Hal-hazırda Ayna qəzetinin 19.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Ermənistan ordusu real böhran içində
Ermənistan ordusu real böhran içində
Erməni mənbələrinin acınacaqlı həqiqətləri
Şənbə, 19.09.2009

Ənvər Börüsoy
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin ekspert
mətn ölçüsü  

Ordu quruculuğu prosesində Ermənistan yeni çətinliklərlə üzləşib. Ölkənin sosial, iqtisadi, maliyyə sektorunda yaranmış dərin çatlar, eləcə də siyasi müstəvidə hakimiyyətdəki oliqarxların bütün opponentlərinə qarşı qəddarcasına münasibətləri bu problemlərin daha da dərinləşməsinə səbəb olub.

Milli Statistika Xidmətinin (MSX) rəsmi açıqlamasında bildirilir ki, son 10 ildə ölkəni orta hesabla 1 milyon 435 min nəfər tərk edib. Xaricdə işləməklə ailəsini dolandırmaq istəyənlərin əksəriyyəti imkan düşən kimi ailələrini də mühacirətə aparırlar. Erməni əmək miqrantları daimi yaşamaq üçün İspaniya, Argentina, Kanada, Rusiya, Polşa, Avstraliya, Braziliya kimi dövlətlərə üstünlük verir.

Hakimiyyət həm də siyasi və ictimai mənada əsəbi vəziyyətdədir. Buna görə də Gürcüstan və Azərbaycana olan münasibətində bütün proseslərə qurşaqdan aşağı miqyasda yanaşılır. Belə bir ictimai düşüncənin özü bir sıra mətləblərə aydınlıq gətirməkdədir.

Əsgəri xidmət "gönüllülər"in ümidinə qalıb

Ermənistanda xristian dininin katolik, babtist, lüteran, protestant, qara metal yevangelist, adventist, kalvinist, ştundist, mavi xaç, Yəhva şahidləri, ortodoks və digər təriqət və məzhəblərinə qarşı çox ciddi tərkilər yaşanılmaqdadır. Belə ki, ermənilərə məxsus qriqorian təriqətinə məxsus Apostol kilsəsi öz monopoliyasını qoruyub saxlamaq üçün hakimiyyəti və cəmiyyətin digər təbəqələrini daim səfərbər edib. Digər xristian məzhəb və təriqətlərinə "milli xəyanət" damğası vurularaq, yasaq olunması barədə məhkəmə qərarlarının çıxarılmasına da nail olunur.

Hüquqşünas Lev Marqaryan bildirib ki, Nikita Xruşşovun 1950-ci illərdə cinayət-prosessual qanunlarına əlavə etdiyi 244-cü maddə Ermənistan məhkəmələrində hələ də tətbiq olunur. Xristian qardaşlığından dəm vuran Eçmiadzin kilsəsi dini prosesləri özünün monopoliyasında saxlamaq üçün bu addımları atır. Xüsusilə orduda qriqorian kilsəsinə mənsub olmayan gənclərə qarşı daha sərt cəzalar verilir.

Dini məsələlər üzrə ekspert Manvel Simonyan bildirir: "Qriqorian kilsəsinə mənsub olmayan digər xristian təriqət və məzhəbələrində olan ermənilərə dünyanın heç bir dövlətində ayrı-seçkilik münasibəti yoxdur. Ermənistanda isə belə hallara qarşı faşistcəsinə yanaşılır. Halbuki müxtəlif dini baxışlara rəğmən hamımızın müqəddəs kitabı "İncil"ə istinad olunur. Orduda hərbi kəşfiyyatın əsas fəaliyyət dairəsi xristian dininin digər məzhəblərinə malik olan əsgərləri üzə çıxarıb, onları hərbi tribunalın qərarı ilə ən azından 5 il müddətinə həbs etməkdən ibarətdir. Məhkəmələrdə isə əsas bəhanə "qeyri-ənənəvi məzhəb və təriqətlərə ibadət" kimi heç bir standarta uyğun olmayan iddialara üstünlük verilir".

Ekspertlərin fikrincə, bu gün Ermənistan cəmiyyətində qriqorian təriqətindən uzaqlaşaraq digər təriqət və məzhəblərə önəm verənlərin sayı orta hesabla 280 min nəfərdən artıqdır. Onların çoxu hakimiyyət dairələrinin təzyiq və təqiblərindən qorxaraq inanclarını gizlətməyə məcburdur.

REKLAM

Orduda bütün dünya ermənilərinin katolikosu 2-ci Qareginin xüsusi nümayəndəsi kimi fəaliyyət göstərən Vartanes Abramyan və Paryur Avetisyan kimi keşişlərin rəhbərlik etdikləri 30 nəfərlik keşişlər qrupunun verdiyi arayışlar sayəsində əsgərlərin və zabitlərin dini mənsubiyyəti də müəyyənləşdirilir.

Xarici dövlətlərə köç dalğasının davam etməsi nəticəsində ölkədə gənclərin sayca azalmasını nəzərə alaraq, ordunun mövcudluğunu qorumaq üçün "könüllü əsgəri xidmət" qanununa istinad olunmaqdadır. Könüllü əsgəri xidmətdə olanların əksəriyyəti savadsız və imkansız vətəndaşlardan ibarətdir. Onlara ayda 250-300 dollar civarında maaş verməklə guya ordunun formalaşması kimi təbliğatlar aparılır.

İctimai və sosial gərginlik ordunu hədəfə alıb

Vazgen Sərkisyan və Armenak Xanferyants adına hərbi məktəblərin müdavimləri ilə görüşündə müdafiə naziri Seyran Ohanyan ordudakı problemlərin yetərincə olduğunu etiraf etməklə yanaşı bildirib: "Dövlətin mövcudluğu indiki iqtisadi və maliyyə böhranlarına görə təhlükə altındadır. Bu problemləri dəf etməyin bircə yolu qalıb ki, bizlər erməni milliyyətçiliyini gənclər arasında üstün səviyyədə inkişaf etdirək. Hazırda orduda artilleriya, tank, aviasiya, hava hücumundan müdafiə, tibbi xidmət və digər sahələr üzrə 4 min nəfər zabit heyəti çalışır. Onların hamısı olduqca ağır maddi və sosial həyat tərzi şəraitində yaşamağa məcburdur. Bizlər bütün bunlara dözməliyik. Çünki 1918-ci ildə tarixdə ilk dəfə olaraq Ermənistan adlı dövlətin yaranmasına nail olmuşuq. Bunu diqqətə alıb, hər cür çətinliklərə və ağırlıqlara dözməliyik".

İrəvandakı "ArmeniaNow.com" internet qəzetinin redaktoru Qayane Abramyan ordu ilə bağlı araşdırmalarında qeyd edir: "Orduya hərbi səfərbərliklə bağlı yaranmış problemləri həll etmək üçün rəhbərlik tələbələrin "əsgəri möhlət" hüququnu ləğv etmək istəyir. Çünki tələb olunan hərbi səfərbərlik üçün planı doldurmaq mümkün deyil. Ordu komandanlığı buna görə əsas da tapıb: "Azərbaycan ordusunda döyüş ruhunun gücləndirilməsi prosesi gücləndirilibdir". Halbuki ali məktəb müəllimlərinin və valideynlərin fikrincə, tələbələrin "əsgəri möhlət" hüququndan məhrum olması onların elmi biliklərə yiyələnmələrinə ciddi şəkildə mənfi təsir göstərəcək".

MSX-nin əhalinin məskunlaşma və demoqrafik vəziyyəti üzrə idarə rəisi Karina Kümcyan mətbuat konfransında: "Son 10 ildə ölkədə demoqrafik durum fəlakətli həddə çatıb. Əsgəri yaş həddinə çatanların sayı hərbi səfəbərliklə bağlı tələb olunan normativlərə görə mənfi dərəcəyə enib. Vəziyyətin belə davam edəcəyi təqdirdə yaxın 10-15 ildə hərbi səfərbərliklə bağlı orduya çağırılanların sayı orta hesabla 60-70 faiz azalacaq. Baxmayaraq ki, silahlı qüvvələrlə bağlı bütün məlumatlar hərbi sirr olaraq saxlanılmalıdır, bu yöndə həyəcan təbilini çalmaq mənim vətəndaşlıq borcumdur".

Sosioloq Anait Simonyanın tədqiqatlarına görə, Ermənistan ordusunda hərbi xidmətdən yayınanların 65 faizindən çoxu hərbi komissarlıqlara rüşvət verməklə guya ali təhsil aldıqları barədə "əsgəri möhlət" arayışını təqdim edir. Universitetlərdə tələbələr arasında aparılan araşdırmalardan məlum olub ki, onrların 30 faizindən çoxu məhz əsgəri xidmətə getməmək üçün ali təhsil almaq məcburiyyətindədir. A.Simonyanın fikrincə, "əsgəri möhlət" qanununun ləğvini gündəmə gətirən mafiyanın məqsədi rüşvətin miqdarını artırmaq və eyni zamanda bu prosesə daha çox vətəndaşı cəlb etməkdir.

2000-2007-ci illərdə müdafiə nazirinin müavini vəzifəsində çalışmış, indi isə Daşnaksütyun Partiyasının idarə heyətinin üzvü olan general-mayor Artur Ağabekyan hərbi səfərbərliklə bağlı bildirib ki, orduya cəlb olunan 18 yaşlı erməni gənclərin böyük əksəriyyəti fiziki cəhətdən yararsızdır. O, sözlərinə əlavə edir: "Ölkədə demoqrafik vəziyyətin ildən-ilə ağırlaşması ordu üçün fəlakətə çevrilib. Buna görə də peşəkar ordunun formalaşdırılmasına üstünlük verilməlidir. Ancaq təəssüflər olsun ki, dövlət büdcəsi peşəkar ordunun formalaşması üçün yetərli deyil".

Onun bu fikrinə dəstək verən general-mayor Kamo Koçunts açıqlamasında onu da vurğulayıb ki, 2005-ci ildən etibarən professional ordunun yaradılması üçün 8 min nəfərlik heyətin əsgəri xidməti istiqamətində layihə hazırladıq. Nəticədə məlum oldu ki, bu qədər könüllü əsgərin maaşla təmin olunması üçün dövlətin imkanları, demək olar ki, yoxdur.

Problemlərdən çıxış yolu kimi Azərbaycan hədəfə alınıb

İstefada olan general-mayor Arkadi Ter-Tadevosyan ordudakı problemləri diqqətlə təhlil edərkən gəldiyi qənaət belədir: "İndiki şəraitdə ordu və ictimaiyyət arasında təzadlı münasibətlər dərinləşməkdədir. On minlərlə müxalifət tərəfdarı mitinqlərdə məhz ordu tərəfindən təhdid olunmalarına görə "orduya xidmət Serj Sarqsyan hərbi xuntasına xidmət deməkdir" fikrilə övladlarını mümkün olan bütün vasitələrlə əsgəri xidmətdən yayındırmaqdadır. Bizim müşahidələrimizə görə, ordu və cəmiyyət arasında yaranmış uçurumu bərpa etmək mümkün deyil. Ordudakı vandalizm siyasəti gənclərin hərbi xidmət psixologiyasına mənfi təsir edən əsas amillərdən biridir. Dağlıq Qarabağ uğrunda müharibədə bizlər 6 min nəfər əsgərimizi itirmişik və bir o qədər də döyüşçümüz ömürlük əlil qalıb.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"

Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək

Orduda rotasiya problemi

Ermənistan dünyanı aldadır

Ermənistan ordusunun çağırışçı problemi

Bölmənin digər xəbərləri
 
Media hərbçilərdən nə istəyir?
MN münasibətlərin normallaşmasını, KİV isə nazirliyin informasiya siyasətinin təkmilləşdirilməsini istəyir

Müdafiə Nazirliyi "sabiqləri" yola saldı
Onların arasında 30-dan artıq general və böyük zabit var

Rusiya üçün RƏM planı
Ağ ev, Kreml Azərbaycanla bağlı addımlar atacaqlar

İran prezidentinin müşaviri talışlardan kitab yazıb
Amma deyir ki, Əhmədinejad talış deyil, farsdır

BMT baş katibi Beynəlxalq Sülh Günü münasibətilə müraciət edib
Azərbaycan isə BMT-yə Ermənistanın davranışından dolayı etiraz məktubu ünvanlayır

Xəzər regionunda terror təhlükəsi daha da artıb
Buna səbəb bölgədə böyük həcmdə neft-qaz yataqlarının olmasıdır

Avstraliya Azərbaycana nota verdi
"Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyimiz dəyişməz qalır"

Oqtay Əsədov İsveçrədə görüşlər keçirib
Türkiyə-Ermənistan münasibətlərinə də toxunulub

"Azərbaycanla Ermənistan arasındakı problem həll olunmadan sərhəd açılmayacaq"
Ərdoğan: "Dağlıq Qarabağ münaqişəsinin həllinə əvvəlkindən daha yaxın nöqtədəyik"

Bu həftənin əziz günü - 15 sentyabr
Onun mahiyyətini yetərincə mənimsəyə bilmişikmi?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər