Hal-hazırda Ayna qəzetinin 26.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Bir məktəbin aylıq mühafizəsi 1500-1800 manata başa gəlir
Bir məktəbin aylıq mühafizəsi 1500-1800 manata başa gəlir
Ramil Usubov mühafizə ilə bağlı xüsusi tapşırıqlar verib
Şənbə, 26.09.2009

mətn ölçüsü  

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Mədət Quliyevin APA-ya müsahibəsində məktəblərin mühafizəsi ilə bağlı toplumu maraqlandıran suallara cavab verir.

- Artıq dərs ili başlayıb. Təhsil müəssisələrinin mühafizəsi istiqamətində hansı işlər görülür? Məktəblərin mühafizəsi üçün Baş Mühafizə İdarəsinə müraciətlər daxil olubmu?

- Bakıda, digər rayon və şəhərlərdə təhsil müəssisələrinin mühafizəyə götürülməsi ilə bağlı müraciətlər var və bu proses davam etməkdədir. Müraciət edən məktəblər DİN Baş Mühafizə İdarəsi tərəfindən mühafizəyə götürülüb. Onu da deməliyəm ki, ölkədə fəaliyyət göstərən hər bir təhsil müəssisəsinin mühafizə olunması barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən xüsusi tapşırıqlar verilib və bu tapşırıqlar tərəfimizdən yerinə yetirilir.

- Bəzi məlumatlara görə, təhsil müəssisələrinin mühafizəsinin təşkilində maliyyə məsələləri ilə bağlı bəzi anlaşılmazlıqlar var... Ümumiyyətlə, bu proses necə tənzimlənir?

- DİN Baş Mühafizə İdarəsi nazirliyin tərkibində yeganə baş idarədir ki, özünümaliyyələşdirmə prinsipi ilə işləyir. Bununla əlaqədar onu deməliyəm ki, bizə müraciət edən təhsil müəssisələrinin hər birinin maliyyə vəsaiti olmalıdır. Onlar Baş Mühafizə İdarəsi ilə müqavilə əsasında mühafizə məsələsini həll edirlər. Yeni dərs ili başlayandan rayonlarda, xüsusən də Bakı şəhərində yerləşən təhsil müəssisələrində bu məsələlər qarşılıqlı anlaşma əsasında həll olunur və təhsil ocaqları mühafizəyə götürülür.

- Təhsil müəssisələrinin mühafizəsi üçün Təhsil Nazirliyi Daxili İşlər Nazirliyinə müraciət edibmi?

- Bu məsələ Təhsil Nazirliyinin birbaşa Daxili İşlər Nazirliyinə rəsmi müraciəti əsasında həyata keçirilmir. Buna ehtiyac da yoxdur. Təhsil müəssisəsi hansı rayonun ərazisində yerləşirsə, həmin rayonun mühafizə şöbəsinə rəsmi müraciət etməlidir. Daxil olan müraciətdən sonra biz həmin təhsil müəssisəsini mühafizəyə götürürük.

- Azərbaycanda bu günədək neçə təhsil müəssisəsi mühafizəyə götürülüb?

- Təhlükəsizlik baxımından bu rəqəmi açıqlamaq istəmirəm. Amma onu deyim ki, xeyli sayda məktəbdə artıq texniki işlər aparılıb, təhlükəsizlik kameraları quraşdırılıb. Maddi imkanı yaxşı olan təhsil müəssisələri isə mühafizə xidmətinin silahlı əməkdaşları tərəfindən mühafizə olunur.

- Bir məktəbin mühafizəsi üçün təxminən nə qədər maliyyə vəsaiti tələb olunur?

- Bizim idarəmiz vergi ödəyicisidir və bu məsələ Nazirlər Kabineti tərəfindən tənzimlənir. Mühafizənin qiymətləndirilməsi isə iş saatları ilə müəyyənləşir. Bir məktəbin bir ay ərzində səhər saat 8-dən axşam saat 6-ya kimi mühafizəsi təxminən 1500-1800 manata başa gəlir. Əgər təhsil müəssisəsi sutka ərzində polis tərəfindən mühafizə olunursa, onda bu rəqəm təxminən 3000 manata yaxındır. Biz başa düşürük ki, bu rəqəmlər məktəblər üçün böyükdür. Ona görə də çalışırıq ki, müraciət edən məktəblərin mühafizəsinə bir polis nəfəri cəlb edək. Bir mühafizəçi beş gün ərzində səhər saat 8-dən axşam saat 6-dək təhsil müəssisəsinin mühafizəsini təşkil edərsə, onda bu rəqəm təxminən 1000-1200 manata başa gələr. Bir daha deyirəm ki, daxili işlər naziri cənab Ramil Usubov məktəblərin mühafizəsi ilə bağlı xüsusi göstəriş verib. Nəzərə alsaq ki, bu gün Daxili İşlər Nazirliyi respublikada kriminogen durumu tam nəzarətdə saxlayır, ölkədə əmin-amanlıq hökm sürür, əminliklə deyə bilərəm ki, təhsil müəssisələri də yüksək səviyyədə mühafizə olunacaq.

- Təhsil müəssisələrinin mühafizə olunması üçün Baş Mühafizə İdarəsinin yetərincə əməkdaşı varmı?

- DİN Baş Mühafizə İdarəsi özünü maliyyələşdirən orqan olduğundan bizimlə müqavilə bağlamaq istəyən müəssisələrin sayı artdıqca, təbii ki, mühafizəçilərin də sayı artırılır. Hazırda mühafizə xidmətinin 8000-dən artıq əməkdaşı var. Mühafizə edilməli olan obyektlərin sayı isə 10000-dən çoxdur. Buna baxmayaraq, mühafizə idarəsində mühafizəçilərin sayı ilə bağlı hələlik heç bir problem yoxdur. Mühafizəçilərin işə qəbulu isə cənab nazirin birbaşa diqqətində olan məsələdir. Mühafizə idarəsində işə qəbul olunan şəxslərin fiziki hazırlığı, zahiri görünüşü və professional hazırlığı əsas götürülür. Bu gün Azərbaycan inkişaf etmiş ölkələrdən biridir. Çalışırıq ki, ölkədə mühafizənin təşkili də beynəlxalq standartlara uyğun olsun.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bunlar hər müəllifin yaza bilmədiyi təfsilatlardır

Gəncə orta məktəbində dərs saatı satılır?

Növbəti hakim qalmaqalı

Əcnəbilərin infeksion daşıyıcısı olub-olmadığı yoxlanılmır

Orta məktəb şagirdlərində siqaretə meyil artıb

Bölmənin digər xəbərləri
 
Uşaq ölümünün ən çox yayıldığı ölkələr arasındayıq
Əksər uşaq tibb ocaqları bərbad durumdadır

Bakıya oxşayan İsmayıllı
Bu rayonda normal qəzet çıxarmaq çətindir

Rüşvətsiz, qayda-qanunla yaşamaq istəmişdik
Məmurlar bizi bax beləcə süründürdülər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər