Hal-hazırda Ayna qəzetinin 19.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Qara dəniz dövlətləri FHN-lərinin Bakı toplantısı
Qara dəniz dövlətləri FHN-lərinin Bakı toplantısı
Ermənistan bəlli olmayan səbəbdən iştirak etmədi
Şənbə, 19.09.2009

S.Abbas mətn ölçüsü  

Dünən Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin fövqəladə hallar nazirləri və müvafiq qurumların rəhbərlərinin toplantısı keçirilib. APA-nın məlumatına görə, toplantıya Ermənistan istisna olmaqla, QDİƏT-ə üzv ölkələrin nümayəndələri qatılıb. Tədbirin açılışında çıxış edən Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanda fövqəladə halların aradan qaldırılması istiqamətində görülən işlərdən, bu sahədə qazanılan uğurlardan danışıb.

QDİƏT sədrinin nümayəndəsi, Azərbaycan XİN departament rəhbəri Altay Əfəndiyev texnogen problemlərin həlli istiqamətində əlaqələrin gücləndirilməsinə ehtiyac duyulduğunu, bu sahədə QDİƏT ölkələri arasında əməkdaşlığın inkişafı üçün böyük imkanlar olduğunu deyib.

Rusiya fövqəladə hallar nazirinin müavini Vladimir Puçkov bildirib ki, Qara dəniz hövzəsində fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlığı genişləndirməyə böyük ehtiyac var: "Hansısa hadisə baş verəndə biz birgə çıxış etməliyik. Əməkdaşlığımız fövqəladə halların aradan qaldırılmasında böyük önəm daşıyacaq".

Toplantının sonunda Altay Əfəndiyev və Vladimir Puçkov brifinq keçiriblər. A.Əfəndiyev deyib ki, tədbirdə ötən dövrdə görülən işlər və gələcəkdə atılacaq addımlar müzakirə olunub. Həmçinin fövqəladə vəziyyətlərdə birgə iştirakla bağlı fikir mübadiləsi aparılıb, sonda Bakı Bəyannaməsi qəbul edilib.

V.Puçkov əvvəlki iclasdan ötən üç il ərzində strukturda bir sıra dəyişikliklər baş verdiyini, yeni strukturların yaradıldığını deyib. Nazir müavini qeyd edib ki, toplantıda əməkdaşlıqla bağlı bir sıra təkliflər, layihələr nəzərdən keçirilib, əməkdaşlıq imkanları araşdırılıb: "Xilasetmə işləri ilə bağlı əməkdaşlıq davam etdiriləcək".

İştirakçılar daha sonra FHN Mərkəzi Aparatının binasına gedərək burada yaradılan şəraitlə tanış olublar. Nazirliyin Böhranları İdarəetmə Mərkəzində olan tədbir iştirakçılarına böhranları idarəetmə zalında olan nəzarətetmə sistemləri, müasir texnologiyalar barədə məlumat verilib.

Fövqəladə hallar nazirlərinin Bakı toplantısında iştirak üçün Azərbaycan Ermənistana rəsmi dəvət göndərib. Lakin onlar tədbirə qatılmayıblar. APA-nın xəbərinə görə, bu açıqlamanı Altay Əfəndiyev bildirib. Onun sözlərinə görə, Ermənistana dəvət Azərbaycan XİN xətti ilə göndərilib: "Ermənilərin iclasa hansı səbəbdən gəlmədiyi məlum deyil. Onlar bununla bağlı rəsmi məlumat verməyiblər. Ermənistanın bu tədbirdə iştirakı lazım idi. Biz onlara heç bir qadağa qoymamışıq. Gəlib iştirak edə bilərdilər".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Mən nişanlı deyiləm"

Püşkatma kimə nə vəd edir?

"Bakı gecələri" II estrada müsabiqəsi başlayır

"Bakı" növbəti mərhələnin bir addımlığında

Bakıda Qızıl Qran-pri turniri

Bölmənin digər xəbərləri
 
Gürcü keşişləri unutqan olublar
Nədənsə onlar yalnız "SOCAR-Georgia"nın bir məscidin təmirinə ayırdığı 5-3 qəpiyi görürlər

"GEN" MMC-nin məhkəməsində qarşılıqlı ittihamlar
Dələduzluqda ittiham olunan şəxs jurnalistləri qərəzdə ittiham edib

Səfər Əbiyev İsrail və Koreya səfirlərini qəbul edib
Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İsrailin Azərbaycana yeni təyin edilmiş səfiri Mixail Levon-Lotemi və səlahiyyət müddətini başa vurmuş Koreya səfiri Lyu Kvanq Çulu qəbul edib.

Azərbaycan, Türkiyə və Rusiya birgə təlimləri
Azərbaycan Fövqəladə Hallar Nazirliyi bir sıra qonşu ölkələrin xilasediciləri ilə birgə təlimlər keçirməyi planlaşdırır.

Azərbaycan Fövqəladə Hallar Nazirliyi təlim keçirib
Dünən FHN tərəfindən "Xəzər-2009" təlimi keçirilib.

Azərbaycan prezidenti Quba məzarlığını ziyarət edib
Ölkə başçısı şimal rayonlarına səfərə çıxıb

Azərbaycan - Rusiya sərhədində atışma
Azərbaycan-Rusiya sərhədində qaçaqmalçılarla Milli Təhlükəsizlik Nazirliyi əməliyyatçıları arasında atışma olub.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər