Hal-hazırda Ayna qəzetinin 19.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Xəzər regionunda terror təhlükəsi daha da artıb
Xəzər regionunda terror təhlükəsi daha da artıb
Buna səbəb bölgədə böyük həcmdə neft-qaz yataqlarının olmasıdır
Şənbə, 19.09.2009

C.Məzahiroğlu mətn ölçüsü  

Dünən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Fransanın "Avrasiya Yeni Üfüqlər" təşkilatı ilə birgə "Yeni geosiyasi reallıqlar prizmasından Xəzər dənizi regionunda təhlükəsizlik və sabitlik" mövzusunda beynəlxalq konfrans keçirib. Konfransda Azərbaycanın ictimai-siyasi xadimləri, QHT rəhbərləri, politoloqlarla yanaşı, Avropanın bir sıra ölkələrindən millət vəkilləri, analitik mərkəzlərin rəhbərləri iştirak ediblər.

APA-nın məlumatına görə, AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov Xəzər regionunda ictimai-siyasi vəziyyətin heç də sabit olmadığını, bir sıra münaqişələrin mövcudluğunu və bunun təhlükəsizliyə təhdid təşkil etdiyini vurğulayıb.

"Avrasiya Yeni Üfüqlər" təşkilatının rəhbəri, Fransa Milli Assambleyasının deputatı Terri Mariani Xəzər regionunda böyük həcmdə neft-qaz yataqlarının olmasının, dünyanın diqqətinin bu bölgəyə yönəltdiyini deyib: "Ona görə də bu region təhlükələrə daha həssasdır".

AŞ Monitorinq Komitəsinin Böyük Britaniyadan olan üzvü Mayk Hankok bildirib ki, münaqişələrin həlli və gələcəkdə yenidən alovlanmaması üçün düzgün siyasi xətt yeridilməlidir "Erməniləri başa salmaq lazımdır ki, azərbaycanlılarla qonşuluq şəraitində yaşamağa məhkumdurlar. Azərbaycanın işğal olunmuş 20 faiz torpaq, 1 milyon qaçqın-köçkün problemi həll olunmalıdır ki, bölgədə təhlükəsizlik tam təmin edilsin".

İngiltərə Müdafiə Forumunun təsisçisi Robin Aşbay və AŞ PA xarici əlaqələr komitəsinin sədri Tadeuş İvinski "Xəzər dənizi ətrafında təhlükəsizliyin bugünkü vəziyyəti" mövzusunda məruzə ediblər. R. Aşbay regionda terror üçün böyük təhlükələrin olduğunu deyib və Azərbaycanın İslam fundamentalizmi ilə üzləşmiş dövlət olduğunu vurğulayıb. O, yeni çəkilən neft-qaz kəmərləri ilə əlaqədar regionda terror təhlükələrinin daha da artdığını bildirib.

Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov "Qafqaz münaqişələri və onların qlobal təhlükəsizlik üzərinə təsiri" mövzusunda çıxış edib. Onun sözlərinə görə, region üçün təhlükə törədən əsas məsələ Dağlıq Qarabağ münaqişəsidir. Şöbə müdiri bildirib ki, problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır:

"Millətlərin öz müqəddəratını təyin etmək prinsipi Dağlıq Qarabağa şamil edilə bilməz. Münaqişənin həlli yolunda Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusu verilə bilər. Bunun üçün də 7 rayon qaytarılmalı, yalnız bundan sonra muxtariyyət məsələsi müzakirə oluna bilər". E. Aslanov bildirib ki, münaqişənin nizamlanma prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə bağlıdır "Ermənilər anlamalıdırlar ki, zaman onların xeyrinə işləmir".

Konfransda "Enerji resursları və iqtisadi böhran", onların təhlükəsizliyə təsiri", NATO və Avropa Birliyi ilə əməkdaşlığın güclənməsinə doğru" mövzularında sessiyalar keçirilib.

Bölgədəki vəziyyət dünən eyni zamanda Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində diqqətdə olub. "Müasir regional geosiyasət kontekstində Azərbaycan və Böyük Britaniya münasibətləri" mövzusunda keçirilən "dəyirmi masa"da Böyük Britaniyanın Azərbaycandakı səfiri Karolin Braun da iştirak edib.

Səfir iştirakçıları Britaniya xarici siyasətinin prioritetləri ilə tanış edib. O, ikitərəfli münasibətlərə toxunaraq Azərbaycanda 100-ə yaxın Britaniya firmasının fəaliyyət göstərdiyini və 3 minə yaxın Britaniya vətəndaşının yaşadığını deyib. Xanım Braun ölkəsinin cənub enerji dəhlizinin reallaşmasında maraqlı olduğunu söyləyərək Britaniyanın "Nabucco" layihəsinə baxışı və İranın bu proyektdə iştirakı barədə sualı da cavablandırıb. O, "Nabucco"nun ambisioz layihə olduğunu və həyata keçiriləcəyi təqdirdə özünü doğruldacağını söyləyib. İrana gəldikdə isə, səfir qeyd edib ki, bu ölkənin siyasətində müəyyən aydınlıq yaranmadan və dünya ictimaiyyəti buna əmin olmadan İranın layihədə iştirakı çətin ki mümkün olsun.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Cansun "flaqman"ı tərk etdi

"Xəzər-Lənkəran" Avstriyaya getdi

Foqts daha 3 futbolçunu çağırdı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarının Azərbaycana səfəri gözlənir

İsrail səfirliyini və Qəbələ RLS-i partlatmağa cəhd edənlərin məhkəməsi başlayıb

Bölmənin digər xəbərləri
 
Ermənistan ordusu real böhran içində
Erməni mənbələrinin acınacaqlı həqiqətləri

Media hərbçilərdən nə istəyir?
MN münasibətlərin normallaşmasını, KİV isə nazirliyin informasiya siyasətinin təkmilləşdirilməsini istəyir

Müdafiə Nazirliyi "sabiqləri" yola saldı
Onların arasında 30-dan artıq general və böyük zabit var

Rusiya üçün RƏM planı
Ağ ev, Kreml Azərbaycanla bağlı addımlar atacaqlar

İran prezidentinin müşaviri talışlardan kitab yazıb
Amma deyir ki, Əhmədinejad talış deyil, farsdır

BMT baş katibi Beynəlxalq Sülh Günü münasibətilə müraciət edib
Azərbaycan isə BMT-yə Ermənistanın davranışından dolayı etiraz məktubu ünvanlayır

Avstraliya Azərbaycana nota verdi
"Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyimiz dəyişməz qalır"

Oqtay Əsədov İsveçrədə görüşlər keçirib
Türkiyə-Ermənistan münasibətlərinə də toxunulub

"Azərbaycanla Ermənistan arasındakı problem həll olunmadan sərhəd açılmayacaq"
Ərdoğan: "Dağlıq Qarabağ münaqişəsinin həllinə əvvəlkindən daha yaxın nöqtədəyik"

Bu həftənin əziz günü - 15 sentyabr
Onun mahiyyətini yetərincə mənimsəyə bilmişikmi?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər