Hal-hazırda Ayna qəzetinin 19.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
İtkin düşənin qaranlıq taleyi
İtkin düşənin qaranlıq taleyi
Onu tamah məqsədi ilə öldürərək bağda basdırıblarmış
Şənbə, 19.09.2009

H.Zeynalov mətn ölçüsü  

Bakıda ötən il baş vermiş dəhşətli qətldə təqsirli bilinən şəxslərin cinayət işi üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə proses başlayıb. Prosesə Hakim Mahmud Ağalarov sədrlik edir. Qəsdən adam öldürməkdə təqsirli bilinən Elxan Cəfərov, Kamal Ataşov, səhlənkarlıqda təqsirli bilinən Elnarə Hümbətəliyeva ifadə veriblər..

E.Cəfərov və K.Ataşov CM 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), E.Hümbətəliyeva isə 314-cü (səhlənkarlıq) maddələri ilə təqsirli bilinirlər.

İttihama görə, 8 iyun 2008-ci il tarixdə Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Rəhməti Sırail Rəhmətulla oğlunun itkin düşməsi barədə Nərimanov polisinə məlumat daxil olub. S.Rəhmətinin tapılması istiqamətində həyata keçirilən əməliyyat-axtarış tədbirləri uzun müddət bir nəticə vermədiyindən onun öldürülməsi versiyası üzərində iş başlanıb. Faktla bağlı Bakı şəhər Prokurorluğunda CM 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Şəhər Prokurorluğu və Şəhər Baş Polis İdarəsi tərəfindən birlikdə aparılan istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Kamal Ataşov dostu Elxan Cəfərov ilə birlikdə Rəhməti Sırail Rəhmətulla oğlunun külli miqdarda pulunu ələ keçirmək niyyəti ilə onu qəsdən öldürmək barədə qabaqcadan razılaşıblar. Bu məqsədlə Kamil Ataşov iyunun 4-də saat 18.00 radələrində Sırail Rəhməti ilə Bakı şəhəri, Səməd Vurğun küçəsində yerləşən "Dostlar" kafesində görüşüblər.

Daha sonra K.Ataşov telefonla Elxan Cəfərovu kafeyə dəvət edib. Elxan Cəfərov həmin gün saat 20.00 radələrində özünə məxsus "Toyota" markalı avtomaşınla həmin kafeyə gələrək Rəhməti Sıraili və Kamal Ataşovu Mərdəkandakı bağ evinə aparıb. Orada Elxan Cəfərov və Kamal Ataşov Sırail Rəhmətiyə zor tətbiq edərək ağzını yapışqanlı materialla, əl və ayaqlarını isə kəndirlə bağlayaraq cibində olan plastik kartını və onun pin kodunu, "Nokia 8800" mobil telefonunu götürdükdən sonra onu həmin vəziyyətdə evdə qoyaraq şəhərə qayıdıblar. Elxan Cəfərov, Kamal Ataşov "Kapitalbank"da işləyən tanışları Elnarə Hümbətəliyevanın vasitəsi ilə həmin plastik kartdan istifadə etməklə, Sırail Rəhmətinin hesabındakı pul vəsaitini mənimsəyiblər.

Səhəri gün saat 08.00 radələrində Kamal Ataşov və Elxan Cəfərov Mərdəkan qəsəbəsindəki bağ evinə gəliblər və Sırail Rəhmətinin artıq boğularaq öldüyünü görərək, onun meyitini həmin evin həyətində torpağa basdırıblar. Onlar basdırdıqları həmin ərazini isə betonlayıblar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxslər tutulub.

Onlar Sırail Rəhmətini tamah məqsədilə öldürərək basdırdıqlarını etiraf ediblər. Mərhumun meyiti basdırıldığı həmin yerdən çıxarılıb...


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Püşkatma kimə nə vəd edir?

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Moskvada Qarabağ danışıqları: ilkin razılaşma yaxındır?

Bölmənin digər xəbərləri
 
Ah, bu "telefon terrorçuları"...
60-dan çox cinayət işi, 45 həbs

Saxta diplomlu 172 "müəllim"
Bu saxta diplomları yazanlar indi qəfəsdə oturub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər