Hal-hazırda Ayna qəzetinin 19.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Gürcü keşişləri unutqan olublar
Gürcü keşişləri unutqan olublar
Nədənsə onlar yalnız "SOCAR-Georgia"nın bir məscidin təmirinə ayırdığı 5-3 qəpiyi görürlər
Şənbə, 19.09.2009

İdrak Abbasov mətn ölçüsü  

Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində köhnə məscid binasının bərpasına etiraz edən gürcü keşişləri rayon mərkəzində ARDNŞ-in törəmə müəssisəsi olan "SOCAR-Georgia"ya benzindoldurma məntəqəsi yaxınlığında aksiya keçiriblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, keşişlər əllərində "SOCAR-Georgia"dan benzin alma!" sözləri yazılmış şüarlar tutublar.

Benzin doldurmaq üçün məntəqəyə gələn gürcü sürücüləri bundan çəkindirməyə çalışan keşişlər iddia ediblər ki, "SOCAR-Georgia" məntəqələrindən alınan benzinə görə ödənilən hər qəpik Gürcüstanın maraqlarına qarşı istifadə olunur (?). Onlar "SOCAR-Georgia"nın gürcülərə benzin satmaqdan əldə etdiyi qazanc hesabına "gürcü torpaqlarında" məscidlər tikdirdiyini bildiriblər. Dünən axşam bənzər aksiya paytaxt Tbilisidə və "SOCAR-Georgia"ya məxsus benzindoldurma məntəqələri yerləşən digər rayonlarda da keçirilib.

"Ayrı-ayrı insanların, müxtəlif konfessiya nümayəndələrinin hərəkətləri müxtəlif dini konfessiyaların bir-birinə qarşı düşmən mövqedə olduğu demək deyil". Bu sözləri APA-ya Gürcüstan prezidentinin müşaviri Mübariz Qarayev verib.

"SOCAR-Georgia"ya məxsus benzindoldurma məntəqələri qarşısında keçirilən etiraz aksiyalarına münasibət bildirən müşavir qeyd edib ki, Gürcüstan Konstitusiyasına görə, din dövlətdən ayrıdır: "Gürcüstan onun ərazisində fəaliyyət göstərən bütün konfessiyalara qarşı tolerant ölkədir. Bütün dinlərin nümayəndələri əsrlər boyu Gürcüstanda yanaşı yaşayıb, onların arasında heç bir zaman qarşıdurma olmayıb. Ayrı-ayrı insanların, konfessiya nümayəndələrinin hərəkətləri o demək deyil ki, bu və ya digər konfessiya bir-birinə düşmən mövqedədir".

Faxralı kəndində məscidin bərpası ilə bağlı etirazlara münasibət bildirən M. Qarayev deyib ki, bu məscid qədim tarixə malikdir: "Ayrı-ayrı individlərin hərəkətləri o demək deyil ki, hamı islama etiraz edir. Belə hərəkətləri dini narazılıq məcrasına yönəltmək olmaz".

Qeyd edək ki, Gürcüstanın azərbaycanlı rəsmisinin verdiyi diplomatik açıqlamaya baxmayaraq, de fakto keşişlər hansı məqamdasa hansısa siyasi çevrələrin sözünü deyirlər. Amma nədənsə həmin keşişlər və onların havadarları çox yaxın tarixi unudurlar. Ötən il Gürcüstan-Rusiya müharibəsində Ermənistandan fərqli olaraq Azərbaycan və Türkiyədən dəstək almış gürcülər azərbaycanlıların öz əzəli yurdlarında ibadətgahlarını təmir etməyə dözüm nümayiş etdirə bilmirlər. Ən maraqlısı da odur ki, gürcü keşişlər yəqin bilməmiş deyillər ki, qarşı çıxdıqları "SOCAR-Georgia" satışdan əldə etdiyi puldan Gürcüstan büdcəsinə vergi ödəyir, Gürcüstanda infrastruktur layihələri həyata keçirir.

Həmin şirkət və onun əməkdaşları "Ayna" əməkdaşının gözü qabağında - ötən il Qori bombalananda həyatlarını riskə ataraq şəhərdən çıxa bilməmiş əhalini zəruri qida, geyim və dərman preparatları ilə təmin edirdilər...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Elza Seyidcahan məscid tikdirmək fikrinə düşüb

"Əbubəkr məscidini biz partlatmamışıq"

Qızıl və gümüşə bürünən Şah Abbas məscidi

"Fatimeyi-Zəhra" məscidinin sökülməməsi üçün müraciət edilib

Bölmənin digər xəbərləri
 
"GEN" MMC-nin məhkəməsində qarşılıqlı ittihamlar
Dələduzluqda ittiham olunan şəxs jurnalistləri qərəzdə ittiham edib

Qara dəniz dövlətləri FHN-lərinin Bakı toplantısı
Ermənistan bəlli olmayan səbəbdən iştirak etmədi

Səfər Əbiyev İsrail və Koreya səfirlərini qəbul edib
Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İsrailin Azərbaycana yeni təyin edilmiş səfiri Mixail Levon-Lotemi və səlahiyyət müddətini başa vurmuş Koreya səfiri Lyu Kvanq Çulu qəbul edib.

Azərbaycan, Türkiyə və Rusiya birgə təlimləri
Azərbaycan Fövqəladə Hallar Nazirliyi bir sıra qonşu ölkələrin xilasediciləri ilə birgə təlimlər keçirməyi planlaşdırır.

Azərbaycan Fövqəladə Hallar Nazirliyi təlim keçirib
Dünən FHN tərəfindən "Xəzər-2009" təlimi keçirilib.

Azərbaycan prezidenti Quba məzarlığını ziyarət edib
Ölkə başçısı şimal rayonlarına səfərə çıxıb

Azərbaycan - Rusiya sərhədində atışma
Azərbaycan-Rusiya sərhədində qaçaqmalçılarla Milli Təhlükəsizlik Nazirliyi əməliyyatçıları arasında atışma olub.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər