Hal-hazırda Ayna qəzetinin 19.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Azərbaycan prezidenti Quba məzarlığını ziyarət edib
Ölkə başçısı şimal rayonlarına səfərə çıxıb
Şənbə, 19.09.2009

mətn ölçüsü  

Quba rayonunda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak edib. APA-nın məlumatına görə, dövlət başçısı açılışı bildirən lenti kəsib, səhiyyə ocağında yaradılmış şəraitlə tanış olub.

Azərbaycan prezidenti Qubadakı soyqırımı məzarlığını da ziyarət edib. Dövlət başçısına məlumat verilib ki, bu məzarlıq 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımın danılmaz sübutudur.

Məzarlığın ümumi sahəsi 514 kv/m-dir. Aparılan qazıntılar nəticəsində burada insan cəsədləri qalaqlanan iki quyu və iki arx aşkar edilib. İnsanların hamısının soyuq silah və küt alətlərlə xüsusi qəddarlıqla qətlə yetirildiyi müəyyənləşdirilib. Ermənilər Qubada azərbaycanlılarla yanaşı, ləzgilər, yəhudilər, tatlar, avarlar və digər etnik qruplardan olan insanları da qətlə yetirib. Tədqiqat zamanı məzarlıqda 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanları isə əsasən yaşlı kişilərdir.

Kütləvi məzarlıq 2007-ci ilin aprelində ərazidə torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları burada 2007-ci il aprelin 8-dən 11-dək ilkin tədqiqat işləri aparıblar. Məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu təsdiqlənib. Arxiv sənədlərindən məlum olub ki, 1918-ci ilin aprel-may ayları ərzində ermənilər tərəfindən təkcə Quba qəzasında 36 min 782 nəfər qətlə yetirilib, 122 kənd tamamilə dağıdılıb.

Bu məzarlıq erməni vəhşiliklərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün daha bir danılmaz tarixi faktdır.

Prezident İlham Əliyevə məzarlıqda inşa olunacaq abidə kompleksinin layihəsi haqqında da məlumat verilib.

Dünən prezidentin iştirakı ilə Qubada "Şahdağ" Elektrik Stansiyasının açılışı da olub. Qubaya səfərini başa vuran Azərbaycan prezidenti İlham Əliyev Qusar rayonuna səfər edib. Qusar şəhərinin mərkəzindəki bağda Heydər Əliyevin - ulu öndərin büstünü ziyarət edərək, önünə gül dəstəsi qoyub.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycanla Polşa arasında bir neçə saziş imzalanıb

Türk Dünyası riyaziyyatçılarının növbəti konqresi Bakıda keçiriləcək

Uşaqlara çəkilən xərclər artıb

Bölmənin digər xəbərləri
 
Gürcü keşişləri unutqan olublar
Nədənsə onlar yalnız "SOCAR-Georgia"nın bir məscidin təmirinə ayırdığı 5-3 qəpiyi görürlər

"GEN" MMC-nin məhkəməsində qarşılıqlı ittihamlar
Dələduzluqda ittiham olunan şəxs jurnalistləri qərəzdə ittiham edib

Qara dəniz dövlətləri FHN-lərinin Bakı toplantısı
Ermənistan bəlli olmayan səbəbdən iştirak etmədi

Səfər Əbiyev İsrail və Koreya səfirlərini qəbul edib
Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İsrailin Azərbaycana yeni təyin edilmiş səfiri Mixail Levon-Lotemi və səlahiyyət müddətini başa vurmuş Koreya səfiri Lyu Kvanq Çulu qəbul edib.

Azərbaycan, Türkiyə və Rusiya birgə təlimləri
Azərbaycan Fövqəladə Hallar Nazirliyi bir sıra qonşu ölkələrin xilasediciləri ilə birgə təlimlər keçirməyi planlaşdırır.

Azərbaycan Fövqəladə Hallar Nazirliyi təlim keçirib
Dünən FHN tərəfindən "Xəzər-2009" təlimi keçirilib.

Azərbaycan - Rusiya sərhədində atışma
Azərbaycan-Rusiya sərhədində qaçaqmalçılarla Milli Təhlükəsizlik Nazirliyi əməliyyatçıları arasında atışma olub.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər