Hal-hazırda Ayna qəzetinin 19.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
BMT baş katibi Beynəlxalq Sülh Günü münasibətilə müraciət edib
BMT baş katibi Beynəlxalq Sülh Günü münasibətilə müraciət edib
Azərbaycan isə BMT-yə Ermənistanın davranışından dolayı etiraz məktubu ünvanlayır
Şənbə, 19.09.2009

İ.Telmanoğlu mətn ölçüsü  

BMT baş katibi Pan Ki Mun 21 sentyabr Beynəlxalq Sülh Günü ilə bağlı müraciət edib. BMT Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə qeyd olunub ki, bu gün atəşkəsə və zorakılığa qarşı qlobal çağırış günüdür:

"Bu gün müharibənin dəhşətlərini və itkilərini, mübahisələri sülh yolu ilə həll etməyin borcumuz olduğunu dərk etmə zamanıdır. Konflikt qurbanlarının əksəriyyəti günahsız vətəndaşlar, atalar, analar və uşaqlardır. Sülhsüz bu insanların öz həyatlarını yaxşılaşdırmaq və yoxsulluqdan qurtulmaq üçün ümidləri çox azdır. Hətta gücsüzlərin mənafeyi üçün çalışan insanlar belə, tez-tez şiddət hədəfinə çevrilirlər". Baş katib deyib ki, biz millətlərarası müharibələrin azaldığına, əvəzində insanların diplomatiyaya və danışıqlara üz tutduğuna sevinməliyik: "Tarix göstərir ki, hətta daxili münaqişələrdən parçalanan dövlətlərdə belə, güclü iradə olduğu zaman sülh əldə edilə bilər. Bu Beynəlxalq Sülh Günündə mənim hər kəsə bir müraciətim var: Biz tərk-silah olub, sülhə nail olmalıyıq". я Bu arada isə Azərbaycanın BMT daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev qurumun baş katibi Pan Gi Muna rəsmi etiraz məktubu göndərib.

Nümayəndəlikdən APA-nın ABŞ bürosuna verilən məlumata görə, məktubda əsas diqqət sentyabrın əvvəllərində Ermənistan prezidenti Serj Sərkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri, orada qondarma rejimin "müstəqillik gününə" həsr olunan tədbirlərə qatılması və Xankəndində verdiyi bəyanatlara yönəlib. Məktubda, Ermənistanın xarici işlər naziri Edvard Nalbadyanın və onu müşayiət edən yüksək rütbəli diplomatların işğal olunmuş ərazilərdə diplomatların ənənəvi müşavirəsini keçirdiyi də qeyd olunub.

Səfir Mehdiyev müraciətində bildirib ki, "Mənim təmsil etdiyim hökumət işğal olunmuş ərazilərə yuxarıda qeyd etdiyim səfərləri və orada səsləndirən hərbi ritorikanı Ermənistanla Azərbaycan arasında münaqişənin tez bir zamanda siyasi yolla həllinə açıq maneə kimi qiymətləndirir. Reallıqda Ermənistan bir daha öz anneksiya siyasətinə bəraət qazandırmağa və faktların kobud formada təhrif olunması yolu ilə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışıb. Halbuki etnik mənsubiyyət əsasında qurulan marionet separatist rejimi dünya ölkələri tanımaqdan imtina edirlər".

Aqşin Mehdiyev qeyd edib ki, minlərlə insanın həyatına son qoyan, yüz minlərlə azərbaycanlını öz yurdlarından didərgin salan, iki dövlət arasında geniş miqyaslı müharibəyə səbəb olan bir hadisənin "yubileyi" münasibəti ilə mərasimlərə qatılan Ermənistan rəhbərliyi gözlənilməz nəticələr verə biləcək eskalasiya siyasətinə üstünlük verir. Daimi nümayəndəliyin rəhbəri BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyanın 14 mart 2008-ci ildə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" qəbul etdiyi qətnamədə Azərbaycanın ərazi bütövlüyünün birmənalı olaraq və şərtsiz tanındığını, münaqişənin həllində bu prinsiplərin toxunulmaz olduğunu bildirib.

Baş katibə müraciətin sonunda səfir Mehdiyev qeyd edib ki, "Ermənistan Respublikası başa düşməlidir ki, onun öz maraqları üçün, regionda sülhün, əmin-amanlığın, qarşılıqlı əməkdaşlığın təmin olunması üçün münaqişənin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin pozulmamağı çərçivəsində həllinə alternativ yoxdur. Azərbaycan Respublikası heç vaxt öz ərazi bütövlüyünə xələl gətirəcək, öz xalqının hüquqi maraqlarına və indiki status-kvonun leqallaşmasına xidmət edəcək addım atmayacaq".

Səfir Mehdiyev baş katibdən bu məktubun BMT Baş Assambleyasının 64-cü sessiyası və BMT Təhlükəsizlik Şurasında yayılmasını xahiş edib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

BMT Azərbaycan hökumətini tənqid etdi

İran böhranı: "Vilayəti-fəqih" idarəetmə təsisatı ölüb

Avstraliya Azərbaycana nota verdi

Bölmənin digər xəbərləri
 
Ermənistan ordusu real böhran içində
Erməni mənbələrinin acınacaqlı həqiqətləri

Media hərbçilərdən nə istəyir?
MN münasibətlərin normallaşmasını, KİV isə nazirliyin informasiya siyasətinin təkmilləşdirilməsini istəyir

Müdafiə Nazirliyi "sabiqləri" yola saldı
Onların arasında 30-dan artıq general və böyük zabit var

Rusiya üçün RƏM planı
Ağ ev, Kreml Azərbaycanla bağlı addımlar atacaqlar

İran prezidentinin müşaviri talışlardan kitab yazıb
Amma deyir ki, Əhmədinejad talış deyil, farsdır

Xəzər regionunda terror təhlükəsi daha da artıb
Buna səbəb bölgədə böyük həcmdə neft-qaz yataqlarının olmasıdır

Avstraliya Azərbaycana nota verdi
"Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyimiz dəyişməz qalır"

Oqtay Əsədov İsveçrədə görüşlər keçirib
Türkiyə-Ermənistan münasibətlərinə də toxunulub

"Azərbaycanla Ermənistan arasındakı problem həll olunmadan sərhəd açılmayacaq"
Ərdoğan: "Dağlıq Qarabağ münaqişəsinin həllinə əvvəlkindən daha yaxın nöqtədəyik"

Bu həftənin əziz günü - 15 sentyabr
Onun mahiyyətini yetərincə mənimsəyə bilmişikmi?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"

"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"


Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları

Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları


Kremlin Quzey Qafqaz siyasəti dəyişir

Kremlin Quzey Qafqaz siyasəti dəyişir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər