

Ölkə dəmiryoluna milyardlar yatırılacaq

Dəmir yol gücləndirilmiş iş rejiminə keçdi

Bakı-Tiflis-Qars dəmir yol layihəsi təxirə düşə bilər

Bakı-Rostov dəmir yolunda bomba aşkarlanıb

Bölmənin digər xəbərləri
 
Bu gün orkestr var, bəs 5 ildən sonra necə olacaq?
Teymur Göyçayev bu barədə düşünməyi təklif edir

"Notlardakı həyəcanı, rüzgarı yaşamaq üçün..."
Dirijor Yalçın Adıgözəlov öz sənət duyumundan söz açır

Dilarə Əliyeva "kriminal aləmdə"
Aktrisa iki yeni seriala çəkilib

Zaman kompüter qrafikası prizmasında
Rəssam Etibar Aslanovun fərdi sərgisindən təəssürat

Murad Dadaşov yeni "Maşın"a hazırlaşır
Realiti-şounun yeni iştirakçıları "köhnələr" olacaq

Aktrisa Nahidə Orucovanın gileyi
Yaxşı həndbolçu idim, bu sənətə gəldiyimə hardasa heyifsilənirəm

Natəvan Həbibi Rusiya şou-biznesinə qatıla bilmədi
Və "yerli" şou-biznesə qayıtdı

Səhnəmizin çəkidən ağır və yüngülləri
Pəhriz onların həyat tərzinə çevrilib

Rəqsanə səhnəyə muğam ifaçısı kimi qayıdır
Və şou-biznesə "ədəb-ərkan" gətirəcəyini vəd edir

Samir Bağırovun çəkisi durmadan artır
Odur ki, həkimlərin ətəyindən yapışıb

Gürcüstandan Azərbaycana yaradıcı təklif
Gürcüstanda 10-cu Tbilisi Beynəlxalq Kino Festivalı bu il dekabrın 2-dən 5-nə qədər davam edəcək və bu festivalda ilk dəfə olaraq sənədli filmlərin layihələri üçün Pitcinq-Market təşkili nəzərdə tutulur.

Kubada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
Azərbaycan və Kuba arasında mədəniyyət və turizm sahəsində imzalanmış əməkdaşlıq sazişi çərçivəsində gələn ilin martında bu ölkədə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.

Bakıda "Nibelunqlar nəğməsi və Kitabi-Dədə Qorqud" beynəlxalq simpoziumu
Sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda "Orta əsrlərdə Şərq və Qərbin tarixi eposları: "Nibelunqlar nəğməsi və Kitabi-Dədə Qorqud" adlı birinci beynəlxalq simpozium keçiriləcək.

"Leyli və Məcnun"un 100-cü tamaşasının DVD versiyasına maraq
Bir müddət əvvəl İspaniyanın Malyorka şəhərində konsert proqramı ilə çıxış edən azərbaycanlı musiqiçilərin çıxışlarından ibarət DVD hazırlanıb.

Alla Puqaçova ilə Maksim Qalkinin nikahı çətinə düşüb
"Şirin ay" üçün pul tapmayacaqlarından ehtiyat edirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Mübariz İbrahimov üçün RF səfirliyinə müraciət

Mübariz İbrahimov üçün RF səfirliyinə müraciət


Bahalaşma süni yolla yaradılır

Bahalaşma süni yolla yaradılır


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər