Hal-hazırda Ayna qəzetinin 19.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Saxta diplomlu 172 "müəllim"
Saxta diplomlu 172 "müəllim"
Bu saxta diplomları yazanlar indi qəfəsdə oturub
Şənbə, 19.09.2009

Hacı mətn ölçüsü  

Maliyyə Nazirliyinin apardığı araşdırmalar nəticəsində aşkar edilib ki, ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən musiqi məktəbləri və gimnaziyalarda işləyən pedaqoji işçilərdən 172 nəfərin diplomu, 4 nəfərin isə adına tərtib olunmuş arayışlar saxtadır. Həmin diplom və arayışlar əsasında musiqi məktəbləri və gimnaziyalarda işləyən müəllimlərə qanunsuz olaraq ümumilikdə 692 567 manat əməkhaqqı ödənilib. Odur ki, bu faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılmış istintaqla müəyyən edilib ki, Gəncə Musiqi Texnikumunun adından verilmiş və rayon musiqi məktəblərindən götürülmüş 1126 ədəd diplomdan 101-i və 3 arayış, Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin adından verilmiş 533 diplomdan 31-i, Naxçıvan Musiqi Texnikumunun adından verilmiş 20, Sumqayıt Musiqi Texnikumunun adından verilmiş 8 diplom və ümumilikdə 172 şəxsin adına rəsmiləşdirilmiş diplom və arayışlar həmin musiqi müəssisələri tərəfindən verilməyib.

İstintaq müəyyən edib ki, müəllimlərin bir qismi musiqi texnikumu və kolleclərini bitirmələri barədə saxta diplomları Yevlax şəhər 1 saylı Musiqi Məktəbinin direktoru Bəylərov və Fərzəliyevdən alıblar. Hər iki şəxs məsuliyyətə cəlb edilib. Cinayət işi üzrə məhkəmə prosesi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə keçirilir.

Azərbaycanda bir sıra musiqi məktəbləri və gimnaziyalarda işləyən pedaqoji işçilərin adına saxta diplomların, arayışların yazılmasında təqsirləndirilən Yevlax şəhər 1 saylı Musiqi Məktəbinin direktoru Bəylər Ağalar oğlu Bəylərovun və Yevlax şəhər sakini İlham Fərzəli oğlu Fərzəliyev müttəhimlər kürsüsündə əyləşiblər.

Bəylər Bəylərov CM 311.3.1-ci (rüşvət alma) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), İlham Fərzəliyev isə göstərilən maddələrlə yanaşı 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham olunurlar.

Müəllim - rüşvətxor, müəllim - saxtakar, müəllim - dələduz... Çox ağır ittihamlardır. Millətin övladlarının yetişdirilməsi bunlara tapşırılmışdır. Nə isə... Məhkəmə davam edir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Səfirlərin Xankəndi-İrəvan-Bakı turnesi

Bölmənin digər xəbərləri
 
Ah, bu "telefon terrorçuları"...
60-dan çox cinayət işi, 45 həbs

İtkin düşənin qaranlıq taleyi
Onu tamah məqsədi ilə öldürərək bağda basdırıblarmış



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər