Hal-hazırda Ayna qəzetinin 19.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
"GEN" MMC-nin məhkəməsində qarşılıqlı ittihamlar
Dələduzluqda ittiham olunan şəxs jurnalistləri qərəzdə ittiham edib
Şənbə, 19.09.2009

S.Abbas mətn ölçüsü  

Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "GEN" MMC-nin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesə sədrlik edən hakim Eynulla Vəliyev deyib ki, ötən məhkəmə iclasında təqsirləndirilən şəxslər mətbuatda gedən yazılara etiraz ediblər.

Məsələn, Elbrus Əliyev bildirib ki, bəzi mətbuat vasitələri proseslə bağlı həqiqətə uyğun olmayan yazılar çap edirlər: "Bu yazıların əksəriyyəti zərərçəkənlərin nümayəndəsi Vidadi İsgəndərov tərəfindən mətbuata ötürülür və nəticədə cəmiyyətdə ajiotaj yaranır. Vidadi İsgəndərov özünü 21-ci əsrin Xristofor Kolumbu kimi aparır. Belə davam etsə, biz Vidadi İsgəndərovun suallarına cavab verməyəcəyik. Bununla yanaşı, prosesdə iştirakdan imtina edəcəyik".

Hakim təqsirləndirilən tərəfə vəsatəti yazılı şəkildə məhkəməyə təqdim etməsini məsləhət görüb. Bundan sonra prosesdə iştirak edən mətbuat mənsublarının bəziləri ziddiyyət təşkil edən informasiyanı V.İsgəndərovdan aldıqlarını deyiblər. Məhkəmə protokola yazılmaqla V.İsgəndərova xəbərdarlıq edib.

Xəbərdarlığa etiraz edən və vəziyyəti aydınlaşdırmağa çalışan V.İsgəndərovla hakim arasında mübahisə yaranıb. Hakim V.İsgəndərovu prosesdən istifadə etməklə ictimai-siyasi kapital qazanmaqda ittiham edib. Bundan sonra V.İsgəndərov şifahi vəsatətlə çıxış edib. O bildirib ki, prosesin gedişatı ədalətli aparılmır, məhkəmə istintaqının obyektiv aparılmasına şərait yaradılmır. O, bununla bağlı MTN-ə məlumat veriləcəyini deyib.

E.Vəliyev isə deyib ki, məhkəmənin işindən verilən şikayət yazılı şəkildə olmalıdır. Prokuror prosesdə yaranan gərginliyi aradan qaldırmağa çalışıb. Prosesdə zərərçəkən qismində ifadə vermək üçün çağırılan Qalib Kərimov məhkəmə heyətinə etiraz edib. Hakim isə etirazı yazılı şəkildə əsaslandırmasının zəruriliyini deyib.

Təqsirləndirilən şəxslər: Elbrus Əliyev, Əliyar Abbasov, Həbib Ağayev, Nəbi Məmmədov, Mehparə Cəfərzadə, Asif Ələmov, İlkin Səfərov, Ramil Əliyev və Kamran Əhmədov CM 178.3.1 (dələduzluq - mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 178.3.2 (dələduzluq - külli miqdarda ziyanla törədildikdə) maddələri ilə ittiham olunublar. Cinayət işi üzrə 10 nəfər şəxs təqsirləndirilir, 373 nəfər zərərçəkmiş kimi tanınıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Rus dilindən imtina nə vəd edir?

Gəncə orta məktəbində dərs saatı satılır?

Zabit və əsgərlərin məhkəməsi başlayıb

"Avropa Birliyinin gündəmində genişlənmə planı yoxdur"

İnformasiya "sipər"ləri

Bölmənin digər xəbərləri
 
Gürcü keşişləri unutqan olublar
Nədənsə onlar yalnız "SOCAR-Georgia"nın bir məscidin təmirinə ayırdığı 5-3 qəpiyi görürlər

Qara dəniz dövlətləri FHN-lərinin Bakı toplantısı
Ermənistan bəlli olmayan səbəbdən iştirak etmədi

Səfər Əbiyev İsrail və Koreya səfirlərini qəbul edib
Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İsrailin Azərbaycana yeni təyin edilmiş səfiri Mixail Levon-Lotemi və səlahiyyət müddətini başa vurmuş Koreya səfiri Lyu Kvanq Çulu qəbul edib.

Azərbaycan, Türkiyə və Rusiya birgə təlimləri
Azərbaycan Fövqəladə Hallar Nazirliyi bir sıra qonşu ölkələrin xilasediciləri ilə birgə təlimlər keçirməyi planlaşdırır.

Azərbaycan Fövqəladə Hallar Nazirliyi təlim keçirib
Dünən FHN tərəfindən "Xəzər-2009" təlimi keçirilib.

Azərbaycan prezidenti Quba məzarlığını ziyarət edib
Ölkə başçısı şimal rayonlarına səfərə çıxıb

Azərbaycan - Rusiya sərhədində atışma
Azərbaycan-Rusiya sərhədində qaçaqmalçılarla Milli Təhlükəsizlik Nazirliyi əməliyyatçıları arasında atışma olub.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər