Milli komandamız "Yuventus"a qalib gəldi
|
Şənbə, 19.09.2009
|
|
mətn ölçüsü |
|
|
|
Ölkəmizin 17 yaşlılardan ibarət milli yığma komandası İtaliyada təlim-məşq toplantısındadır. AFFA-nın yaydığı məlumata görə, gənc futbolçularımız ilk yoxlama görüşünü keçiriblər.
Oliver Pelzerin yetirmələri hazırlıq prosesi çərçivəsində "Yuventus" klubunun nəzdində çıxış edən həmyaşıdlarından ibarət komanda ilə qarşılaşıb. Matç 4:3 hesabı ilə Azərbaycan futbolçularının qələbəsi ilə yekunlaşıb.
Azərbaycan yığma komandasının növbəti rəqibi də müəyyənləşib. Futbolçularımız növbəti yoxlama matçını İtaliyanın "Breşia" klubunun gənclərdən ibarət komandasına qarşı keçirəcək. Qarşılaşma sentyabrın 20-də Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
|
|
|
|
|
|
|