Hal-hazırda Ayna qəzetinin 19.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Rusiya üçün RƏM planı
Rusiya üçün RƏM planı
Ağ ev, Kreml Azərbaycanla bağlı addımlar atacaqlar
Şənbə, 19.09.2009

Cəsur Məmmədov mətn ölçüsü  

Dünyanın diqqəti ABŞ-ın Şərqi Avropadakı Raket Əleyhinə Müdafiə (RƏM) sistemini təxirə salmasına yönəlib. ABŞ prezidenti Barak Obama ölkəsinin bu plandan imtina etməsini rəsmən təsdiqləyib. Prezident bildirib ki, ABŞ-ın Çexiya və Polşada RƏM sistemi elementləri yerləşdirməkdən imtina etməsinə səbəb bu müdafiə kompleksinin İranın raket hücumu təhlükəsinə qarşı ən yaxşı vasitə olmamasıdır: "İranın malik olduğu orta və yaxın mənzilli raketlər qitələrarası raketlərdən daha böyük təhlükə kəsb edir".

Obama televiziya ilə xalqa müraciətində bildirib ki, yeni qərar Rusiyanın maraqları nəzərə alınaraq qəbul edilib. ABŞ prezidenti raketdən müdafiə sahəsində Rusiya ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Dünən Pentaqon rəhbəri Robert Qeyts isə bildirib ki, yeni plana əsasən İrandan qaynaqlanan raket təhlükəsini önləmək üçün ballistik raketlərə malik gəmilərdən istifadə olunacaq, Çexiya və Polşada müdafiə elementlərinin yerləşdirilməsi isə 2015-ci ilə kimi təxirə salınır.

General Ceyms Kartrayt isə ABŞ Hərbi Dəniz Donanmasına məxsus üç hərbi gəminin daim növbə çəkəcəyini bildirib. Generalın sözlərinə görə, zərurət yaranarsa, bu gəmilərin sayı artırılacaq. Gəmilərdə SM-3 raket tutan sistemləri quraşdırılacaq.

RUSİYA ALQIŞLAYIR

Medvedyev ABŞ-ın Avropada RƏM sistemi qurmaq planından imtinasını alqışlayıb. Həmkarının açıqlamasını şərh edən Rusiya lideri bildirib ki, ABŞ prezidenti ilə London və Moskva görüşlərində bu mövzuda müzakirələr aparmışdı.

Rusiyanın baş naziri Vladimir Putin də ABŞ-ın raket sipəri planının təxirə salınmasını alqışlayıb. Putin deyib ki, prezident Obamanın bu addımı "düzgün və cəsarətli" addımdır.

Bu arada Rusiyanın NATO-dakı nümayəndəsi Dmitri Roqozin bildirib ki, Moskva cavab addımı olaraq Kalininqrad vilayətində yeni raketlər yerləşdirmək planını geri götürür.

QƏBƏLƏ RLS ÖNƏ ÇIXIR?

ABŞ-ın Avropada RƏM planı ortaya gələndə ona qarşı ən çox Rusiya çıxmışdı. 2007-ci ilin yayında "Böyük səkkizlər"in Almaniyanın Hayliqendamm şəhərində keçirilən sammitində Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Corc Buşa Azərbaycandakı radiolokasiya stansiyasını - Qəbələ RLS-i birlikdə istifadə etməyi təklif etmişdi. Bu təklif Çexiya və Polşada RƏM sistemi qurmaq planına alternativ kimi verilmişdi. İndi ABŞ-ın Çexiya vj Polşa planından imtinası o deməkdirmi ki, Qəbələ RLS-dən birgə istifadə məsələsi reallığa yaxınlaşır?

XİN sözçüsü Elxan Poluxov "Mediaforum" saytına bildirib ki, bu barədə rəsmi Bakıda konkret bir məlumat yoxdur. Eyni zamanda vurğulayıb ki, Azərbaycan Qəbələ RLS-lə bağlı həmişəki mövqeyində qalır: "Bu radiolokasiya stansiyası yalnız Azərbaycanın birgə iştirakı ilə istifadə oluna bilər. Üçüncü tərəfin bu stansiyadan istifadə məsələsi qalxanda da bu, yalnız və yalnız Azərbaycanın razılığı və iştirakı ilə həyata keçirilə bilər".

Hadisələrin bu məqamında Azərbaycan müdafiə nazirinin Rusiyaya səfər etməsi də diqqət çəkir. General-polkovnik Səfər Əbiyev sentyabrın 21-də Rusiyaya işgüzar səfərə gedəcək. Sentyabrın 24-dək davam edəcək səfər RF müdafiə naziri Anatoli Serdyukovun dəvəti ilə baş tutacaq. Səfər zamanı hərbi əməkdaşlıq məsələləri və regional məsələlərin müzakirəsi, eyni zamanda 2010-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq planının imzalanması nəzərdə tutulur.

Ekspertlər Əbiyevin səfəri ilə Rusiya və ABŞ arasında Qəbələ RLS-lə bağlı danışıqlar arasında bir bağlantı olduğunu istisna etmirlər. Serdyukov sonuncu dəfə ay yarım əvvəl - avqustda Bakıda səfərdə olanda öz azərbaycanlı həmkarı ilə birgə Qəbələ RLS-ə baş çəkmişdi.

"ABŞ-ın Polşa və Çexiya ərazisində RƏM sistemi quraşdırmaq planını təxirə salması əslində Vaşinqtonun Moskva üçün yaxşı işlənilmiş və planlaşdırılmış tələsi anlamında başa düşülməlidir". Bunu isə "Ayna"nın əməkdaşı ilə söhbətində hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib.

Ü.Cəfərov bildirdi ki, indi ABŞ-ın məqsədi Qəbələ RLS üzrə danışıqlarda üstün mövqeyə çıxmaqdır. "ABŞ bütün gücünü buna hesablayıb. Nəzərə alınmalıdır ki, stansiyanın icarə müddəti 2012-ci ildə başa çatır. Beləliklə, ABŞ bu müddətə qədər stansiya ilə bağlı planlarını başa çatdırmaq istəyir. Bundan sonra Polşa və Çexiyada RƏM sistemləri yerləşdirmə məsələsi aktuallaşa bilər", - deyə o bildirdi.

Bu arada bəlli olub ki, Rusiya Qəbələ RLS-də hərbi təlimlərə hazırlaşır. Bildirilir ki, hazırda təlimlərin planı Rusiya Silahlı Qüvvələri Baş Qərargahında müzakirə edilir. Hər hansı problem çıxmazsa, təlimlər noyabrda keçiriləcək və bununla bağlı olaraq Azərbaycan bölgəsinə Rusiya Hərbi Hava Qüvvələrinin bir neçə yüz hərbi qulluqçusunun gətirilməsi planlaşdırılır.

Məlumatlı mənbə qarşıdakı təlimlərin növbədənkənar olduğunu və Rusiyanın regionda hərbi-siyasi maraqları baxımından ortaya çıxdığını bildirir. Təlimlərlə əlaqədar Rusiyanın Azərbaycan tərəfini hələlik xəbərdar etmədiyi deyilir.

Ekspertlərin fikrincə, Qəbələ RLS-lə bağlı məsələnin gündəmə gəldiyi bir dövrdə Rusiyanın bu niyyəti ABŞ-a və Azərbaycana təsir göstərmək məqsədi ilə bağlı ola bilər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İlham Əliyev Barak Obamaya təbrik məktubu göndərib

ABŞ Polşa və Çexiyada RƏM quraşdırmayacaq

Ermənipərəst konqresmenlər Obamaya müraciət etdilər

Qəbələdə musiqi festivalı keçiriləcək

Obama Xamneyiyə ikinci bir məktub göndərib

Bölmənin digər xəbərləri
 
Ermənistan ordusu real böhran içində
Erməni mənbələrinin acınacaqlı həqiqətləri

Media hərbçilərdən nə istəyir?
MN münasibətlərin normallaşmasını, KİV isə nazirliyin informasiya siyasətinin təkmilləşdirilməsini istəyir

Müdafiə Nazirliyi "sabiqləri" yola saldı
Onların arasında 30-dan artıq general və böyük zabit var

İran prezidentinin müşaviri talışlardan kitab yazıb
Amma deyir ki, Əhmədinejad talış deyil, farsdır

BMT baş katibi Beynəlxalq Sülh Günü münasibətilə müraciət edib
Azərbaycan isə BMT-yə Ermənistanın davranışından dolayı etiraz məktubu ünvanlayır

Xəzər regionunda terror təhlükəsi daha da artıb
Buna səbəb bölgədə böyük həcmdə neft-qaz yataqlarının olmasıdır

Avstraliya Azərbaycana nota verdi
"Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyimiz dəyişməz qalır"

Oqtay Əsədov İsveçrədə görüşlər keçirib
Türkiyə-Ermənistan münasibətlərinə də toxunulub

"Azərbaycanla Ermənistan arasındakı problem həll olunmadan sərhəd açılmayacaq"
Ərdoğan: "Dağlıq Qarabağ münaqişəsinin həllinə əvvəlkindən daha yaxın nöqtədəyik"

Bu həftənin əziz günü - 15 sentyabr
Onun mahiyyətini yetərincə mənimsəyə bilmişikmi?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər